Dovletxeberleri.Az
» » SDU-da “Sumqayıtın bu günü və sabahı” mövzusunda konfrans keçirilib

11-04-2019, 20:45SDU-da “Sumqayıtın bu günü və sabahı” mövzusunda konfrans keçirilib

SDU-da “Sumqayıtın bu günü və sabahı” mövzusunda konfrans keçirilib
Aprelin 10-da Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Sumqayıtın bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, universitetin professor-müəllim heyəti iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovu və iştirakçıları salamladı, Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar şəhər rəhbərini və sakinləri təbrik etdi.

Rektor Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı keçirdiyi silsilə görüşlərdən birinin də universitetimizdə təşkilinə görə universitetin çoxsaylı professor-müəllim və tələbə heyəti adından təşəkkürünü bildirdi. Vurğuladı ki, bu gün ölkəmiz dünya miqyasında güclü nüfuza malik bir ölkə kimi tanınır. Əldə edilmiş uğurlar təsdiqləyir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursu Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbərinin çoxşaxəli uğurlu fəaliyyətində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları xüsusi önəm daşıyır. Məhz bu möhtəşəm quruculuq proqramlarının sayəsində ölkəmizin bütün bölgələrində yüksək tərəqqiyə nail olunub və əhalinin həyat şəraiti daha da yaxşılaşıb. Rektor Sumqayıt şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən danışdı. Bildirdi ki, Zakir Fərəcovun rəhbərliyi ilə Sumqayıt şəhərinin mədəni səviyyəsi yüksəlmiş, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıra layihələr gerçəkləşmiş, yeni nailiyyətlər əldə olunub.
Sonra professor Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi. Bildirdi ki, adı, inkişafı Cənubi Qafqazın qüdrətli sənaye mərkəzi olan Sumqayıt şəhəri ilə bilavasitə bağlı olan, onun kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında xidmətləri olan Sumqayıt Dövlət Universiteti bu gün də kadr potensialının inkişafı üçün layihələr gerçəkləşdirir, mühüm uğurlara imza atır.
Elmin təhsilə, Avropa dəyərlərinə inteqrasiyası istiqamətində imza atdığı uğurlarla MDB məkanında, Türkiyədə, bir sıra Avropa ölkələrində fəaliyyət göstərən elm-təhsil mərkəzləri tərəfindən də qəbul olunan universitetimiz bu gün təkcə maddi-texniki bazası, İKT-nın son naliyyətləri ilə təchiz olunmuş auditoriya, laboratoriyaları ilə deyil, nüfuzlu alimləri, tanınmış müəllimləri, mükəmməl biliklərə malik kadr potensialı, professor-müəllim heyəti ilə şöhrət qazanıb. SDU-nun elmi potensialının ildən-ilə artdığını qeyd edən rektor universitetdə Dissertasiya Şurasının yaradıldığını da diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün Möhtərəm Prezident cənab İlham Əliyevin hədəflərini uğurla gerçəkləşdirən Sumqayıt Dövlət Universitetində inkişaf və fərqlilik göz önündədir. Həmçinin ali təhsil müəssisəsində əlavə nəzəri və praktiki ixtisas biliklərinə yiyələnmək üçün innovativ təlim-tədris mərkəzinin yaradılması məqsədi ilə universitetdə texnoparkın tədris-təlim mərkəzi yaradılması,universitetin ikinci tədris binasının üzlənməsi və yeni görkəm alması istiqamətində işlər aparılacaq. Həmçinin universitetin yataqxanalarında məskunlaşmış məcburi köçkün soydaşlarımızı yeni mənzillərlə təmin olunublar, yaxın günlərdə həmin yataqxanalar təmir olunaraq tələbələrin ixtiyarına veriləcək. Bu da tələbələrin sevincinə səbəb olacaq. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün “Atıcılıq” və “Qılıncoynatma” bölmələrinin istifadəyə verilməsi nəzərdə tutulduğunu bildirdi.
Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov universitetin kollektivini salamlayaraq qeyd etdi ki, yarım əsrdən çox tarixi inkişaf yolu keçən Sumqayıt Dövlət Universiteti, güclü maddi-texniki bazaya malik olmuş, ötən illər ərzində yüksəkixtisaslı mütəxəssislər yetişdirmiş və hazırda beynəlxalq əlaqələrini gündən-günə genişləndirməkdədir. Rektor Elxan Hüseynovun rəhbərliyi ilə bu ali məktəbdə güclü elmi-pedaqoji potensial vasitəsilə təhsilin inkişafı və müasirləşməsi, dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həlledici və mühüm addımlar atılmışdır. Bu gün ölkəmizdə sanballı tədris və elmi- tədqiqat mərkəzlərindən biri kimi tanınan Sumqayıt Dövlət Universitetində aktual istiqamətlərdə elmi araşdırmalar aparılır, təhsilin məzmunu elmi nailiyyətlərlə zənginləşdirilir, gündən –günə yeni uğurlar əldə edilir.Sevindirici haldır ki, universitetin əldə etdiyi nailiyyətlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən yüksək qiymətləndirilir. Bu istiqamətdə sizin rəhbərlik etdiyiniz kollektivə uğurlar arzu edirəm.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov yubiley ərəfəsində şəhərdə aparılan böyük quruculuq işlərindən, irimiqyaslı layihələrin həyata keçirilməsindən, yeni sənaye müəssisələrinin inşa olmasından, ümumən Sumqayıtın sürətli inkişafından söhbət açdı, bu inkişafın Azərbaycan Prezidenti cənab İlham Əliyevin mütəmadi diqqəti sayəsində mümkün olduğunu vurğuladı. Bildirdi ki, burada Avropa standartlarına uyğun müasir bulvar yaradılmış, mikrorayonlarda məhəllədaxili yollar, küçə və prospektlərdə yollar əsaslı təmir edilmiş, yaşayış binalarının, məktəb və uşaq bağçalarının yararsız dam örtükləri yeniləri ilə əvəz olunmuş, şəhərin müxtəlif ərazilərindəki parklar daha da abadlaşdırılmışdır. Heydər Əliyev Mərkəzi, Dəmiryol Vağzalının binası, Poeziya Evi, Bayraq muzeyi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, və s. yeni sosial-mədəni obyektlər şəhərin memarlıq görkəminə dəstək olub. Sumqayıt Dövlət Dram Teatrının binası və Kimyaçı Mədəniyyət Sarayı əsaslı, yüksək dizaynla, milli memarlıq üslubunda təmir olunmuşdur. Bu işlər bu gün də, sabah da uğurla davam etdiriləcək.
Zakir Fərəcov onu da qeyd etdi ki, bu il Sumqayıt şəhərinin 70 illiyi tamam olur. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir. Qeyd etdi ki, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərlərinin, diqqət və qayğısının nəticəsidir ki, iri sənaye şəhərinə maraq daha da artdı. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir.
Sonda icra başçısı universitetin müəllim və tələbə heyətinin suallarını cavablandırdı.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdirBu gün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbində rayonun işgal olunmasının 27 ci ildönümünə həsr olunmuş tədbir keçirildiDeputat: Bu, Prezidentin gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür