Dovletxeberleri.Az
» » “Bayrağımız bütün tarixi və əzəli torpaqlarımızda dalğalanacaq” – Mədət Quliyev

9-11-2018, 08:09“Bayrağımız bütün tarixi və əzəli torpaqlarımızda dalğalanacaq” – Mədət Quliyev

“Bayrağımız bütün tarixi və əzəli torpaqlarımızda dalğalanacaq” – Mədət Quliyev
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycanın Dövlət bayrağının qəbul edilməsinin 100 illiyinə və 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Dovletxeberleri.az DTX-ya istinadən bildirir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev giriş sözü ilə açaraq, şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edib, Dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd edib ki, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və əvəzsiz səyləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin ülvi yadigarı, 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasında ikinci dəfə təsdiq edilmiş üçrəngli Dövlət bayrağı rəsmi dövlət rəmzi olmaqla yanaşı, milli həmrəyliyin, azərbaycançılıq məfkurəsinin ətrafında bütün vətənpərvər soydaşlarımızın sıx birləşməsinin başlıca amillərindəndir. Bildirilib ki, möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə Dövlət Bayrağı Gününün təsis edilməsi, dövlətimizin başçısının bilavasitə rəhbərliyi və iştirakı ilə paytaxt Bakıda və respublikanın bölgələrində Dövlət bayrağının vüqarla dalğalanması üçün yaradılmış möhtəşəm meydanlar, muzeylər və komplekslər qəlbi hər zaman Azərbaycanla döyünən vətəndaşların qürur, and və milli özünüdərk yeridir.

General-polkovnik Mədət Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Dövlət bayrağının Azərbaycanın bütün tarixi və əzəli torpaqlarında daim zirvələrdə dalğalanacağını bildirərək, şəxsi heyətə Vətənin zəfərləri və qüdrətlənməsi naminə xidmətdə müvəffəqiyyətlər arzulayıb.

Azərbaycanın müstəqillik rəmzi olan Dövlət bayrağının ilk dəfə yaranması tarixindən danışan DTX-nin Heydər Əliyev adına Akademiyasının professoru, filologiya elmləri doktoru Cəlal Qasımov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də ilk dəfə Naxçıvanda ucaldılıb. Bu addım ölkə əhalisi tərəfindən tarixi və mütərəqqi bir hadisə kimi dəyərləndirilir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edilib. Ən müqəddəs rəmzlərdən olan bayraq xalqın varlığının sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən bariz ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini, ölkənin suverenliyini və yüksəlişini tərənnüm edən üçrəngli Dövlət Bayrağımız hər bir vətənpərvər azərbaycanlının qürur mənbəyidir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Əli Əhmədov: Milli Ordu dövlətin güc, millətin qürur mənbəyidirSumqayıt: bu günün və sabahın şəhəriJurnalist Fuad Abbasov Azərbaycana göndərildi - Səfirlik açıqlama yaydıPrezident Ramil Usubovu qəbul etdiAŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunubYAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı“Qaçqınkom”da muğam müsabiqəsinin qalibləri ilə görüş olub“Azərişıq”da yeni departament yaradıldıNazir: “Şikayətlərin 25-i düz çıxdı” - Sahil Babayev vətəndaşlara paylanan arıq inəklərdən DANIŞDIZakir Həsənov: Azərbaycan Ordusu dünyada güclü ordular arasında layiqli yerlərdən birini tuturƏkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİVİqtisadiyyat naziri Şahin Mustafayev Ağcabədidə Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.Deputatdan QHT sədrlərinə sərt mesaj: "Nə şantajla, nə təhdidlə bizdən heç nə qopara bilməzsiniz"Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb“Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə danışıqlara xələl gətirir” – Elmar MəmmədyarovŞirməmməd Hüseynovla vida mərasimi Təzəpir məscidində keçiriləcəkMehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir”Elmar Qasımov ipponla qazandı - 4-cü medalDilqəmlə Şahbazın işində yeni XƏBƏRSumqayıtda tibb müəssisəsinin açılışı olduİstanbul meri uğrunda səslərin 100%- i hesablandıVilayət Eyvazov müşavirə keçirdiMehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdüMehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışındaGənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərirƏrdoğan İmamoğlunu təbrik etdi - FOTOMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayırİstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıbBMT Baş katibinin müavini Azərbaycana səfərə gəlibDövlət qulluqçularının peşə bayramıdırHeydər Əliyev Mərkəzinin parkında yoqa sessiyasıBu gün İstanbul Bələdiyyə başqanını seçirAzərbaycan idmançısı erməni rəqibini məğlub edib medal qazandıSahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir 22 İyun 2019 13:52Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLARLeyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarlaPrezident dövlət qulluqçularını təltif edib - SİYAHIAgyol.Az izləyicilərini AZ TV-də "Planet"in növbəti verlişini izləməyə dəvət edir ANONS"Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm" - Kamal AbdullaAzər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyırTbilisidə Bülbülün xatirəsi anılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimiSəhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədriIII Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli olduAtəşkəs 20 dəfə pozulub – Pulemyotlar işə düşdüYAP-ın Mərkəzi Qərargahında partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilibGömrük Komitəsi sədrinə yeni müavini təyin edildiLeyla Əliyeva II Avropa Oyunlarının açılışındaMəktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİ