Dovletxeberleri.Az
» » Türkiyədə beynəlxalq Qarabağ Forumu keçirildi

22-12-2018, 17:09Türkiyədə beynəlxalq Qarabağ Forumu keçirildi

[center]Türkiyədə beynəlxalq Qarabağ Forumu keçirildi[/center
Beynəlxalq Qarabağ Forumunun 6-cı toplantısı Türkiyənin İzmit şəhərində baş tutub. Toplantıda Türkiyə, Azərbaycan, Rusiya və Bolqarıstandan nümayəndələr iştirak ediblər. Toplantının əvvəlində Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Beynəlxalq Qarabağ Forumunun koordinatoru Akif Nağı, Beynəlxalq Qarabağ Forumunun üzvü, Türkiyə-Azərbaycan Dərnəklərinin başkanı Bilal Dündarı Azərbaycan-Qarabağ həqiqətlərinin təbliğində xidmətlərinə görə təltif edib.

Bu barədə QAT-dan məlumat verilib.

Forumun işinə Türkiyədən Beynəlxalq Qarabağ Forumunun koordinatoru Goksel Gülbey sədrlik edib. Əvvəlcə təşkilatı məsələlərə baxılıb, Foruma yeni üzvlər qəbul olunub. Yeni üzvlər Rusiyadan Tahir Hacıyev, Əşrəf Hüseynov və Sultan Mərzili, Azərbaycandan Firudin Məmmədov, Bolqarıstandan Hikmət Əfəndiyev, Altəkin Ceferli, Abidin Karasu, Mehmet Teyfik üzv seçiliblər. Türkiyədən isə Turqut Cəfəroğlu Foruma yeni üzv seçilib. Ondan sonra digər təşkilatı məsələyə baxılıb. Forumun idarə olunması üçün koordinatorlar qrupu yaradılıb. Koordinatorlar qrupuna Azərbaycandan Akif Nağı, Emin Həsənli, Sultan Əzimzadə, Türkiyədən Goksel Gülbey, Cefer Dal, Cemal Barış, Turqut Ceferoğlu, Rusiyadan Sultan Mərzili, Əşrəf Hüseynov, Tahir Hacıyev, Bolqarıstandan Rafet Ulutürk, Hikmət Əfəndiyev, Altekin Ceferli seçiliblər. Bundan sonra Forum öz işini davam etdirib.

Hazırkı vəziyyətlə bağlı həm Qarabağ ətrafında baş verən hadisələr, həm də dünyada baş verən digər hadisələrə münasibət bildirildi, fikirlər səsləndirilib. Forum iştirakçılarından Akif Nağı, Goksel Gülbey, Sultan Əzimzadə, Cefer Dal, Bilal Dündar, Altekin Ceferli, Cemal Barış, Sultan Mərzili və digərləri çıxış edərək öz fikirlərini və təkliflərini bildiriblər. Forumun əsas qayəsi həm yerlərdə Foruma daxil olan təşkilatların iş birliyinin əldə olunması, fəaliyyətin təkmilləşdirilməsi, əlaqələrin daha da sıxlaşdırılması və Forumun əsas ideyası yəni Qarabağ həqiqətlərinin təbliği və sözdə “erməni soyqırımı” iddialarının ifşasıyla bağlı daha geniş miqyasda fəaliyyət göstərməyin zəruriliyi vurğulanıb. Növbəti toplantının gələn ilin ortalarında keçirilməsi ilə bağlı qərar qəbul olunub. Sonda Beynəlxalq Qarabağ Forumunun yekun Qətnaməsi qəbul olunub. Yekun Qətnaməsində göstərilir:


1. Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qrabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların, ATƏT Minsk qrupu həmsədrlərinin səmərəsiz fəaliyyəti pislənilsin.


2. Azərbaycanın işğal altındakı ərazilərini istənilən vasitələrlə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci bəndinə uyğun olaraq, hərbi yolla azad etmək haqqı tam şəkildə dəstəklənsin. Beynəlxalq Qarabağ Forumuna daxil olan təşkilatlara öz ölkələrində Azərbaycanın bu haqqına hörmət edilməsi istiqamətində ictimai rəyin yaradılmasına səy göstərmələri tövsiyyə edilsin.


3. İşğalçı Ermənistanın Azərbaycana qarşı ilhaqçı mövqedə qalması, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq istəməməsi, beynəlxalq hüquq normaları ilə hesablaşmaması qətiyyətlə pislənilsin. Ermənistanda bəzi xarici mərkəzlər tərəfindən hakimiyyətə gətirilmiş yeni qüvvələrin yalançı, hay-küylü bəyanatları, saxta “demokrat” imici yaratmaq, danışıqlardan yayınaraq vaxtı uzatmaq cəhdləri ittiham edilsin. Qeyd edilsin ki, Qarabağ münaqişəsinin ədalətli həlli Ermənistanın bütün işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən, Dağlıq Qarabağ və ətraf 7 rayondan dərhal və qeyd-şərtsiz çıxarılmasından, həmin ərazilərdə Azərbaycanın suveren hüquqlarının tam bərpa olunmasından ibarət ola bilər.


4. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün region ölkələrinin əlaqəli fəaliyyətinə, vasitəçilik missiyasına üstünlük verilməsi məqsədəuyğun hesab edilsin. Region ölkələrindən Türkiyə, İran, Rusiya arasında münasibətlərin yüksələn xəttlə inkişaf etməsi təqdir olunsun və bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri qeyd edilsin.


5. Amerika Birləşmiş Ştatlarının və onun təsiri altında olan bəzi dövlətlərin İran, Türkiyə, Rusiya və digər ölkələrə qarşı əsassız sanksiyalar siyasəti pislənilsin, beynəlxalq hüquqa zidd hərəkət kimi dəyərləndirilsin. Sanksiyalara məruz qalan ölkələrin vəziyyətdən çıxış yolu kimi hakimiyyətlər və cəmiyyətlər səviyyəsində birgə fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilsin. Əsassız sanksiyalar siyasətinin dünyada münaqişə ocaqlarının qalmasına rəvac verdiyi qeyd olunsun. Sanksiyalar hansısa siyasi və məkrli niyyətlərlə deyil, işğalçı, təcavüzkar ölkələrə, o cümlədən, Ermənistana qarşı yönəlməlidir.


6. Dünyada işğal, terror, etnik təmizləmə, separatizm, başqa ölkələrin daxili işlərinə qarışma siyasəti qətiyyətlə pislənilsin. Fələstin, Suriya, Yəmən və digər ölkələrdə dinc əhalinin, o cümlədən, uşaqların, qadınların kütləvi şəkildə qətlə yetirilməsinə son qoyulsun. Beynəlxalq təşkilatlardan bu faciəli böhranların aradan qaldırılması üçün təsirli addımların atılması tələb edilsin.


7. Qarabağ həqiqətlərinin təbliği istiqamətində səylər daha da artırılsın, bu işdə kütləvi informasiya vasitələri, sosial şəbəkələr, elmi-praktiki konfrans, dəyirmi masa, digər vasitə və formalardan daha geniş şəkildə istifadə edilsin.


8. Forum iştirakçıları Dağlıq Qarabağ məsələsinin beynəlxalq və regional təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı müstəvisində prioritet, əsas problemə çevrilməsi istiqamətində səylərini artırsınlar.


9. Beynəlxalq Qarabağ Forumuna daxil olan təşkilatlara öz ölkələrində daha səmərəli şəkildə fəaliyyət göstərmələri tövsiyyə edilsin. Hər bir üzv ölkədə həm əməkdaşlıq edilən təşkilatların sayı artırılsın, həm də işin keyfiyyəti yüksəldirilsin.


10. Biz bir daha dünya birliyinə, beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə müraciət edir, ikili standartlar siyasətinə son qoyulmasına, Dağlıq Qarabağ və digər münaqişələrin həllinə tezliklə nail olunmasına, hər bir halda ədalət, obyektivlik, humanizm prinsiplərinin üstün tutulmasına çağırırıq!

Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşübKazanda 20 Yanvar faciəsinin qurbanları yad edilibPaşinyan yenə Moskvaya səfər edəcək“Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında aydın siqnal verir” - DeputatTufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMAAzərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edibDaha 3 vəkil Vəkillər Kollegiyasından xaric edilirDövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi - FƏRMANHesablama Palatası Mədəniyyət Nazirliyinin Ağcabədi Regional İdarəsi üzrə nöqsanlar aşkarlayıbGürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıbHesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladıBağlanan bankların rəhbərləri barəsində araşdırma başladı - SİYAHIManatın sabahkı MƏZƏNNƏSİNazirliyin Fondunda şok faktlar aşkarlandı - 17 milyonluq yoxlamaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni direktor TƏYİNATISəməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildiAŞPA-nın sədri seçildiAzərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıbAzərbaycanın elektrik enerjisi ixracı artıbSovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin ƏhmədovTürkiyə səfiri: “20 Yanvar milli qürur günüdür”“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər” - Naqif Həmzəyev20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.İmişlidə yol qəzası: ölən və yaralananlar varABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...Ermənilər rayonlarımızı atəşə tutdularPrezident və birinci xanım şəhidləri yad etdilərUNEC-də hər bir tələbənin müraciəti araşdırılırEhsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı20 Yanvar şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verildiZimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı"Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" - Donald TrampBakıda stadionun dam örtüyü UÇDU - FOTOSOCAR-da hansı islahatlar aparılıb? - Şirkətdən açıqlamaRamil Usubovdan daha 3 rəislə bağlı əmr: Binəqədinin rəisi təqaüdə göndərildi, iki rəisin isə yeri dəyişdiDTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdiMəcburi köçkün uşaqları üçün seçimlər başa çatıb20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olubLukaşenko Rusiyaya qarşı çıxdı: rubldan istifadənin əleyhinəyəmBu qurumlarda yoxlama aparıldı, materiallar parlamentə göndərildiRövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdiNazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDIMehriban Əliyeva fəxri medalla təltif edildiTəxirə salınan dərs günləri tətildən çıxılacaq? – RƏSMİ AÇIQLAMAPrezident xidməti maşınlarla bağlı fərman verdiBrent nefti 61 dolları keçdiErmənilər kəndlərimizi atəşə tutduYAP Siyasi Şura üzvü: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandıManat və dolların məzənnəsi dəyişdi?