Dovletxeberleri.Az
» » İsmayıl Həsənov:Təhsil millətin gələcəyidir.

14-10-2018, 20:45İsmayıl Həsənov:Təhsil millətin gələcəyidir.

İsmayıl Həsənov:Təhsil millətin gələcəyidir.

Dovletxeberleri .az Xəbər portalı,Ağcabədi rayon Təhsil şöbəsinin müdiri
İsmayıl Həsənovun təhsilimizlə bağlı olan məqaləsini təqdim edir
.
“Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir.
O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu həssaslığı ulu öndərimiz SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərmişdir. Bunu onun təhsili sahəsindəki xidmətləri də sübut edir.İsmayıl Həsənov:Təhsil millətin gələcəyidir.
Heydər Əliyev SSRİ dövründə - XX əsrin 70-80 – ci illərində Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər görmüşdür. O, 1972- ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və 1973- cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul etdi. Bu qərarların tətbiqi nəticəsində ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açılaraq, minlərlə azyaşlı bu məktəblərə cəlb edildi. XX əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəsisəsi açılmış və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılmışdır. Həmçinin bu illərdə o, azərbaycanlıların Sovet İttifaqının ən nüfuzlu təhsil müəssisələrində oxumasına çalışmış və bununla bağlı böyük səy göstərmişdir. Elə bu səyin nəticəsində 1970- ci ildən başlayaraq hər il 800- 900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bu da gələcəkdə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə təkan vermişdir.
Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Biz müstəqilliyimizin ilk illərinə nəzər salanda görür ki, təhsildə məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi və s. ilə bağlı müxtəlif problemlər, çətinliklər vardı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Bunula yanaşı təhsil sistemində əmələ gəlmiş başıpozuqluğa, hərcmərcliyə son qoyuldu, təhsilin idarə edilməsinə gətirilmiş səriştəsiz adamlar ordan uzaqlaşdırılaraq peşəkar, bacarıqlı, işgüzar alimlər, müəllimlər təhsilin idarə edilməsinə gətirildilər. Dərslik problemini həll etmək üçün əvvəlcə 1-4 – cü siniflər, sonra isə yuxarı siniflər üçün dövlət vəsaiti hesabına dərsliklər çap olunmağa başlandı. Təhsil sistemindəki problemləri aradan qaldırmaq üçün prezidentin sərəncamı ilə 1998- ci il martın 30- da Dövlət Komissiyası yaradıldı. Müstəqil Azərbaycan müəllimlərinin 1998- ci ildə I qurultayı keçirildi. Qurultayda Heydər Əliyevin təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli ilə bağlı çıxışı oldu. Qurultayda həmçinin tariximizdə ilk dəfə olaraq Respublika Təhsil Şurası yaradıldı. Sonralar ulu öndər tərəfindən verilmiş “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirlməsi haqqında” 13 iyun 2000- ci il tarixli, “Dövlət dilinin tətbiqi işinin təkmişlləşdirilməsi haqqında” 18 iyun 2001- ci il tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili günün (1 avqust) təsis edilməsi haqqında” 9 avqust 2001- ci il tarixli bəyanat, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi- texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002- ci il tarixli fərmanlar, sərəncamlar təhsilimizi dünya standartların səviyyəsinə qaldırdı. Hal- hazırda ümummilli liderin təhsillə bağlı siyasəti prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirməkdədir

Ağcabədi rayon Təhsil şöbəsinin müdiri: İsmayıl Həsənov
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Dövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLARNazir Ramin Quluzadə şikayətçiləri qəbul edəcək - BərdədəDSMF-nin vəzifələri şəxsləri haqda fərman - "Dövlət qulluğu haqda" qanun dəyişdiİlham Əliyev Belarusa səfər edəcəkATƏT sabah cəbhə xəttinə gedəcək200-dən çox şəxsə mal və materiallar verilibLaçın Suvarma Sistemləri İdarəsinnin yeni rəsin Dovletxeberleri.az təbrik edir!Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİİnam Kərimov qəbul keçirəcəkİcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİDaxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQZakir Həsənov bu deputatları təltif etdi - SİYAHIPrezident və birinci xanım açılış ETDİNazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHIBu gün təəssübkeş vətən oğlu , Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının rəhbəri , Tatarıstanda Azərbaycan diasporunun rəhbəri Sarraf bəy doğum gününüdürAzərbaycanda dəhşət: Altı nəfər ruhi xəstəni döyərək öldürdüDövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşürƏliyev Antidopinq Agentliyinin prezidenti ilə görüşübPA-dan Norveç səfirliyinin bağlanmasına reaksiyaLos Ancelesdə Arzu Əliyevanın filminin premyerası keçirilib“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQQurban Qurbanov millinin heyətini açıqladıDövlət İmtahan Mərkəzi hazırlıq kursları açırSarkisyanın partiyası seçkiyə gedirCəbhədə GƏRGİN GECƏ - Nazirlik məlumat yaydı