Dovletxeberleri.Az
» » Qənirə Paşayeva parlamentdə vacib təkliflərlə çıxış etdi - VİDEO

6-11-2018, 18:12Qənirə Paşayeva parlamentdə vacib təkliflərlə çıxış etdi - VİDEO

Qənirə Paşayeva parlamentdə vacib təkliflərlə çıxış etdi - VİDEO
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin əmək və sosial siyasət, elm və təhsil, səhiyyə, ailə, qadın və uşaq məsələləri və mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında 2019-cu il dövlət büdcəsi haqqında layihəni dəstəklədiyini bildirib və bu sənədin ölkəmizin inkişafına və insanlarımızın həyat şəraitinin yaxşılaşmasına öz müsbət töhfələrini verəcəyinə inandığını deyib.


Modern.az xəbər verir ki, Q.Paşayeva yeni fəalyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” - DOST xidmətinin yaradılmasının özəlliklə əhalinin aztəminatlı təbəqəsinin, əlillərin, işsizlərin həyatında daha da müsbət dəyişiklərə təkan olacağına deyib:


"Təbii ki biz bu istiqamətdə görülən bütün işləri dəstəkləyirik və insanlarımızın, bizə müraciət edən seçicilərin bu istiqamətdə qaldırdığı bəzi məsələlərin də büdcə layihəsində nəzərə alınmasını hökumətdən, müvafiq qurumlardan xahiş edirik".

Q.Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti onlara verilən müavinətlərin və təqaüdün artırılmasına çağırıb:


"Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın. 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur. Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var".

Millət vəkili fiziki imkanları məhdud 18 yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və onun qaldırılmasının vacibliyini vurğulayıb.


Q. Paşayeva fiziki imkanları məhdud şəxslərin, əlillərin təhsil sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək müəyyən təkliflərlə çıxış edib və müvafiq qurumları bu məsələlərə daha çox diqqət ayırmağa çağırıb. Deputat əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib: “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin”.


"Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”, - deyən millət vəkili bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər deputatlara müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər.
Q.Paşayeva deyib ki, bu problem kənd rayonlarında çox ciddidir,ona görə də təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə ciddi genişlənməlidir.


Millət vəkili bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir: "Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsin”.


Q.Paşayeva MM-in Səhiyyə komitəsinin sədri Ə.Əmiraslanovun onkoloji xəstələrlə bağlı səsləndirdiyi fikirlərini dəstəklədiyini bildirirək, onkoloji xəstələrin sayının getdikcə artdığını və getdikcə gəncləşdiyini deyib və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsinə dəstək üçün şiş əleyhinə dərman vasitələrinin alınmasına büdcədən ayrılan vəsatin artırılmasının vacibliyini vurğulayıb. Q.Paşayeva Tovuz rayonunda tarixi-mədəni abidələrin bərpası və təmiri işlərinə böyük ehtiyac olmasını xüsusi vurğulayaraq, bu istiqamətdə işlərin qısa zamanda görülməsini aidiyyəti qurumlardan xahiş edib.



Millət vəkili Q.Paşayevanın iclasda çıxış videosunun linkini burdan izləyə bilərsiniz.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLARNazir Ramin Quluzadə şikayətçiləri qəbul edəcək - BərdədəDSMF-nin vəzifələri şəxsləri haqda fərman - "Dövlət qulluğu haqda" qanun dəyişdiİlham Əliyev Belarusa səfər edəcəkATƏT sabah cəbhə xəttinə gedəcək200-dən çox şəxsə mal və materiallar verilibLaçın Suvarma Sistemləri İdarəsinnin yeni rəsin Dovletxeberleri.az təbrik edir!Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİİnam Kərimov qəbul keçirəcəkİcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİDaxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQZakir Həsənov bu deputatları təltif etdi - SİYAHIPrezident və birinci xanım açılış ETDİNazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHIBu gün təəssübkeş vətən oğlu , Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının rəhbəri , Tatarıstanda Azərbaycan diasporunun rəhbəri Sarraf bəy doğum gününüdürAzərbaycanda dəhşət: Altı nəfər ruhi xəstəni döyərək öldürdüDövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşürƏliyev Antidopinq Agentliyinin prezidenti ilə görüşübPA-dan Norveç səfirliyinin bağlanmasına reaksiyaLos Ancelesdə Arzu Əliyevanın filminin premyerası keçirilib“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQQurban Qurbanov millinin heyətini açıqladıDövlət İmtahan Mərkəzi hazırlıq kursları açırSarkisyanın partiyası seçkiyə gedir