Dovletxeberleri.Az
» » Prezident və ailəsi ağacəkmə aksiyasında - YENİLƏNİB

10-05-2019, 15:49Prezident və ailəsi ağacəkmə aksiyasında - YENİLƏNİB

Prezident və ailəsi ağacəkmə aksiyasında - YENİLƏNİB
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.

Dovletxeberleri.az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığındakı çirklənmiş ərazilərin təmizlənməsi” layihələri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən Suraxanı rayonunda keçmiş yod-brom zavodunun ərazisində lay suları, duz, yod və digər tullantılarla çirklənmiş 67 hektar sahənin təmizlənərək bərpa edilməsi, kollektor-drenaj sisteminin qurulması işləri uğurla icra olunub. Ümumilikdə, indiyədək bu ərazidə yerli iqlim şəraitinə uyğun 50 mindən çox müxtəlif növ ağac əkilərək böyük yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkdilər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96–cı ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasında 4 hektar ərazidə, ümumilikdə, 3250 ağac əkildi. Ağaclar əraziyə çəkilmiş müasir, avtomatlaşdırılmış damcılı suvarma sistemi vasitəsilə suvarılır. Suvarma üçün su isə Hövsan Aerasiya Stansiyasından götürülür və təmizləyici qurğularda təmizləndikdən sonra suvarmaya ötürülür. Damcılı suvarma sisteminin elektrik enerjisi ilə təchizatı Suraxanı Günəş Elektrik Stansiyası hesabına təmin ediləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aksiyada iştirak edən gənclərlə görüşdülər. Dövlətimizin başçısı gənclərə ekoloji durumun yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə təşəkkürünü bildirdi. Azərbaycan gənclərinin çox önəmli sosial-ekoloji layihələr icra etdiyini deyən dövlətimizin başçısı Bakının daha da gözəlləşdiyini, yaşıllaşdığını vurğuladı.
Azərbaycan dövləti ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsinə həmişə xüsusi diqqətlə yanaşır. Ölkəmizin zəngin flora və faunasının qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində ulu öndər Heydər Əliyev bütün dövrlərdə çox böyük işlər görüb. Ümummilli Liderin əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Dövlətimizin başçısı tərəfindən 2010-cu ilin ölkədə “Ekologiya ili” elan edilməsi isə bunun bariz nümunəsi olmaqla yanaşı, bir daha sübut edir ki, Azərbaycanda ekoloji siyasətə xüsusi diqqət ayrılır.

Prezident İlham Əliyev neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşıb. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı ölkədə ciddi əməli işlər görülüb, milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb, yaşıllıqların miqyası isə ildən-ilə daha da artırılıb. Bütün bu məqsədyönlü layihələr ətraf mühitin qorunmasına, xüsusilə də vətəndaşların sağlam mühitdə yaşamasına xidmət edir.

Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.

Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir.

Bu gün Azərbaycanın hər yerində vətəndaşların iştirakı ilə ağacəkmə aksiyaları keçirilir. Bu işlərin görülməsində, yaşıllıqların salınmasında, şəhərlərimizdə və rayonlarımızda təmizlik işlərində hər bir sakin fəal iştirakı ilə seçilir. Təsadüfi deyil ki, hazırda Azərbaycanda ekologiyanın qorunması, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər bir çox ölkələrə nümunədir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdirBu gün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbində rayonun işgal olunmasının 27 ci ildönümünə həsr olunmuş tədbir keçirildiDeputat: Bu, Prezidentin gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür