Dovletxeberleri.Az
» » Mehriban Əliyeva Qarabağ qazisinin müalicəsini nəzarətə götürdü

26-10-2018, 07:08Mehriban Əliyeva Qarabağ qazisinin müalicəsini nəzarətə götürdü

Mehriban Əliyeva Qarabağ qazisinin müalicəsini nəzarətə götürdü
“Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrimizə və qazilərimizə göstərdiyi böyük diqqətini ölkəmizdə insanlarımızın, demək olar ki, hamısı bilirlər. Mehriban xanım, şəhid ailələrimiz, qazilərimizlə görüşlərdə, bir sıra çıxışlarında da hər zaman insanlarımızı şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərməyə çağırıb”. Dovletxeberleri.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva qazi Qoşqar Hacıyevin komaya düşməsi və xəstəxanaya yerləşdirilməsindən narahat olanlara müraciətində qeyd edib.



Millət vəkili bildirib ki, Qoşqar birbaşa Mehriban xanımın diqqət və qayğısı nəticəsində Türkiyənin “Gülhanə” Hərbi Hospitalına göndərilmiş və onun müalicəsi birbaşa Mehriban xanımın nəzarəti altında olub: “Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Qoşqar qardaşımız “Gülhanə” Hərbi Hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq lazımi müalicələri alıb. Bu müddət ərzində o hər zaman diqqət altında olub və bütün dəstəyi Mehriban xanım göstərib. Bakıya qayıtdıqdan sonra Hərbi Hospitalda müalicəsi davam etdirilib. Qoşqar qardaşımız ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində yenidən ağırlaşma baş verib və ailəsi bundan çox narahat olub. Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin ailənin narahatlığını “dövlət qazisinə sahib çıxmır” və s. kimi doğru olmayan, sadəcə düşməni sevindirən məlumatlarla paylaşmasını üzüntü ilə və ciddi narahatlıqla izlədik”.



Millət vəkili vurğulayıb ki, bu, dövlətimizin maraqlarına zərbə vuran və düşmən sevindirən addımlardır:



“Digər tərəfdən, hər zaman qazimizin yanında olan o insanlara haqsızlıq edildiyini gördüyüm və onların da çıxıb əslində qazimizə hər zaman dəstək olduqlarını söyləməyəcəklərini bildiyim üçün bunları qeyd edirəm. Çünki Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələrimiz və qazilərimizə dəstəyi hər zaman özlərinə bir borc sayırlar və bu istiqamətdə gördükləri işlərlə bağlı mətbauata adətən məlumatlar vermirlər”.



Millət vəkili Qoşqar Hacıyevlə bağlı məlumat alan kimi Hərbi Hospitala getdiyini, hospitalın rəhbəri ilə ailə üzvlərinin, qazimizin dostlarının iştirakı ilə vəziyyəti müzakirə etdiyini bildirib:



“Ailəsi qazimizin yenidən qardaş Türkiyəyə göndərilməsini xahiş etdi. Bu məsələni Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə çatdıranda onun dediyi söz "Hər zaman qazimizin yanındayıq" oldu. Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın, qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini tapşırıb və bu dəstək göstəriləcək. “Gülhanə” ilə danışıqlara başlanıldı. Cəmi bir neçə saat sonra isə qazimizin qardaşı İlqar bəy zəng edərək, Qoşqar qardaşımızı “Gülhanə”də müalicə edən həkimlərin Bakıda EGE Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirərək, “Həmin həkimlər Bakıda çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, EGE Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala bilər” dedi. Qoşqar qardaşımız artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq Qoşqar bəyin vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi. Bu gün EGE Hospitalda həm Qoşqar qardaşımızı ziyarət etdik, həm ailəsi ilə birlikdə Türkiyədən gəlmiş həkimlərlə, xəstəxana rəhbərliyi ilə görüşdük. “Mehriban xanımın hər zaman qazilərimizə dəstəyi bizim üçün də örnəkdir” dedilər və Heydər Əliyev Fondundan nümayəndələrin gəldiyini, həm qazimizin vəziyyəti ilə maraqlandıqlarını, həm də gərəkən bütün dəstəyin Mehriban xanımın tapşırığı ilə göstəriləcəyini söylədiklərini bildirdilər. Qazimizin əziz anası və bütün ailəsi Mehriban xanımın diqqətindən çox razı qaldılar və təşəkkürlərini söyləməmizi xahiş etdilər. Mən də öz adımdan və Qoşqar qardaşımızı sözün əsl mənasında düşünən bütün insanlar adından Mehriban xanıma bir daha gözəl addımı və örnəyi üçün təşəkkür edirəm. Yenə gözəl bir addımla hər birimizə örnək oldu. Anar müəllimə, EGE Hospitala, türkiyəli həkimlərə qazimizə diqqətləri və qayğıları üçün təşəkkür edirəm. Çox ağır vəziyyətdə olan Qoşqar qardaşımızın vəziyyətində bir az da olsa, müsbət irəliləyiş var. Allah yardımçısı olsun və dualarınızı əskik etməyin”.



Millət vəkili bildirib ki, bu yazıdan sonra Qoşqarla bağlı sadəcə düşmən sevindirən şəkil və yazılar paylaşanlar onları səhifələrindən çıxaracağına inanır:



“Dövlətimizi qorumaq hamımızın borcudur. Qazimizin hər zaman yanındayıq. Dualarınızı bol edin. Bu gün reanimasiyada qapıdan anası, qardaşı, döyüş dostu Razi bəy və digər dostlarla onunla qısa söhbət etməyə çalışdıq, onun üçün dualar etdiyimizi söylədik. Cavab verə bilməsə də, bizi duyduğunu hiss etmək çətin deyildi. Allah yardımçısı olsun. Allah ailəsinə də hər zaman kömək olsun”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Zakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLARNazir Ramin Quluzadə şikayətçiləri qəbul edəcək - BərdədəDSMF-nin vəzifələri şəxsləri haqda fərman - "Dövlət qulluğu haqda" qanun dəyişdiİlham Əliyev Belarusa səfər edəcəkATƏT sabah cəbhə xəttinə gedəcək200-dən çox şəxsə mal və materiallar verilibLaçın Suvarma Sistemləri İdarəsinnin yeni rəsin Dovletxeberleri.az təbrik edir!Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİİnam Kərimov qəbul keçirəcəkİcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİDaxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQZakir Həsənov bu deputatları təltif etdi - SİYAHIPrezident və birinci xanım açılış ETDİNazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHIBu gün təəssübkeş vətən oğlu , Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının rəhbəri , Tatarıstanda Azərbaycan diasporunun rəhbəri Sarraf bəy doğum gününüdürAzərbaycanda dəhşət: Altı nəfər ruhi xəstəni döyərək öldürdüDövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşürƏliyev Antidopinq Agentliyinin prezidenti ilə görüşübPA-dan Norveç səfirliyinin bağlanmasına reaksiyaLos Ancelesdə Arzu Əliyevanın filminin premyerası keçirilib“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQQurban Qurbanov millinin heyətini açıqladıDövlət İmtahan Mərkəzi hazırlıq kursları açır