Dovletxeberleri.Az
» » 15 sentyabr - Bilik günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın rayonunun 5 nömrəli tam orta məktəbində olmuşdur.

15-09-2018, 15:3715 sentyabr - Bilik günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın rayonunun 5 nömrəli tam orta məktəbində olmuşdur.

15 sentyabr - Bilik günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın rayonunun 5 nömrəli tam orta məktəbində olmuşdur.
15 sentyabr - Bilik Günü ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun ümumtəhsil məktəblərində olmuş, şagirdlər, valideynlər və müəllimlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibəti ilə onları təbrik etmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli yeni dərs ilinin ilk günündə Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Laçın rayonunun 5 nömrəli tam orta məktəbində olmuş, məktəb kollektivini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Müstəqilliyimizin ilk illərindən təhsilə olan dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu bildirən rayon rəhbəri, bu işin dövlət başçımız cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, məhz bunun nəticəsində ölkə gənclərinin dünyanın ən nüfuzlu universitetlərində təhsil almalarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda bildirilmişdir ki, 2017-2018-cı dərs ilində 11-ci sinfi bitirən 939 nəfər məzundan 744 nəfəri ali məktəblərə qəbul olunmaq üçün keçirilmiş imtahanlarda iştirak etmiş, onlardan 472 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Məzunların 50 faizi, imtahanlarda iştirak edənlərin 63 faizi tələbə adını qazanmışdır. 92 nəfər 500-dən o, cümlədən 29 nəfər 600- dən çox bal toplamışdır. Bu da ötən ildəki ilə müqayisədə 500-dən çox bal toplayanlardan 38 nəfər, o cümlədən 600 – dən çox bal toplayanlardan 11 nəfər çox olmuşdur. Eyni zamanda, 2018-ci ildə orta ixtisas təhsili müəssisələrinə 61 nəfər qəbul olmuş, bu da keçən ilki nəticədən 19 nəfər çoxdur. Ümumilikdə ötən illərin məzunları ilə birlikdə rayon üzrə ali təhsil müəssisələrində 549 nəfər, orta ixtisas təhsili müəssisələrində 77 nəfər tələbə adını qazanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli xüsusi ilə vurğulamışdır ki, qaçqınları və məcburi köçkünləri daima diqqət mərkəzində saxlayan möhtərəm cənab Prezidentimiz İlham Əliyevin “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 16 fevral 2018-ci il tarixli sərəncamı ilə rayonun Ağbulaq obasında 56 şagird yerlik modul tipli tam orta, Sonasar obasında 40 şagird yerlik, Katos obasında 40 şagird yerlik modul tipli ümumi orta məktəblərinin quraşdırılması nəzərdə tutulmuşdur. Ötən tədris ilində Çıraqlı kənd tam orta məktəbi üçün yeni bina tikilmiş, məktəblərdə əsaslı və cari təmir işləri aparılmışdır. Tərtər rayonu ərazisində məskunlaşmış məcburi köçkünlər Tərtər rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsinə köçürüldükdən sonra Tərtər rayon Yenikənd kəndində yerləşən Laçın rayonunun Çaylı kənd ümumi orta, Tərtər rayon Eloğlu kəndində yerləşən Laçın rayonunun Qorçu kənd ümumi orta və Tərtər rayon Nərmaniya kəndində yerləşən Laçın rayonunun Nərmaniya kənd ümumi orta məktəbləri də həmin qəsəbədə yeni tikilmiş məktəb binasınin I korpusuna köçürülmüşdür.
Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov məlumat vermişdir ki, 2018 - 2019-cu dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin ümumi sayı 12053 nəfərdir ki, bunlardan da 1404 nəfəri birinci sinfə daxil olanlardır.
Laçın rayonunun 5 nömrəli tam orta məktəbinin direktoru Əlipolad Əzizov, məktəb kollektivi yeni dərs ilinin ilk günündə onlarla görüşə gəldiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.
Dovletxeberleri.az
15 sentyabr - Bilik günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın rayonunun 5 nömrəli tam orta məktəbində olmuşdur.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandıParlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaqƏhalinin özünüməşğulluğunun təmin edilməsi üçün davamlı tədbirlər görülürYeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏTƏli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdiVilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə Paşayeva