Dovletxeberleri.Az
» » Aprel ayının 11 -də Ağcabədi rayonunda regional müşavirə keçirilmişdir.

12-04-2019, 11:48Aprel ayının 11 -də Ağcabədi rayonunda regional müşavirə keçirilmişdir.

Aprel ayının 11 -də Ağcabədi rayonunda regional müşavirə keçirilmişdir.
Aprel ayının 11 -də Ağcabədi rayonunda regional müşavirə keçirilmişdir.

Regional müşavirənin işində Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini- icra katibi Əli Əhmədov, 82 saylı Ağcabədi seçki dairəsindən Milli Məclisə Millət vəkili seçilmiş Tahir Rzayev, 48 saylı Yevlax şəhər seçki dairəsindən Milli Məclisə Millət vəkili seçilmiş İlham Məmmədov, 118 saylı Ağdam şəhər seçki dairəsindən Milli Məclisə Millət vəkili seçilmiş Bəxtiyar Əliyev, 119 saylı Ağdam kənd seçki dairəsindən Milli Məclisə Millət vəkili seçilmiş Bəxtiyar Sadıqov, 124 saylı Şuşa- Ağdam-Xocalı- Xocavənd seçki dairəsindən Milli Məclisə Millət vəkili seçilmiş Elman Məmmədov, habelə YAP Mingəçevir, Yevlax şəhər, Goranboy, Tərtər, Bərdə, Ağdam, Xocalı, Laçın, Ağcabədi rayon təşkilatlarının sədrləri və fəalları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.

Müşavirəni giriş sözü ilə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov açaraq qonaqları salamladı. O qeyd etdi ki, bu gün 11 aprel 2018-ci il tarixdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərinin 1 ili tamam olur. Seçkilərdən keçən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük işlər görülmüş, uğurlara imza atılmışdır. Respublikamızda həyata keçirilən islahatlar nəticəsində əhalinin maddi rifah halı daha da yaxşılaşmış, ölkəmizin beynəlxalq aləmdə nüfuzu yüksəlmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin əvvəllərindən başlayaraq ardıcıl olaraq verdiyi sərəncamlar əhalinin aztəminatlı təbəqəsinin, xüsusən məcburi köçkün və qaçqınların maddi rifah halının yaxşılaşması üçün böyük stimul yaratmışdır.

Müşavirədə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini- icra katibi Əli Əhmədov məruzə edərək son illər ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, bunun nəticəsində ölkə dxilində qazanılan uğurlar, həyatın bütün sahələrində əldə edilmiş nailiyyətlər barədə geniş məlumat vermişdir. Minimum əmək haqqının, pensiya və müavinətlərin artırılması, məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin 50 faiz artırılması vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə böyük təkan vermişdir.Bütün bu sərəncamlar əsası Ulu Öndər tərəfindən qoyulmuş və ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində formalaşan büdcə gəlirləri sayəsində mümkün olmuşdur.

2004-cü ildən bu günədək ölkədə 2 milyona yaxın yeni iş yeri açılıb və insanlar işlə təmin olunublar.Son illər işsiz və işaxtaran vətəndaşların xeyli hissəsi özünüməşğulluq proqramına cəlb olunmuş, lazımi aktivlərlə təmin

edilmişlər. Bu gün Azərbaycanda elektrik enerjisi, qaz və su problemi yoxdur. Bölgələrdə yeni içməli su təchizatı və kanalizasiya sistemləri qurulur, yollar çəkilir, əhalinin rifah halının yaxşılaşması üçün böyük layihələr həyata keçirilir.

Qazanılan uğurları gözü götürməyən, xaricdən maliyələşən bir qrup müxalif ünsür kütləvi informasiya vasitələrində, xüsusən sosial şəbəkələrdə təhrif olunmuş məlumatlar yayır, azərbaycandakı inkişafa və sabitliyə qara yaxmaqla ölkədəki sabitliyə xələl gətirmək istəyirlər. Çox yaxşı haldır ki, belələri azdır. Azərbaycan xalqı bütövlükdə yaxşını pisdən seçməyi bacarır, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, xalqla ölkə rəhbərliyinin sarsılmaz birliyə malik olduğunu nümayiş etdirirlər.

Tədbirdə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Milli Məclisin deputatı Tahir Rzayev, YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov, YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev çıxış edərək Cənab Prezidentin son dövrlər verdiyi fərmanların əhalinin əksər təbəqələrini əhatə etdiyini, xüsusən məcburi köçkün və şəhid ailələrinin maddi təminatının xeyli yaxşılaşdığını diqqətə çatdırmışlar.

Çıxışlarda vurğulanmışdır ki, Cənab Prezidentin verdiyi sərəncamlar əsasında 600 min işçinin əmək haqqı artırılıb, 223 min insanın sosial təminatı yaxşılaşdırılıb, minimum əmək haqqı 38 faiz, minimum pensiyalar 37 faiz, şəhid ailəsinə verilən təqaüd 25 faiz artırılıb, 100 minə yaxın tələbənin təqaüdü artırılıb. Əfqanıstan müharibəsi veteranlarına verilən mavinət 300 manata qaldırılıb, problemli kreditlərlə bağlı güzəştlərfən 800 minə, çoxmənzilli binalardakı mənzil mülkiyətçiliyi ilə bağlı problemin həllindən 400 minə yaxın insan yararlanıb. Bütövlükdə 3 milyon insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalanmışlar .

Müşavirəni Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yekunlaşdıraraq qeyd etdi ki, Ölkə .Prezidenti cənab İlham Əliyev tərəfindən Regionların sosial-iqtisadi inkişafı sahəsində verilən fərmanlara müvafiq olaraq son dövrlər Ağcabədidə böyük abadlıq-quruculuq işləri görülmüş, əksər yaşayış məntəqələri qazlaşdırılmış, yollar çəkilmiş, Ağcabədi şəhərində su və kanalizasiya çəkilişi layihəsi demək olar ki, başa çatmış, yeni iş yerləri açılmış, kənd təsərrüfatı sahəsində mühüm irəliləyişlərə nail olunmuş, əhalinin pul gəlirləri əsaslı şəkildə artmış, firavan həyat üçün lazımi şərait yaradılmışdır. Məhz bu amillərə görə Ağcabədililər daim Prezidenti dəstəkləyir, həmişə onun yanında olduğunu nümayiş etdirirlər.
Aprel ayının 11 -də Ağcabədi rayonunda regional müşavirə keçirilmişdir.
Aprel ayının 11 -də Ağcabədi rayonunda regional müşavirə keçirilmişdir.
Aprel ayının 11 -də Ağcabədi rayonunda regional müşavirə keçirilmişdir.
Aprel ayının 11 -də Ağcabədi rayonunda regional müşavirə keçirilmişdir.
Aprel ayının 11 -də Ağcabədi rayonunda regional müşavirə keçirilmişdir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdirBu gün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbində rayonun işgal olunmasının 27 ci ildönümünə həsr olunmuş tədbir keçirildiDeputat: Bu, Prezidentin gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür