Dovletxeberleri.Az
» » Heydər Əliyev Fondunun cəbhə bölgəsində gördüyü işlər...

13-05-2019, 11:48Heydər Əliyev Fondunun cəbhə bölgəsində gördüyü işlər...

Heydər Əliyev Fondunun cəbhə bölgəsində gördüyü işlər...
Ümumilli lider Heydər Əliyevin xatirəsinə ehtiram və dahi şəxsiyyətin milli dövlətçilik ideyalarının yaşadılması zərurətindən irəli gələrək yaradılan Heydər Əliyev Fondunun 15 illiyi qeyd olunur. 2004-cü ildə fəaliyyətə başlamış Heydər Əliyev Fondunun ölkəmizin ictimai-siyasi və mədəni həyatımındakı rolu son dərəcə önəmli, xidmətləri danılmazdır. Ölkəmizin təhsilini, səhiyyəsini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, müxtəlif xalqların və millətlərin birgə yaşam modelini, azərbaycançılıq məfkurəsini bütün dünyaya yayan və təbliğ edən Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, bir çox ölkə və qitələri əhatə edir.

Azərbaycanın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da Heydər Əliyev Fondunun qayğı və diqqətini əhalimiz daim hiss edir. Heydər Əliyev Fondun Füzuli rayonunda həyata keçirdiyi layihələrə diqqət etsək bunu bir daha aydın görmüş olarıq. 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompüter, istilik sistemi ilə təchiz olunmuş məktəb tikilərək istifadəyə verilib. Həmin ildə Heydər Əliyev Fondu tərəfindən füzulili gənclərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün Gənclər Mərkəzi inşa olunub.

Heydər Əliyev Fondunun Füzuli rayonuna köməyi başqa sahələrdə də özünü göstərib. Belə ki, 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100 çarpayılıq, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli körpələr evi-uşaq bağçaları tikilərək istifadəyə verilib. Bağçalarda uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb.

Öz tarixi keçmişləri ilə fəxr edən füzulililər Tarix-Diyarşünaslıq Muzeylərinin olmamasından uzun illərdir əziyyət çəkirdilər və rayon ərazisində muzey tikilməsi üçün müxtəlif təşkilatlara müraciət edirdilər. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva füzulililərin bu arzusunu da reallığa çevirib. 2014-cü ildə Horadiz şəhərində yeni salınmış Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilib.

2016-cı ildə yenə Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən iki mərtəbəli ən müasir standartlara cavab verən Rəsm Qalereyası inşa olunub.

Hal-hazırda Heydər Əliyev Fondu tərəfində Arayatılı kəndində 80 çarpayılıq iki mərtəbəli, ən müasir standartlara cavab verən körpələr evi-uşaq bağçasının tikintisi davam edir.

Bunlar Heydər Əliyev Fondunun son 7 ildə cəhbə bölgəsində yerləşən Füzuli rayonunda həyata keçirdiyi iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirmiş, minlərlə füzulili məcburi köçkünü sevindirib. Belə ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb”, “təhsilə dəstək”, “məktəbəqədər təhsil müəssisələrinin inkişafı”, “tibb müəssisələrinin yenidən qurulması və inşası”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri Füzuli rayonunda da reallaşdırılıb.

Füzulililər ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər.

Füzulililər fəxr edirlər ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdirBu gün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbində rayonun işgal olunmasının 27 ci ildönümünə həsr olunmuş tədbir keçirildiDeputat: Bu, Prezidentin gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür