Dovletxeberleri.Az
» » Qənirə Paşayeva avropalı qadınlara Qarabağdan danışdı

9-08-2019, 10:42Qənirə Paşayeva avropalı qadınlara Qarabağdan danışdı

Qənirə Paşayeva avropalı qadınlara Qarabağdan danışdı
Deputat, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva ABŞ, Almaniya və İspaniyanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb.



Ölkələrimizin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. ABŞ, Almaniya və İspaniyanın tanınmış təşkilat rəhbərləri, fəal qadınları Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini və edəcəyinə inamlarını xüsusi vurğulayıblar.



Görüşlər zamanı millət vəkili Q.Paşayeva onlara Azərbaycan, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüşləri zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.



ABŞ, Almaniya və İspaniyanın tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüşməkdən məmnunluğunu bildirən millət vəkili Q.Paşayeva Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Q. Paşayeva Azərbaycanın ABŞ, Almaniya və İspaniya ilə əməkdaşlığa verdiyi önəmdən, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq və bütün istiqamətlərdə əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial olduğundan danışıb və onları ölkəmizə dəvət edib. Deputat Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə bağlı da geniş məlumatlar verib. ABŞ, Almaniya və İspaniyanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları da Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.



Q.Paşayeva görüşlərdə onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz” (VİDEO)Sumqayıtın icra başçısı İnşaatçılar qəsəbəsinə getdiBaş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdiDövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıbBu qanunu pozan vəzifəli və hüquqi şəxslər cərimələnəcək - Qanun dəyişdiAzərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxırDovletxeberleri.az Milana Hospitaln rəhbəri Xuraman Muradovanın ad günün təbrik edir!"Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAFBirinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıbZakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib - FOTOƏli Əhmədov: "Bu kampaniyanı satılmış müxalifət təmsilçiləri aparır"Bu qurum da büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRARRəşad Atakişiyevlə vida mərasimi keçirilirLeyla Əliyeva müalicə alan uşaqlara baş çəkdiGəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır