Dovletxeberleri.Az
» » "Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran Əsədov

16-11-2018, 16:33"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran Əsədov

"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran Əsədov
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Abel Məhərrəmovun işdən çıxarılması böyük səs-küyə səbəb olub. Hazırda onun yerinə kimin təyin ediləcəyi ilə bağlı müzakirələr aparılır.

Bununla bağlı BiG.AZ -a açıqlama verən təhsil ekperti Kamran Əsədov bildirib ki, yaxın günlərdə BDU - ya təyinat olacaq: "Mən Bakı Dövlət Universitetinin rektor vəzifəsinə real namizəd kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanı düşünürəm. Ona görə ki, Nərgiz xanım akademikdir, uzun müddət BDU -da prorektor kimi çalışıb, hazırda BDU - da kafedra müdiridir. Eyni zamanda Nərgiz Paşayevanın rəhbəri olduğu Moskva Dövlət Universitetinin Bakı filialı kifayət qədər böyük işlər görüb, müsbət imic formalaşdırıb. İkinci namizəd kimi Azərbaycan Universitetinin eks rektoru, gənc Fərid Əhmədovu düşünürəm. Çünki o da rektor kimi kifayət qədər müsbət imic formalaşdırıb. 3-cü namizəd kimi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu düşünürəm. Elmar Qasımova BDU yad deyil. Eyni zamanda Elmar müəllim BANM-a rəhbərliyi dövründə yeni yaradılan ali təhsil müəssisəsini qısa müddətdə ölkənin ən yaxşı universitetinə çevirə bilib, onun beynəlxalq imicini formalaşdıra bilib. Mən daha çox bu namizədlərin üzərində dayanıram".

Kamran Əsədov BDU-nun eks rektoru Abel Məhərrəmovun fəaliyyətindən də bəhs edib:"Bakı Dövlət Universiteti mənim üçün doğma, müqəddəs məbəddir. BDU ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən çox fərqlidir. Təkcə onun adı hər şeyi deyir. Onun adı gələndə insanlarda bir güvən, bir xoş təəssürat yaradır. Əlbəttə ki, heç kim vəzifədə əbədi deyil. Təyin olunan bir gün vəzifəsindən azad edilir. Abel Məhərrəmov BDU-ya rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə universitet üçün çox böyük işlər görüb. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İnfrastruktur layihələri həyata keçirilməsini təmin edib. Amma təbii ki, çatışmazlıqlar var idi. Amma BDU adi bir universitet deyil ki, burda nəsə problemsiz olsun. Nəzərə alsaq ki, BDU - da 24 min tələbə, 7 min müəllim, 3 mindən çox texniki işçi çalışırdı, böyük bir insan kütləsinin burda cəmləşdiyini görə bilərik".

Aysel Yusifqızı
"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran Əsədov
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Tanınmış prodüsser-rejissor Minarə Əskərova beyin əmməliyatı olunmalıdırSahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncamRövşən Rzayev məcburi köçkünlərlə görüşdüAnkarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLARKonstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİQənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülübAMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq