Dovletxeberleri.Az
» » Ramil Usubov Rusiyanın daxili işlər naziri ilə görüşüb

23-10-2018, 19:26Ramil Usubov Rusiyanın daxili işlər naziri ilə görüşüb

Ramil Usubov Rusiyanın daxili işlər naziri ilə görüşüb
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyasının daxili işlər naziri, RF-nin polis generalı Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, səfərdə əsas məqsəd hər iki ölkənin sərhədyanı ərazilərində daxili işlər orqanlarının birgə fəaliyyətinin razılaşdırılması və əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun növbəti iclasında iştirak etmək olub.

Oktyabrın 23-də xüsusiləşdirilmiş İşçi Qrupun növbəti iclası öz işinə başlayıb.

Nazir Ramil Usubov tədbiri giriş sözü ilə açaraq Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi və başçılıq etdiyi nümayəndə heyətini salamlayıb, toplantının işinə uğurlar arzulayıb.

Gündəlikdəki məsələlər üzrə çıxış edən nazir R.Usubov bu gün iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişaf edərək yeni mərhələyə qədəm qoyduğunu, Prezidentlər-cənab İlham Əliyev və cənab Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq, cəmiyyət həyatının ən müxtəlif sahələri üzrə işbirliyinin və inteqrasiyanın daha da dərinləşdiyini, ikitərəfli münasibətlərdə hüquq mühafizə fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazirliklər arasında əməkdaşlığın əsas prioritetlərindən birinin sərhədyanı bölgələrdə ictimai təhlükəsizliyin, dayanıqlı sabitliyin etibarlı təmini olduğunu nəzərə çatdıran nazir qarşıya qoyulan bütün vəzifə və verilən tapşırıqların birgə səylərlə uğurla yerinə yetirildiyini, bu işdə İşçi Qrupun da önəmli rola malik olduğunu məmnunluqla xatırladıb.

O, Rusiya Federasiyası Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi ilə də səmərəli əməkdaşlığın mövcudluğunu, tərəflər arasında daimi informasiya mübadiləsi aparıldığını, ən müxtəlif səviyyələrdə görüşlərin həyata keçirildiyini, qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələrinin olduğunu, müxtəlif istiqamətlərdə, o cümlədən, cinayətlərin açılmasını, axtarışda olanların tutulmasını, onların ekstradisiyasını, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin keçirildiyini bildirib.

Yarandığı vaxtdan indiyədək İşçi Qrupun birgə əməliyyat-profilaktiki tədbirlərin təşkili və həyata keçirilməsində xeyli müsbət təcrübə qazandığı, bununla da ümumi işə öz töhfəsini verdiyini nəzərə çatdırılıb. Qeyd olunub ki, “Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktik tədbirlərin keçirildiyi təkcə son 5 il ərzində Azərbaycan tərəfindən 535 odlu silah, 43 min ədəd hərbi sursat aşkarlanaraq götürülüb, axtarışda olan 202, o cümlədən Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarılan 85 nəfər tutulub.

Nazir beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını, ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki tərəfdən fəal əməliyyat-profilaktiki tədbirlərin həyata keçirilməsinin vacibliyini, bu istiqamətdə müsbət nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Cənab R.Usubov cinayətkarlılqla mübarizə və ictimai asayişin qorunması, axtarışda olanların tutlaraq ekstradisiya olunması, kadr hazırlığı və qarşılıqlı maraq doğuran informasiya mübadiləsi sahələrində köməyə, əlaqələrin inkişafına göstərdiyi diqqətə, əməkdaşlığımıza böyük şəxsi töhfəsinə görə cənab V.Kolokoltsevə təşəkkürünü bildirib.

Rusiya Federasiyasının daxili işlər naziri, RF-nin polis generalı Vladimir Kolokoltsev qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına minnətdarlığını ifadə edib. İki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın genişləndirilməsinə Rusiya tərəfinin hər zaman böyük önəm verdiyini, xüsusiləşdirilmiş İşçi Qrupun növbəti iclasının Bakıda keçirilməsini bunun əyani təzahürü olduğunu qeyd edən rusiyalı nazir hazırkı səfərlərinin də beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına, bunun son vaxtlar iki nazirlik arasındakı ənənəvi sıx peşəkar əlaqələrin məqsədyönlü şəkildə yeni məzmunla, müasir forma və metodlarla zənginləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

V.Kololkoltsev bu səfərin ikitərfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə olacağına, eyni zamanda, əməliyyat-xidməti fəailiyyətin bütün sahələrində əməkdaşlığı dərinləşdirməyə əlavə impuls verəcəyinə inandığını bildirib.

Iclasda sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və birgə razılaşdırılmış səylərin səmərəliyinin artırılması istiqamətində Azərbaycan və Rusiya DİN-lərin əməkdaşlığının vəziyəti, xüsusiləşdirilmiş İşçi Qrupun fəaliyyəti, 2019-2020-ci illərdə həmsərhəd ərazilərdə onun təşkilati-praktik tədbirlər planını, bu il keçirilmiş “Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktik tədbirlərinin yekunları müzakirə edilib.

İclasda xüsusiləşdirilmiş İşçi Qrupunun hər iki ölkədən olan həmsədrlərinin - RF-nin Dağıstan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Abduraşid Maqomedovun və Azərbaycan DİN BCAİ-nin rəisi, polis general-mayoru Arzu Daşdəmirovun məruzələri də dinlənilib.

Tədbir nazirlərin iştirakı ilə yekun sənədlərin, o cümlədən sərhədyanı ərazilərdə birgə fəaliyyətin razılaşdırılması və əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun Bakı iclasının Protokolunun imzalanması ilə başa çatıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qarabağ icmasının rəhbəri erməniləri ifşa etdiHərbi qulluqçumuz dəfn edildi - FOTOƏrdoğan ABŞ-a gedibQəlbi Azərbaycanla döyünən Türkiyəli şair Fesih AliooğluErmənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparırOrdumuzun bir hərbçisi həlak oldu“Milana” hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail olduPrezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADI