Dovletxeberleri.Az
» » Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir

18-10-2018, 19:12Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir

Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir
2018-ci il 18 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrlə əlaqədar Laçın rayonunda görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri tərəfindən Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstü ziyarət edilmiş və büstün önünə gül dəstələri qoyulmuşdur.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, gündəlikdə duran məsələ ilə bağlı məlumat vermişdir. Laçın rayonunda cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında hazırlanmış məruzədə Möhtərəm ölkə Prezidentinin rəhbərliyi altında respublikada və rayonda görülmüş işlər, əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilmişdir. Bildirilmişdir ki, respublikanın şəhər və rayonlarında məcburi köçkünlər üçün salınmış yeni qəsəbələr və yaşayış komplekslərində mütəmadi olaraq laçınlı köçkünlər də evlə təmin olunur. Tərtər rayonunda tikilib istifadəyə verilmiş 1170 ailəlik yeni yaşayış kompleksində 170, ”Qobu Park” yaşayış kompleksində 96 laçınlı ailəsinə yeni mənzil verilmiş, bu yaşayış komplekslərində 4 məktəb və bir tibb məntəqəmiz yeni müasir bina və avadanlıqlarla təmin olunmuşdur. Taxta körpü ərazisində 645 evin tikintisi üçün qəsəbələrin yerinə baxış keçirilmiş, aidiyyəti təşkilatların müvafiq rəyi alınmış, qəsəbələrin layihə smeta sənədləri hazırlanmışdır. Təsdiq olunmuş layihələrə əsasən Vağazin obasında 256 ailə, Qarakeçdi obasında 245 ailə, Şeylanlı obasında 144 ailə olmaqla, cəmi 645 ailə üçün bütün infrastruktura malik yeni qəsəbələrin tikintisinə başlanacaqdır. Həmçinin məruzədə bildirilmişdir ki, 2018-ci ilin əvvəlindən qarşıya qoyulmuş vəzifələr günün tələbləri səviyyəsində yerinə yetirilmişdir. Belə ki, vətəndaşların qəbulu və müraciətlərinin dinlənməsi ön plana çəkilmiş, rayon rəhbərinin məcburi köçkünlərlə səyyar qəbul-görüşləri qrafikə uyğun şəkildə keçirilmişdir. Cari ilin doqquz ayında əhalimizin daha sıx şəkildə müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda 30 səyyar qəbul keçirilmiş, 2225 nəfərin iştirakı ilə keçirilən bu görüşlərdə 257 nəfərin müraciəti dinlənilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında 2605 nəfər sakin qəbul olunmuş, qaldırılan məsələlər bir daha təhlil olunaraq, yerlərdə həlli mümkün olan məsələlərlə bağlı aidiyyəti üzrə müəssisə və təşkilatlara tapşırıqlar verilmişdir.
Həmçinin bildirilmişdir ki, Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin fasiləsiz normal elektrik enerjisi ilə təminatının yaxşılaşdırmaq məqsədilə 10 və 0.4 kvt-lıq elektrik verilişi xətləri cari təmir edilmiş, 11 350 metr naqil yenisi ilə əvəz edilmişdir. Qayğı qəsəbəsində, Vağazin, Qarakeçdi, Şeylanlı, Fingə, Ağbulaq, Ərdəşəvi, Arduşlu, Nurəddin obalarında istismar müddətini başa vurmuş 254 ədəd dayaq dəyişdirilmiş,Qoşasu, Qarakeçdi,Cağazur obasında 63 kvt-lıq, Vağazin, Hacılar, Əhmədli, Malıbəy obalarında 100 kvt-lıq,Fingə, Şeylanlı obalarında 160 kvt, Qarıqışlaq, Alxaslı obalarında 250 kvt-luq cəmi 10 ədəd transformator yenisi ilə əvəz edilmişdir. 35 ədəd müxtəlif gücə malik transformatorlar cari təmir edilmişdir.
Əhalinin su təminatını yaxşılaşdırmaq üçün Mişni nasos stansiyasında təmir işləri aparılmış, 37 ailəlik qəsəbədə 900 p/m və 21 ailəlik qəsəbədə 150 p/m korroziyaya uğramış metal borular dəyişdirilərək, 1050 p/m diametri 110 mm olan polipropilen boru xətti çəkilmişdir. Mişni-Mayis, Taxta Körpü - Qarakeçdi, Kür çayı - Mişni magistral su xətlərində müxtəlif diametrlərdə olan boru xətlərinin 60 p/m, obalarda və qəsəbələrdə daxili su xətlərinin 259 p/m hissəsi yenisi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında 256 ailə 977 nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğular quraşdırılmış və əhalinin istifadəsinə verilmişdir.
Şura iclasında Rayon Rabitə Qovşağının, Rayon Vergilər İdarəsinin rəhbərləri, eyni zamanda Rayon İcra Hakimiyyəti başçısının Fərraş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış etmişdir.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunmuş, qarşıda duran vəzifələrdən danışılmışdır. Bildirilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrə əsasən, Taxtakörpü ərazisində qəsəbələrin tikintisi, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası qarşıda duran vəzifələrdəndir.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul olunmuşdur.
Dovletxeberleri.az
Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir
Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Zakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLARNazir Ramin Quluzadə şikayətçiləri qəbul edəcək - BərdədəDSMF-nin vəzifələri şəxsləri haqda fərman - "Dövlət qulluğu haqda" qanun dəyişdiİlham Əliyev Belarusa səfər edəcəkATƏT sabah cəbhə xəttinə gedəcək200-dən çox şəxsə mal və materiallar verilibLaçın Suvarma Sistemləri İdarəsinnin yeni rəsin Dovletxeberleri.az təbrik edir!Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİİnam Kərimov qəbul keçirəcəkİcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİDaxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQZakir Həsənov bu deputatları təltif etdi - SİYAHIPrezident və birinci xanım açılış ETDİNazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHIBu gün təəssübkeş vətən oğlu , Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının rəhbəri , Tatarıstanda Azərbaycan diasporunun rəhbəri Sarraf bəy doğum gününüdürAzərbaycanda dəhşət: Altı nəfər ruhi xəstəni döyərək öldürdüDövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşürƏliyev Antidopinq Agentliyinin prezidenti ilə görüşübPA-dan Norveç səfirliyinin bağlanmasına reaksiyaLos Ancelesdə Arzu Əliyevanın filminin premyerası keçirilib“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQQurban Qurbanov millinin heyətini açıqladıDövlət İmtahan Mərkəzi hazırlıq kursları açır