Dovletxeberleri.Az
» » “Heydər Əliyev Azərbaycan dövlətini xilas etdi” — Bahar Muradova

12-12-2018, 08:32“Heydər Əliyev Azərbaycan dövlətini xilas etdi” — Bahar Muradova

“Heydər Əliyev Azərbaycan dövlətini xilas etdi” — Bahar Muradova
“Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qoruyub saxlaması, gücləndirməsi, inkişaf etdirməsi, hər bir Azərbaycan vətəndaşına bu dövlətin taleyi və gələcəyi üçün məsuliyyətli olmaq vərdişini aşılaması, müstəqil Azərbaycanın vətəndaşının tərbiyəsi istiqamətindəki işləri ölçüyəgəlməzdir. Bu gün biz belə ölkənin, getdikcə daha artıq tanınan, zənginləşməkdə olan bir dövlətin vətəndaşı olduğumuz üçün qürur duyuruq”.
"Dovletxeberleri.Az" xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyev tarix boyu xatırlanacaq: “Ulu öndər Heydər Əliyev hər gün həm Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn qonaqlar tərəfindən yad olunur, onun keçdiyi həyat yolu daim xatırlanaraq dəyərləndirilir. Mən Heydər Əliyev haqqında onunla şəxsən tanış olan, yaratdığı Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan, həyatımda əhəmiyyətli izi olan bir insan kimi danışıram. Birmənalı olaraq deyə bilərəm ki, Heydər Əliyev böyük şəxsiyyət olub”.

Vitse-spiker bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın ən çətin dövründə ikinci dəfə hakimiyyətə gəlib: “Nəzərə alsaq ki, onun birinci dəfə hakimiyyətə gəldiyi dövr də asan olmayıb. O zaman Azərbaycan iqtisadi və sosial çətinlikləri olan, ittifaq miqyasında geridə qalan, aqrar respublika xarakteri daşıyan bir ölkə idi. Həm o dövrdə, həm də ikinci hakimiyyəti dövründə Heydər Əliyev Azərbaycana çiçəklənmə, inkişaf, rifah gətirdi və onu ön sıralara çıxardı”.

Milli Məclis sədrinin müavini əlavə edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etdi. Heydər Əliyev həmin ildə prezident seçilməklə Azərbaycan dövlətini inkişaf etdirmək üçün çox böyük bir vəzifəyə rəsmən başladı, Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu".
B.Muradova hesab edir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci dövrü Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki ulu öndər məhz bu dövrdə Azərbaycan dövlətinin müstəqilliyini xilas edərək onun əbədiliyini, dönməzliyini təmin edən, Azərbaycanı öz imkanlarının, potensiallarının sahibinə çevirən və birmənalı şəkildə “Azərbaycan dövləti var, onunla hesablaşmaq lazımdır və dünya durduqca Azərbaycan da dünya ölkələri sırasında olacaq” fikrini möhkəmləndirən bir fəaliyyət həyata keçirib:

“Heydər Əliyevin xatirəsi qarşısında bir daha baş əyərək onu əmin etmək istəyirik ki, ulu öndər, biz sizin qoyduğunuz siyasi yolda fəaliyyətimizi davam etdirəcəyik və Azərbaycanı uğurdan-uğura qovuşduracayıq. Çünki bu gün Azərbaycanda Heydər Əliyev ideyaları ideya formasında deyil, onlar realdırlar, həyatdadırlar. Bu işin başında siyası varis, möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. Biz onun rəhbərliyi altında Heydər Əliyevin nəzərdə tutduğu layihələrin inkişaf istiqamətlərini həyata keçirməkdəyik. Hesab edirəm ki, bu, davam etdikcə Heydər Əliyevin dəyəri, onun xidmətləri getdikcə daha artıq nəzərə çarpacaq. Azərbaycanın gələcəyi parlaqdır, parlaq gələcəyin də qurucusu birmənalı olaraq ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir. İnkar etmək mümkün deyil ki, Azərbaycan xalqının rifahının yüksəldilməsinə, daxili sabitliyin qorunmasına və cəmiyyətin bütün sahələrində – enerji, nəqliyyat, turizm, təhsil, səhiyyə və digər sahələrdə önəmli layihələrin həyata keçirilməsinə istiqamətlənmiş siyasət Heydər Əliyev ideyalarının tərkib hissəsidir”.

Onun sözlərinə görə, bu ideyalara söykənən xarici siyasət kursunun mahiyyəti Azərbaycanın daha təkmil bir dövlət kimi yeni, qüdrətli imicini və nüfuzunu formalaşdırmaqla yanaşı, həm milli-mənəvi dəyərləri, həm də müasirliyi özündə əks etdirən üçrəngli Azərbaycan bayrağının daha uca zirvələrdə dalğalanacağına əminlik yaradan başlıca amildir.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHI