Dovletxeberleri.Az
» » Laçınlı çağırışçılar hərbi xidmətə yola salındılar.

4-01-2019, 18:12Laçınlı çağırışçılar hərbi xidmətə yola salındılar.

Laçınlı çağırışçılar hərbi xidmətə yola salındılar.
4 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsində “Azərbaycan Respublikası vətəndaşlarının 2019-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar laçınlı gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınma mərasimi keçirilmişdir.
Tədbirdən əvvəl rayonun ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin rəisi Fərman Məmmədov açıq elan edərək bildirmişdir ki, laçınlı gənclər də böyük ruh yuksəklıyi ilə hərbi xidmətə yola düşür və onlar vətənimizin ərazi bütövlüyünü qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirəcəklər.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, ordu quruculuğu istiqamətində görülən işlərdən danışmış, müasir tələblərə cavab verən ordumuzun işğalçılara qarşı 2016-cı ilin aprel döyüşlərinin davamı olaraq cari ilin may ayında da Naxçıvan istiqamətində 11 min hektar ərazimizin işğalçılardan azad etməsini, Milli Ordumuzun yaranmasının 100 iliyi münasibəti ilə 2018-ci il 26 iyun tarixdə keçirilən möhtəşəm paradın ölkə vətəndaşları kimi laçınlılarda da böyük ruh yüksəkliyi yaratdığını, tezliklə ata-baba yurdlarına dönəcəklərinə inam hissini daha da artırdığını vurğulamış, çağırışçılara hərbi xidmətlərində uğurlar arzulamışdır.
Rayonun müvafiq qurumlarının nümayəndələrinin, yeniyetmə və gənclərin, müharibə veteranlarının, ziyalıların, ictimaiyyətin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən tədbirdə digər çıxış edənlər də Azərbaycan ordusunun hazırda regionun ən güclü ordusu olduğunu xüsusi vurğulamışlar. Tədbirdə iştirak edən çağırışçıların valideyinləri övladlarını hərbi xidmətə yola salmalarından qürur duyduqlarını bildirmiş, bu şərəfli işdə övladlarına uğurlar arzulamışlar.
Bədii hissə ilə davam etdirilən tədbirdə çağırışçılar musiqi sədaları altında rəqs etmiş, üç rəngli Dövlət Bayrağını öpərək and içmiş, təntənə ilə hərbi hissələrə yola salınmışlar.

Laçınlı çağırışçılar hərbi xidmətə yola salındılar.

Laçınlı çağırışçılar hərbi xidmətə yola salındılar.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşübKazanda 20 Yanvar faciəsinin qurbanları yad edilibPaşinyan yenə Moskvaya səfər edəcək“Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında aydın siqnal verir” - DeputatTufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMAAzərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edibDaha 3 vəkil Vəkillər Kollegiyasından xaric edilirDövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi - FƏRMANHesablama Palatası Mədəniyyət Nazirliyinin Ağcabədi Regional İdarəsi üzrə nöqsanlar aşkarlayıbGürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıbHesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladıBağlanan bankların rəhbərləri barəsində araşdırma başladı - SİYAHIManatın sabahkı MƏZƏNNƏSİNazirliyin Fondunda şok faktlar aşkarlandı - 17 milyonluq yoxlamaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni direktor TƏYİNATISəməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildiAŞPA-nın sədri seçildiAzərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıbAzərbaycanın elektrik enerjisi ixracı artıbSovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin ƏhmədovTürkiyə səfiri: “20 Yanvar milli qürur günüdür”“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər” - Naqif Həmzəyev20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.İmişlidə yol qəzası: ölən və yaralananlar varABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...Ermənilər rayonlarımızı atəşə tutdularPrezident və birinci xanım şəhidləri yad etdilərUNEC-də hər bir tələbənin müraciəti araşdırılırEhsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı20 Yanvar şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verildiZimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı"Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" - Donald TrampBakıda stadionun dam örtüyü UÇDU - FOTOSOCAR-da hansı islahatlar aparılıb? - Şirkətdən açıqlamaRamil Usubovdan daha 3 rəislə bağlı əmr: Binəqədinin rəisi təqaüdə göndərildi, iki rəisin isə yeri dəyişdiDTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdiMəcburi köçkün uşaqları üçün seçimlər başa çatıb20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olubLukaşenko Rusiyaya qarşı çıxdı: rubldan istifadənin əleyhinəyəmBu qurumlarda yoxlama aparıldı, materiallar parlamentə göndərildiRövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdiNazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDIMehriban Əliyeva fəxri medalla təltif edildiTəxirə salınan dərs günləri tətildən çıxılacaq? – RƏSMİ AÇIQLAMAPrezident xidməti maşınlarla bağlı fərman verdiBrent nefti 61 dolları keçdiErmənilər kəndlərimizi atəşə tutduYAP Siyasi Şura üzvü: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandıManat və dolların məzənnəsi dəyişdi?