Dovletxeberleri.Az
» » Deputat: “Məmurlar Prezidentdən və birinci xanımdan nümunə götürməlidirlər”

30-01-2019, 18:07Deputat: “Məmurlar Prezidentdən və birinci xanımdan nümunə götürməlidirlər”

Deputat: “Məmurlar Prezidentdən və birinci xanımdan nümunə götürməlidirlər”
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə indiyədək qəbul edilən və həyata keçirilmiş Dövlət proqramları mühüm əhəmiyyətə malikdir.



Dovletxeberleri.az xəbər verir ki, bunu 1news.az-a Pezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yekunlarına həsr edilmiş konfrans barədə danışan iqtisadçı millət vəkili Vahid Əhmədov deyib.



O xatırladıb ki, bu proqramlar 2004-cü ildən həyata keçirlməyə başlayıb və yeni qəbul edilmiş proqram sayca dördüncüdür:


“2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən üç proqramın ardınca, 2019-2023-cü illəri əhatə edəcək yenisi qəbul edildi.



Növbəti 4 illik proqramda əsas məqsəd regionların iqtisadi inkişafına nail olmaqdır. Bundan əvvəlki üç proqramda əsas məqsəd ilk növbədə regionlarda infrastruktur layihələrinin yaradılması olub. Yəni, regionların elektrik enerjisi, qaz, su təminatı, avtomobil yollarının salınması və s. Başqa sözlə, bu, strukturların fəaliyyətini təmin etmək ki, regionlara investisiya yatırmaq üçün problem yaranmasın.



Ötən müddət ərzində bunlar əsasən yerinə yetirilib. İndi 4-cü proqramda əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanın regionlarında infrastruktur yaradıldığı üçün ora investisiya yatırılsın, sənaye müəssisələri, kənd təsərrüfatının və digər sahələrin inkişafı üçün daha çox canlanma olsun. Yəni, ixrac yönümlü məhsulların istehsalına şərait yaradılsın”.



Millət vəkili deyib ki, yeni proqrama əsasən, 4 il müddətində bölgələrə 17 milyard manata yaxın vəsait qoyulacaq ki, bununda təxminən 4,6 milyard manatı özəl şirkətlər tərəfindən həyata keçiriləcək:



“Bu məbləğ gələcəkdə artırıla da bilər. Yəni, proqramın əhəmiyyəti olduqca böyükdür. Çünki keçən 14 il, 2004-2018-ci illər ərzində bu proqramlar vasitəsilə çox böyük işlər həyata keçirilib. İndi əsas vəzifə faktiki olaraq rayon icra hakimiyyətlərinin üzərinə düşür. Artıq onlar bölgələrə investisiya cəlb edib, yeni iş yerlərinin açılmasına çalışmalıdırlar. Cənab Prezident konfransda qeyd etdi ki, kənd təsərrüfatında taxılla əlaqədar 51 aqropark yaradılıb və orda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Ancaq hektardan orta məhsuldarlıq təxminən 29-30 sentnerdir. Dövlət başçısı bunu yaxşı göstərici adlandırdı və vurğuladı ki, dünya üzrə hektardan orta məhsuldarlıq 34 sentnerdir, Azərbaycanda 30, Avropa İttifaqında 53 sentnerdir. Bizdə iri fermer təsərrüfatlarında 50 sentnerdir. Biz iri fermer təsərrüfatları üzrə göstəricidə Avropa İttifaqının səviyyəsinə çatmışıq”.



V.Əhmədov xatırladıb ki, 2004-2008-ci il üzrə Dövlət proqramının yekunları müzakirə ediləndə Prezident hökumətin qarşısında iki məsələ qoymuşdu: ərzaq təhlükəsizliyi və qeyri-neft sektorunun inkişafı:



“İndi qeyri-neft sektoru müəyyən qədər inkişaf edib. Düzdür, bizi tam qane etməsə də, ixracyönümlü məhsullar çox olmasa da, ancaq inkişaf var. Ərzaq təhükəsizliyi ilə bağlı da kənd təsərrüfatına diqqət çoxalıb. Kənd təsərrüfatında ixrac yönümü məhsulların səviyyəsi artır. Azərbaycanda, məsələn, ixracda ilk dəfə olaraq neçə ildir ki, müsbət saldo yaranıb. Yəni, ixrac idxalı üstələyib. Bütün bunlar hamısı mövcuddur, ona görə də belə proqramın qəbulu çox vacibdir”.



Millət vəkili deyib ki, dövlət başçısı Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər əsas vəzifənin xalqa xidmət etmək olduğunu öz çıxışında bir daha vurğuladı, şəffaflığın təmini ilə bağlı mühüm mesajlar verdi:


“Cənab Prezident hər zaman bunu deyir, məmur əhali ilə münasibətini dəyişməlidir. Burda onlar üçün nümunə elə cənab Prezidentin özü və birinci vitse-prezident Mehriban Əliyevadır, onların apardığı siyasətdir. Bu yaxınlarda şəhid ailəri ilə görüşdə İlham Əliyevin şəhidlərimizin ailə üzvlərinə münasibəti, onlara dərin hörmət və ehtiramı çox duyğusal məqamlar idi. Məmurlar da bundan nümunə götürməlidirlər. Məmurun vəzifəsi nədir? Məmurun vəzifəsi Prezidentin təyin etdiyi şəxs olaraq əhaliyə xidmət etməkdir. Çox təəssüflər olsun ki, bəzi məmurlar bunu dərk etmirlər və problemlər yaradırlar. Həmçinin, Prezident şəffaflığın təmin edilməsini xüsusi vurğuladı. Qeyd etdi ki, Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Yerli icra orqanlarının vərtəndaşlarla rəftarı tamamilə dəyişməlidir”.



V.Əhmədov əlavə edib ki, dövlət başçısının konfransda toxunduğu digər bir mühüm məqam struktur islahatlarının iş yerlərinin ixtisarına gətirib çıxarmaması ilə bağlı idi.


“Struktur islahatları çox ciddi məsələdir və buna artıq ehtiyac var idi. Bizdə bir-birini təkrar edən artıq strukturlar həddən artıq çoxdur. Hökumətin tərkibində elə struktur var ki, onlara ehtiyac yoxdur. İndi islahatlar başlanılıb və davam etdirilir. Nəhayət, elə bir çevik struktur, model qurmaq lazımdır ki, normal işləsin, ciddi problem olmasın. Biz hökumətdən daha çox Prezidentin bu məsələlərə diqqət yetirdiyini görürük. Çox çevik idarəetməyə ehtiyac var”.



V.Əhmədov deyib ki, struktur islahatları zamanı işlə təminat birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi diqqətindədir.


“Bu yaxınlarda Mehriban xanımın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verməsi də bunun bir nümunəsidir. İslahatının aparıldığı heç bir dövlət strukturunda kimsə işsiz qalmamalıdır. Qurum rəhbərliyi bu barədə ciddi düşünməli, hökumət qarşıında məsələ qaldırmalı, özəl sektorla əlaqə yaratmalıdır. Bizim üçün bu gün ən ciddi məsələlərdən biri əhalinin sosial müdafiəsi məsələsidir. Prezident və birinci vitse-prezident bu məsələləri hər zaman diqqətdə saxlayırlar”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBU