Dovletxeberleri.Az
» » Əli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdi

17-10-2019, 15:23Əli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdi

Əli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdi
“Azərbaycanın dövlət müstəqilliyinin bərpa etməsinin 28-ci ildönümü tamam olur. SSRİ-nin süqutu nəticəsində gerçəkləşən dövlət müstəqilliyi xalqın qəlbində bəslədiyi istək və arzuların təntənəsi olmaqla yanaşı, eyni zamanda ölkəmizin gələcək inkişafı baxımından möhtəşəm şans və başlanğıc idi”.
Dovletxeberleri.az xəbər verir ki, bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun öz Facebook səhifəsində paylaşım etdiyi “18 oktyabr. Etiraf anı” sərlövhəli məqaləsində yer alıb.


Ə.əhmədov bildirib ki, müstəqilliyə qovuşduqdan sonra ilk iki ili çıxmaq şərti ilə artıq tarixə çevrilmiş 26 il milli dirçəlişin və inkişafın, müstəqil dövlət quruculuğunun, sabitliyin və əminamanlığın, daim yüksələn sosial rifahın və müasirliyin bariz ifadəsi kimi yaddaşlara həkk olunub.

“Fərəhləndirici haldır ki, Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur. Bir nəslin gözləri önündə həyat bütünlüklə dəyişdi, müstəqilliyin ilk iki ilinə təsadüf edən səriştəsiz və məsuliyyətsiz rəhbərlərin səhvləri və günahları üzündən hərtərəfli böhran məngənəsində sıxılan, dağıntı və talanlardan əziyyət çəkən ölkə qısa zaman kəsiyində çiçəklənən məmləkətə çevrildi. Orta və yuxarı yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycanı bu gün 30 yaşına qədər olan insanlar görməyib və bəlkə də ölkəmizdə gerçəkləşən möcüzəni, onun əsl mahiyyətini, miqyasını tam dərk edə bilmirlər. Çünki onların təsəvvüründə yalnız indiki Azərbaycan, onun gözəllikləri həkk olunub. Gənclərin rahatlığından məmnun olduğu indiki həyatın və ümumiyyətlə bugünki Azərbaycanın 1990-cı illərin əvvəllərindəki Azərbaycandan nə qədər uzaq məsafədə olduğunu bilməsi yaxşı olardı. Onda ölkənin həyatında baş verən əzəmətli tarixi dəyişikliyin miqyasını və əhəmiyyətini daha düzgün, daha ədalətli qiymətləndirə bilərdilər”
Əli Əhmədov qeyd edib ki, 18 oktyabr Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda verdiyimiz qurbanları xatırlamaq üçün yaxşı bir fürsətdir:

“Azadlıq, müstəqillik yolunda canlarından keçənlərin xatirəsi unudulmur, hörmət və ehtiramla yad edilir. Onlar dövlətimizin bütövlüyü və azadlığı yolunda şəhid olmuş qəhrəmanlardır. Bu əlamətdar gündə müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin xatırlanması, xatirəsinə xalq hörməti və ehtiramının ifadə edilməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Xalqın onillərlə arzusunda olduğu müstəqilliyin qorunması, saxlanılması, əsl milli dəyərə və nemətə çevrilməsi müstəqilliyin ali ifadəsi sayılan dövlətin qurulması müstəsna olaraq onun xidməti sayəsində mümkün olmuşdur. Azərbaycanın müasir tarixinin şahidi olanların və istər ölkə daxilində, istər ölkə xaricində bu tarixi izləyənlərin hər biri Heydər Əliyevin 1993-cü ilin iyun ayında tarixi qayıdışını Azərbaycan dövlətçiliyinin xilası kimi dəyərləndirir. Əgər bu qayıdış baş tutmasaydı ölkəmiz və onun hər bir sakini fərqli tale və tarix yaşamalı olacaqdı. Yalnız Heydər Əliyevin müdrikliyi, təcrübəsi, iradəsi və qətiyyəti sayəsində ölkə bütün mümkün faciələrdən, təlatümlərdən, parçalanmalardan xilas oldu, insanların səbirsizliklə gözlədiyi sabitlik və əminamanlıq bərpa edildi, Azərbaycana misilsiz iqtisadi və geopolitik dividentlər gətirən (və bu gün də gətirməkdə davam edən) əsrin neft müqaviləsi imzalandı. Bütün bunların nəticəsində müstəqillik əbədi və dönməz oldu, insanlar onun real bəhrəsini gördü, həqiqi dəyərini və mənasını hiss etməyə başladı.

Bu gün eyni zamanda 2003-cü ilin prezident seçkilərində xalqın dərin etimadını qazanan Prezident İlham Əliyevin yürütdüyü siyasətin möhtəşəm təntənəsinin etiraf anıdır. Şərəfli tarixə çevrilmiş 16 il ərzində iqtisadiyyat 3 dəfə böyüdü, Azərbaycan dövlətinin qüdrəti misilsiz dərəcədə artdı, ordumuz gücləndi və dünyada 52-ci pilləyə yüksəldi. Ölkənin siması tanınmaz dərəcədə dəyişdi, müasirləşdi. Azərbaycan yaşamaq və işləmək üçün cazibədar məkana çevrildi. Əhalinin rifahını ardıcıl olaraq yaxşılaşdıran layihələr həyata keçirildi və həyata keçirilməkdədir. Yeni islahatlar strategiyası hazırlanıb uğurla tətbiq edilməkdədir. Azərbaycan indi dünyada ən çox islahat keçirən ölkələrdən biri kimi tanınır.

Həyatımızda baş verən dərin transformasiya insanlarımızda, onların nəinki həyat və məişətində, habelə düşüncələrində, həyata münasibətində müsbət dəyişikliklərlə müşaiyət olunur. Nikbinlik, ictimai fəallıq, vətənpərvərlik, müasirlik bugünki azərbaycanlını fərqləndirən başlıca xüsusiyyətlərdir. O özünün və övladlarının gələcəyini ölkəmizin hazırki inkişafından ayrı təsəvvür etmir və buna görə də bu inkişafı həm qorumağa, həm də ona töhfələr verməyə hazırdır. Xalqın və iqtidarın birliyi həyatımızın nəinki reallığı, eyni zamanda gələcək uğurlarımızın rəhnidir.

18 oktyabr etiraf anı hər şeydən əvvəl bir daha xalqımızın və dövlətimizin qarşısında dahi Heydər Əliyevin müstəsna xidmətlərinin dərk edilməsindən və qiymətləndirilməsindən keçir. Bu eyni zamanda son 16 ilin inkişafının, müasirləşməsinin, Azərbaycanın gücünün, qüdrətinin, dünyadakı rolunun və müsbət imicinin, insanlarda gələcəyə sönməz inamın formalaşmasının memarı Prezident İlham Əliyevin müstəsna xidmətlərinin bir daha dərk edilməsi və qiymətləndirilməsi anıdır. Xalqla iqtidarın haqqında bəhs etdiyimiz sarsılmaz birliyi məhz buna arxalanır.

Azərbaycanın dövlət müstəqilliyi əbədi olsun”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini