Dovletxeberleri.Az
» » Yol üstə olan rayon rəhbərləri... - Aralarında Bakının 2 icra başçısı da var

7-10-2018, 18:52Yol üstə olan rayon rəhbərləri... - Aralarında Bakının 2 icra başçısı da var

Yol üstə olan rayon rəhbərləri... - Aralarında Bakının 2 icra başçısı da var
Xəbər verdiyimiz kimi, iki gün əvvəl Prezident İlham Əliyev Beyləqanın icra başçısı Vaqif Abdullayevi vəzifədən azad edib.

Dovletxeberleri.az "Reytinq” qəzetinə istinadən bildirir ki, prezidentin bu sərəncamından sonra yerlərdə narazılıq formalaşdıran digər icra başçılarının da vəzifələrindən azad olunacağına ümidlər nəinki artıb, üstəlik, bu istiqamətdə daha ciddi mənbələrdən məlumatlar sızmağa başlayıb.

İddialara görə, hazırda Prezident Administrasiyasına daha çox şikayət daxil olan rayonların icra başçıları ilə bağlı araşdırma gedir.

Belələrinin arasında Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Qazaxın icra başçısı Rəcəb Babaşov Zərdabın icra başçısı Lütvəli Babayev, Yardımlının icra başçısı Ayaz Əsgərov, Bərdənin icra başçısı Vidadi İsayev, Yevlaxın icra başçısı Qoca Səmədov, Ənvər Seyidəliyev, İsmayıllının icra başçısı Mirdamət Sadıqov, Tərtərin icra başçısı Müstəqim Məmmədov, Sabirabadın icra başçısı Nazim İsmayılov, Hacıqabulun icra başçısı Əhməd Muxtarov, İmişlinin icra başçısı Vilyam Hacıyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, Lənkəranın icra başçısı Taleh Qaraşov, həmçinin Lerik, Neftçala, Şamaxı, Qəbələ və digərləri ilə bərabər, Bakının da bir neçə icra başçısının adı ön planda çəkilir:

HARIN İCRA BAŞÇILARINA DÖZÜM GÖSTƏRİLMƏYƏK

"Əlbəttə, adları çəkilən bu icra başçılarının hər biri haqda qovluqlarla şikayətlər var. Lakin bir çox səbəblərə görə, onlarla hələlik vəzifələrinin başındadırlar. Lakin bu o demək deyildi ki, onlara sonsuza qədər dözüm göstəriləcək. Gəncənin icra başçısı Elmar Vəliyevin başına gələn hadisədən sonra isə hakimiyyət istər-istəməz hədsiz narazılıq doğuran icra başçılarına nəzarəti daha da artırıb. Bəli, məlum hadisədən sonra ölkə başçısı ayrı-ayrı məmurların himayəsində olan rayon rəhbərləri haqda şəxsən maraqlanmağa başlayıb. Bu isə onların himayədarlarına öz kadrlarından daxil olan şikayət və özbaşınalıqları daha əvvəlki kimi malalamağa imkan vermir. Üstəlik, Elmar Vəliyevdən sonra icra başçılarının xüsusi nəzarət alınması ölkə başçısına bir çox məsələləri daha dərindən öyrənməyə imkan verib. Elə Elmar Vəliyevin, ardınca isə Beyləqanın icra başçısı Vaqif Abdullayevin vəzifələrindən alınması da, belə düşünməyə əsas verir. Bu, həm də o qənaəti gücləndirir ki, artıq barəsində çoxsaylı şikayətlər olan, amma buna rəğmən özbaşınalıqlarından vaz keçə bilməyən icra başçıları mərhələlərlə yola salınacaq. Gözlənilir ki, ilk addım yuxarıda adını çəkdiyim icra başçılarının simasında atılacaq.

Məndə olan məlumata görə, hazırda 40-a yaxın icra başçısının fəaliyyəti ölkə rəhbərliyini qane etmir. Və onların bəziləri işdən azad ounmaqla yaxalarını qurtara bilməyəcək, onları daha ağır günlər gözləyir”.

BAKININ HANSI İCRA BAŞÇILARI TİKAN ÜSTƏDİR?

Məlumata görə, əyalət rayonları ilə yanaşı, Bakının da bir neçə icra başçısının dəyişdirilməsi gündəmdədir: "Diqqət edibsizsə, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı səlahiyyətlərini icra etməyə başlayandan paytaxtda ciddi dəyişikliklər yaşanır. Açıq şəkildə hiss olunur ki, artıq Bakıya daxil olan rayonların icra başçıları əvvəlki kimi qanunsuzluqlara gedə, özünü hakimi-mütləq apara bilmirlər. Bir sözlə, Abutalıbovun dövründəki kimi, sərbəst deyillər. Əksinə, hansı icra başçısının kimin çətiri altında olmasına baxmayaraq, Eldar Əzizovun Bakıda qanunsuz tikintilərlə qarşı başlatdığı kampaniya onları daha da qorxuya salıb. Üstəlik, Eldar Əzizovun meriyada apardığı sürətli kadr dəyişiklikləri, yeni komissiya yaradıb, rayon icra başçıları ilə yanaşı, BŞİH-in bəzi idarə, departament rəhbərlərinin "əl-qolu”nu yığması, bəzilərinin isə fəaliyyətini prokurorluğun iştirakı ilə yoxlatdırması Bakının 13 rayonun hər bir icra başçısı üçün qorxu saçıb. Hesab edirəm ki, Eldar Əzizov bu sınaq müddətini bitirər-bitirməz Bakının rayonlarında icra başçısı dəyişikliklərinə start veriləcək”.

Məlumata görə, Eldar Əzizov hazırda Bakının hansı rayonunda nə kimi problemlərin olması, onların səbəbləri ilə yanaşı, rayon rəhbərlərinin də fəaliyyətini həm açıq, həm də gizli təftiş etdirir: "Şübhəsiz ki, Bakının bir çox problemlərinin baiskarı elə rayon icra başçıları, onların acgöz davranışları, bir qarış belə boş yer qoymamalar, plansız tikintilərə geniş imkanlar açmaları və sair kimi qanunsuz əməlləridir. Əminəm ki, Eldar Əzizov qısa zamanda bu istiqamətdə çox böyük və ciddi məlumatlara sahiblənib. Və ona da şübhə etmirəm ki, bu məlumatları ölkə başçısına birbaşa ötürür. O üzdən Bakının bir çox rayonlarının icra başçılarına yol göründüyünü əminlklə demək olar”.

ABDİN FƏRZƏLİYEV-ADİLVƏLİYEV TANDEMİ

Məlumata görə, Bakıda ən çox qanunsuz tikintilər Nərimanov, Binəqədi, Yasamal və Sabunçu rayonlarında aparılıb: "Bu rayonlardan hələlik Binəqədi ilə Yasamalın icra başçıları çıxarılıb, yerlərinə yeniləri gətirilib. Lakin həm başları biznesdən ayılmayan Sabunçunun icra başçısı Adil Vəliyev, həm də Nərimanovun icra başçısı Abdin Fərzəliyev hələ də "iş başında”dırlar. Düzdür, Adil Vəliyevlə Abdin Fəırzəliyev son aylar əvvəlki kimi özbaşınalıqlara çox getmir. Sanki gözlənilən təhlükəni bilir və bundan yayınmaq istəyirlər. Onların tikinti ilə bağlı qanunsuz qoçu dəstələri də artıq bir-iki aydır o qədər gözə dəymir.

Düzdür, deyə bilərik ki, daha bu rayonlarda boş torpaq qalmayıb. Üstəlik, bahalaşma və tikinti ilə bağlı bəzi qanunların qəbulu bu iki icra başçısının əl-qolunu bağlayıb. Yəni buna görə özbaşınalıqları əvvəlki kimi daha çox gözə girmir. Əlbəttə, bu məqamlar da istisna deyil. Amma əsas məqam odur ki, bu iki icra başçısı rayon ərazisində boş torpaq sahəsi qoymayıb. Onları ya ayrı-ayrı fərdi obyekt və ev sahiblərinə satıblar, ya öz yaxınlarının adlarına keçirərək, yerində möhtəşəm biznes obyektləri tikdiriblər, ya da "tikinti mafiyası” ilə sövdələşərək, onlara "sosial mənzil”layihəsi adı ilə "peşkəş” (yəni öz paylarını əvvəlcədən almaqla) ediblər. Elə bu barədə tanınmış hüquqşünas Adəm Məmmədov da bir neçə günəvvəl sosial şəbəkədə açıqlama verib. O, açıq şəkildə Abdin Fərzəliyevi Nərimanovun ərazisini talan etməkdə ittiham edib”.

Məlumatlı şəxs həm Abdin Fərzəliyev, həm də Adil Vəliyevin Bakıda sahib olduqları saysız daşınar və daşınmaz obyektləri haqqında da məlumat verib: "Bunların arasında şadlıq evləri, restoranlar, marketlər, salonlar, icaryə verilən ofislər, bahalı maşınlar və sair kimi böyük pullar gətirən nələr yoxdur ki? Düzdür, bu obyektlər təkcə Sabunçu və ya Nərimanov rayonlarının ərazilərində deyil. Səabildən tutmuş digər rtayonalara qədər bu iki icra başçısının hər birinin dəyəri milyonlarla ölçülən daşınmaz əmlakları var”.

Bu iki icra başçısı ilə bağlı redaksiyamıza təqdim olunan digər faktları araşdıracağıq.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Küveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLAR