Dovletxeberleri.Az
» » Novruz Məmmədov tapşırıqlar verdi

15-01-2019, 19:37Novruz Məmmədov tapşırıqlar verdi

Novruz Məmmədov tapşırıqlar verdi

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qaldırılan məsələlərlə əlaqədar Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib.



Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Novruz Məmmədov 2018-ci ildə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib və iclas zamanı Prezident İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirib.



Ötən ildə atılan addımlar iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılması baxımından ölkəmizin dünya miqyasında reytinqinin yüksəlməsinə səbəb olub.



Xüsusən də, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri müsbət nəticələr verib. Əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir.



İlin mühüm hadisələri olan “Azerspace-2” peykinin orbitə çıxarılması, Cənub Qaz Dəhlizinin, TANAP qaz kəmərinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Türkiyədə ən böyük layihələrdən olan STAR neft emalı zavodunun açılışları, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir.

Baş nazir vurğulayıb ki, 2019-cu ildə də ölkəmizdə mühüm işlərin həyata keçirilməsi, idarəetmədə yeni yanaşmanın tətbiq olunması nəzərdə tutulub. Bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun inşası, həmçinin 100-dən çox məktəb binasının tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının, üç Olimpiya İdman Kompleksinin, beş “ASAN xidmət” mərkəzinin, Bakı şəhərində “DOST” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.



Aqrar sahənin inkişafına nəzər salan Baş nazir Novruz Məmmədov ötən ildə aparılmış meliorativ tədbirlər nəticəsində əkin dövriyyəsinə cəlb olunmuş torpaqların səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər barədə də danışıb.



Sonda sosial-iqtisadi inkişafın nəticələrinə dair fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar hökumət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandıAzərbaycan məktəblisi İsraildə bürünc medal qazandıHeydər Əliyev prospektində MAŞIN AŞDI - FOTOLARPrezident Şəkidəki qəzanı nəzarətə götürdüBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan “Şəki bəyanatı”Vilayət Eyvazovdan yeni təyinatVergilər Nazirliyinə yeni səlahiyyətlər verilib“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTOTəhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİMilli Məclisin deputatları Türkiyəyə gedirMəşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladıGoranboyda silahlı insident - 1 ölü, 2 yaralıBakıda 12 yaşlı oğlan itkin düşdüIV çağırış Milli Məclisin deputatları kimlər olub? - SİYAHITəhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDIFransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcəkMüstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirAMEA-da direktor vəzifəsini tutmaq üçün 17 nəfər namizədliyini verib“Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Goranboyda yeni yol çəkilirAzərbaycanın Müdafiə Nazirliyindən ABŞ konqresmeninə sərt CAVABDirektor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqəyə start verilirAzərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətQanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJMənim qəhrəmanım - Şəhid komandir Raquf Orucovun xanımı YAZIRManat-dollar məzənnəsində yenilik olacaq?AvroLiqada 1-ci təsnifat mərhələsi - Bütün NƏTİCƏLƏRMilli Məclis sonuncu iclasa toplaşırBMT yeni qarşıdurmanın anonsunu verdiTatarıstan Prezidenti Azərbaycana gəlirUlu Öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışıb, mübarizə aparıb və qalib gəlibBu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük.Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri kimlərdir? - SİYAHI