Dovletxeberleri.Az
» » Prezident yeni rayonun yaradılması barədə göstəriş verib

11-03-2019, 08:17Prezident yeni rayonun yaradılması barədə göstəriş verib

Prezident yeni rayonun yaradılması barədə göstəriş verib
Prezident İlham Əliyev Bakının tarixi mərkəzinin ayrıca rayon kimi təşkili ilə bağlı müvafiq göstərişlərini verib.

Dovletxeberleri.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

E.Qasımzadə qeyd edib ki, bu gün ölkədə quruculuq sahəsində, yaradıcılıq sahəsində çox böyük işlər görülür: "Həm şəhər və qəsəbələrimizin siması müsbət istiqamətdə dəyişir, həm də ümumiyyətlə, Azərbaycan sənətində çox böyük yeniliklər baş verir".

O vurğulayıb ki, dünya miqyasında Azərbaycanın tarixi irsi tanınır və yüksək səviyyədə təqdim olunur: "Bu gün Bakıda 19-cu əsrlərin axırında tikilən binaların yanından keçərkən, 20-ci əsrin ortalarında tikilən binalara yaxınlaşanda biz hiss etmirik ki, başqa bir dünyada başqa bir zəmanəyə gəlib çıxmışıq. Yəni bu tikililər biri-biri ilə vəhdət yaradıb. Bakının üstünlüyü budur. Başqa tarixi şəhərlərə, məsələn, Avropanın mərkəzinə, paytaxt şəhərlərinə baxanda görürük ki, köhnə şəhərlər olduğu kimi qalıb, yanında isə onlara oxşamayan, uyğunlaşmayan, nə memarlıq tərzi ilə, nə də miqyası ilə uyğun gəlməyən, yeni-yeni şüşədən binalar tikilib. Bizdə də bunlar var, amma bizdə ən müasir, “high-tech” deyilən üslubla retro, qədim tərzin arasında ötən əsrin 50-60-cı illərində yaranan memarlıq əsərləri var ki, onlar bu dövrdən o dövrə keçid təşkil edir. Buna görə də Bakıda tikililər bir memarlıq, şəhərsalma əsəri olaraq, böyük, gözəl vəhdət təşkil edir.

Mən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə belə bir təkliflə çıxış etdim ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşsin və onu Bakı Şəhər İcra Hakimiyyəti tərkibində ayrıca mərkəzi rayon kimi qəbul etsinlər. Yekun çıxışında cənab Prezident bu təklifə daha çox vaxt sərf etdi, artıq müvafiq göstərişlərini də verib".

E.Qasımzadə bildirib ki, hazırda bu məsələnin üzərində çox fəal iş aparılır: "Ötən beş gün ərzində mənim, demək olar, bir saniyə sərbəst vaxtım olmayıb, çünki bu işlə məşğul olan bütün dövlət təşkilatları, nazirliklər, o cümlədən Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi hər gün mənimlə əlaqə saxlayırlar və bu işin reallaşmasına doğru təkliflər və müzakirələr aparırlar. Məncə, bu gün bu məsələ belə yüksək səviyyədə müzakirə olunursa, yəqin ki, qısa müddətdə bu barədə qərar qəbul olunacaq".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR