Dovletxeberleri.Az
» » Minimum əməkhaqqı artımı 600 min nəfəri əhatə edəcək - Nazirlikdən AÇIQLAMA

8-02-2019, 20:33Minimum əməkhaqqı artımı 600 min nəfəri əhatə edəcək - Nazirlikdən AÇIQLAMA

Minimum əməkhaqqı artımı 600 min nəfəri əhatə edəcək - Nazirlikdən AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.


Xəbər verilir ki, sərəncama əsasən, Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək.

Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.


“Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.


Vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son 15 ildə Azərbaycanda əmək haqları 7 dəfə, eləcə də minimum əmək haqları 6,5 dəfə artırılıb.


Onu da qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunla qadağandır”,- nazirlik bildirib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulurXatirə Fərəcli Dunya tv-nin qonağı olub .VİDEOMaaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQUƏhalinin gəlirləri 6%-dən çox artıb.99 dövlət əmlakı özəlləşmədə - VAXTMilli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedirBüdcədə 800 milyon manatdan çox qalıq YARANDIMehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLARSumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişiDeputat hesabat yığıncağında iştirak etdiPrezident Sumqayıtda yeni zavodu işə saldıErmənistan atəşkəsi 26 dəfə pozduMilli Məclis pensiyalarla bağlı qanuna dəyişiklik edirİlham Əliyev Sumqayıta gedirRüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLARTanınmış təşkilatçı Ramilə Sultan, "BANU" restoranında: Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Agazadənin sıģınacagında yaşayan, uşaqlar üçün möhtəşəm xeyriyyə təbiri təşkil etdi.Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMRBir şəklin tarixçəsi - “Yedi oğul”dan kimlər getdi, kimlər qaldı...Cəbhədə gərginlik davam edir - Müdafiə NazirliyiZakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdüYaşamaq deyilən buysaGəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLARLeyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTOTəqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidirBu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötürCavid Qurbanovun müavini keçmiş nazir müavinin xaricdəki biznesinə yiyələnib - Sənədlər yayıldıCəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldıİlham Əliyev Rusiyada azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEOƏlilliyin müəyyən olunması meyarları dəyişdirilir - Nazir təfərrüatları açıqladıZiyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyadan bunu qızışdıran qüvvələr var”POLİSLƏR MƏKTƏBLİLƏRİN QONAĞI OLDUElmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşübPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAMDaha 318 şəhid vərəsəsinə 11 min manat veriləcəkBaş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar"İnternetdə təhqirlərin qarşısını almaq üçün tənzimləmə yolları tapılmalıdır" - Əli ƏhmədovƏr-arvad bir gecədə intihar etdi - Övladları olmurduBaytarlıq Xidməti xəstəliklərə görə toplandıCəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutulduNazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavabTramp Trükiyəyə yeni səfir təyin etdiAzərbaycan nefti bahalaşdıYüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEOVəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRARYenidən vulkan püskürdü - ŞamaxıdaABŞ-da fövqəladə vəziyyət elan edildiLeyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLARAzərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaqPensiyaların iki aylıq artımla verilməsinə başlanılıb“Əmək pensiyaları haqqında” qanun dəyişir - Detallar