Dovletxeberleri.Az
» » Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu - AGAH

30-12-2018, 19:01Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu - AGAH

Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu - AGAH
19 Oktyabr 2018-cı ildə Türkiyə Respublikası qanunvericiliyinə müvafiq olaraq rəsmən dövlət qeydiyyatına alınan Ankarada yaşayan azərbaycanlı gənclərin sivil təşkilatlanması yönündə fəaliyyət göstərəcək “Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi” (AGAH) Gənclər Təşkilatının Ümumi Yığıncağı keçirilib.



Dovletxeberleri.az xəbər verir ki, ümumi Yığıncağın keçirilməsində əsas məqsəd təsis edildikdən sonra müvəqqəti İdarə Heyəti tərəfindən idarə edilən İctimai Birliyin icra və nəzarətedici orqanlarının seçilməsi və strukturunun təsdiqlənməsi olub.



AGAH-ın Mətbuat Xidmətindən verilən məlumata görə Ümumi Yığıncağa Ankarada təhsil alan və yaşayan gənclərdən ibarət təşkilatın üzvləri qatılıb. Yığıncaqda gündəlikdə duran əsas məsələlər təşkilat sədrinin seçilməsi, İdarə Heyətinin formalaşdırılması və Nəzarət Təftiş Komissiyasının tərkibinin müəyyən edilməsi olub. Bundan əlavə təşkilatın departamentləri və demartament rəhbərləri də təyin edilib.



Ümumi Yığıncaqda açıq səsvermə yolu ilə keçirilən seçkidə Ankara Universiteti Hüquq fakültəsinin doktorantı Təbriz Cəfərov AGAH İdarə Heyətinin sədri, Türkiyə Barolar Birliyinin üzvü, vəkil Ruslan Edison isə AGAH-ın sədr müavini seçilib. Gazi Univesitetinin magistr tələbəsi Şəlalə Əsədova isə təşkilatın Baş katibi təyin edilib. Bundan əlavə təşkilatın tam tərkibdə İdarə Heyətinin üzvləri və NTK-sı formalaşdırılıb.

AGAH sədri seçilən Təbriz Cəfərov açıqlamasında belə deyib:

“Ankarada yaşadığım son bir ildə gənclər arasında sivil təşkilatlanma baxımından ciddi boşluğun olduğu, Türkiyə və Azərbaycan Gəncləri arasında ictimai aspektdən əməkdaşlıq səviyyəsinin yetərli olmadığı qənaətinə gəldim. Odur ki, mümkün resurslarımız da nəzərə alındığında başlanğıcda paytaxt Ankarada yaşayan azərbaycanlı gənclərin ortaq platformasını formalaşdırmağı, onların Türkiyə toplumuna daha sağlam bir şəkildə adaptasiyasını, sosial, mədəni, akademik inkişafı üçün şərait yaratmağı, fərdi təşəbbüslər vasitəsi ilə həyata keçirilməsi mümkün olmayan və ya fərdən irəli sürülmüş layihələrin daha peşəkar şəkildə icrasına müvafiq inzibati-hüquqi dəstəyin təmin edilməsini qarşımıza məqsəd qoyaraq “Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi” (AGAH) Gənclər Təşkilatını təsis etdik. AGAH Ankarada yaşayan Azərbaycansevər insanların da əvəzsiz dəstəyi ilə Türkiyə Cümhuriyyətinin müvafiq dövlət orqanları tərəfindən rəsmi olaraq dövlət qeydiyyatına alındı.”

AGAH-ın mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, təşkilatın qarşısına qoyduğu məqsədlərin başında Azərbaycan Respublikasının milli maraqlarının müdafiə edilməsi gəlir. İctimai Bilriyin digər məqsədləri isə gənclərimizin arasında birlik, bərabərlik prinsipləri əsasında dostluq əlaqələrinin qurulması, Türkiyə Cümhuriyyətinin müxtəlif dövlət təsisatları ilə ictimai əhəmiyyətli əlaqələrin formalaşdırılması, gənclərimizin ictimai və akademik cəhətdən fərdi inkişafına dəstək verilməsi, Türkiyə Gənclər təşkilatları və gəncləri ilə əməkdaşlıq mühitinin dərinləşdirilməsi, xalqımızın uzun illərdən bəri formalaşdırdığı ənənələrin yaşadılması, təbliğ edilməsi və tanıdılması, gənclərimizin fərqli sahələrə dair ideya ve layihələrinin qiymətləndirilərək reallaşdırılmasına nail olunması, onlara təhsil, məskunlaşma ve digər sahələrdə qarşılaşdığı müxtəlif problemlərin həllində köməklik göstərilməsindən ibarətdir.
Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu - AGAH
Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu - AGAH
Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu - AGAH
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşübKazanda 20 Yanvar faciəsinin qurbanları yad edilibPaşinyan yenə Moskvaya səfər edəcək“Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında aydın siqnal verir” - DeputatTufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMAAzərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edibDaha 3 vəkil Vəkillər Kollegiyasından xaric edilirDövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi - FƏRMANHesablama Palatası Mədəniyyət Nazirliyinin Ağcabədi Regional İdarəsi üzrə nöqsanlar aşkarlayıbGürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıbHesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladıBağlanan bankların rəhbərləri barəsində araşdırma başladı - SİYAHIManatın sabahkı MƏZƏNNƏSİNazirliyin Fondunda şok faktlar aşkarlandı - 17 milyonluq yoxlamaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni direktor TƏYİNATISəməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildiAŞPA-nın sədri seçildiAzərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıbAzərbaycanın elektrik enerjisi ixracı artıbSovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin ƏhmədovTürkiyə səfiri: “20 Yanvar milli qürur günüdür”“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər” - Naqif Həmzəyev20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.İmişlidə yol qəzası: ölən və yaralananlar varABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...Ermənilər rayonlarımızı atəşə tutdularPrezident və birinci xanım şəhidləri yad etdilərUNEC-də hər bir tələbənin müraciəti araşdırılırEhsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı20 Yanvar şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verildiZimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı"Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" - Donald TrampBakıda stadionun dam örtüyü UÇDU - FOTOSOCAR-da hansı islahatlar aparılıb? - Şirkətdən açıqlamaRamil Usubovdan daha 3 rəislə bağlı əmr: Binəqədinin rəisi təqaüdə göndərildi, iki rəisin isə yeri dəyişdiDTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdiMəcburi köçkün uşaqları üçün seçimlər başa çatıb20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olubLukaşenko Rusiyaya qarşı çıxdı: rubldan istifadənin əleyhinəyəmBu qurumlarda yoxlama aparıldı, materiallar parlamentə göndərildiRövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdiNazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDIMehriban Əliyeva fəxri medalla təltif edildiTəxirə salınan dərs günləri tətildən çıxılacaq? – RƏSMİ AÇIQLAMAPrezident xidməti maşınlarla bağlı fərman verdiBrent nefti 61 dolları keçdiErmənilər kəndlərimizi atəşə tutduYAP Siyasi Şura üzvü: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandıManat və dolların məzənnəsi dəyişdi?