Dovletxeberleri.Az
» » "Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib" - ZAKİR FƏRƏCOV

14-05-2019, 08:31"Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib" - ZAKİR FƏRƏCOV

"Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib" - ZAKİR FƏRƏCOV
Sumqayıt bu gün ümummilli liderin ən layiqli davamçısı İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub. Sumqayıt cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasəti nəticəsində ulu öndərin vaxtilə qarşıya qoyduğu hədəflərə yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edib. Regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü dövlət proqramlarının icrası Sumqayıt şəhərini də inkişaf yoluna çıxarıb. Nəticə etibarilə ötən 16 ildə ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılmışdır. Xüsusən iqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində son illər Sumqayıt şəhərində yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmış, ixrac potensialı yüksəlmişdir.

Əminliklə deyə bilərik ki, Sumqayıt nəinki Azərbaycanın, bütün Qafqazın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Konkret ifadə etsək, artıq Sumqayıtda onlarla sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.

Son dövrlərdə açılmış müəssisələrə misal olaraq “Azgüntex” Zavodunu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksini, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabrikini, “Gilan” Tekstil Parkını, Mis Emalı Zavodunu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabrikini, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı, Texnoil MMC mühərrik yağları istehsalı müəssisələrini, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodunu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabrikini, Əlvan Metallar və Ferroərintilər Zavodunu, pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələrini, Məlumatların Emalı Mərkəzini, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodlarını, pestisidlər istehsalı zavodunu, polipropilen zavodunu misal göstərmək olar. 2018-ci ildə şəhərimizin sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir.

Bütövlükdə son 16 ilin mənzərəsi göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Çünki Sumqayıtın tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir. Bu gün Sumqayıt Prezident İlham Əliyevin daim diqqət və qayğısını duyur və hiss edir. Bunu Prezident İlham Əliyevin indiyədək Sumqayıta 23 dəfə səfər etməsi də göstərir. Dövlət başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoymuş, yeni inkişaf planlarının həyata keçirilməsinə təkan vermişdir.

Bu ilin əvvəlindən Prezident İlham Əliyev iki dəfə Sumqayıta səfər edib. Cənab Prezidentin iştirakı ilə yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkında “SOCAR karbamid” zavodunun, fevralın 18-də isə “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı oldu. Bu zavodların fəaliyyətə başlaması Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verəcəkdir.

Sumqayıt müəyyən dövrlərdə əsl tikinti meydanını xatırladıb. Elə son illərdə Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər təsərrüfatının yenidən qurulması burada xoş ab-hava yaradıb. Əsaslı tikinti və quruculuq meydanına çevrilən Sumqayıt sanki yenidən yaradılıb. İlk olaraq şəhərin əsas giriş yolları olan Sülh və Sahil küçələri yenidən qurulub və abadlaşdırılıb.

Şəhərdə həyata keçirilən layihələrin bir qismi ulu öndər Heydər Əliyevin adını daşıyan parkda reallaşdırılmışdır. Parkda yenidənqurma işləri aparılmış, ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilmiş, əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə yeni yaşıllıq zolağı salınmış, rəngli fəvvarələr kompleksi, Bayraq Meydanı və uşaqlar üçün əyləncə mərkəzi inşa olunmuşdur. Parkda sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi yaradılmış, önündə ulu öndərin ağ mərmərdən heykəli ucaldılmışdır. Müasir memarlıq üslubunda olan Uşaq İncəsənət Məktəbi və Şahmat Məktəbi də burada inşa olunmuşdur.

Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş, 500 yerlik tamaşa, 100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuş, binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənmiş, burada iki fəvvarə və monitor quraşdırılmışdır.

Şəhər dəniz sahilində yerləşsə də burada heç vaxt bulvar olmayıb. Şəhərdə son illərdə reallaşan ən möhtəşəm layihələrdən biri də Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən Dənizkənarı Bulvardır. İki il əvvəl Madriddə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıtın yeni salınmış bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülmüşdür. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.

Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, “Asan” Xidmət Mərkəzi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, 500 metr uzunluğunda tərsanə, şəhərin əsas giriş yolunda Bayraq Meydanı, Paralimpiya və Olimpiya idman kompleksləri, Əlillərin Bərpa Mərkəzi, şəhər prokurorluğunun binası da Sumqayıtın yeni ünvanlarıdır. Bunlardan başqa son illərdə Sumqayıtın Tarix muzeyinin, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin, 3 saylı Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, 22 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir.



Ümumilikdə, cənab İlham Əliyevin son illərdə imzaladığı sərəncamlarla şəhərimizə 66 milyon manatdan artıq pul ayrılıb. Bunun da nəticəsində Sumqayıtda genişmiqyaslı abadlıq və quruculuq işləri keçirilmiş, 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuş, 367 lift yenisi ilə əvəz edilmiş, avtomobil yolları yenidən qurulmuşdur.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin inşası da şəhərimizin həyatında mühüm hadisələrdir.

Bu il Sumqayıtın şəhər statusu almasının 70-ci ili tamam olur. Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə Sumqayıtın 70 illik yubileyi ölkədə geniş qeyd ediləcək. Artıq şəhərimizdə bununla bağlı müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə görülən işlərin nəticəsində Sumqayıt həm gözəlləşib, şan-şöhrəti artıb, həm də şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun onilliklər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Ona görə bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları reallaşır, ideyaları həyata vəsiqə qazanır. Çünki ulu öndər Heydər Əliyev Sumqayıtı belə görmək istəyirdi. Əlbəttə, cənab İlham Əliyevin qayğısı və diqqəti bizi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir.

Şəhər ictimaiyyətinin hər bir nümayəndəsi inkişafın daha da geniş vüsət almasına töhfə verməyi ulu öndərin xatirəsinə ehtiram nümunəsi olaraq mənəvi borc sayır. Dövlətimizin başçısını əmin edirik ki, qarşımızda dayanan vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün var gücümüzlə çalışacağıq.

Zakir FƏRƏCOV,

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdirBu gün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbində rayonun işgal olunmasının 27 ci ildönümünə həsr olunmuş tədbir keçirildiDeputat: Bu, Prezidentin gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür