Dovletxeberleri.Az
» » “İnsan hüquqları aylığı “ ilə bağlı tədbir keçirilmişdir.

8-06-2018, 14:58“İnsan hüquqları aylığı “ ilə bağlı tədbir keçirilmişdir.

“İnsan hüquqları aylığı “ ilə bağlı tədbir keçirilmişdir.
“İnsan hüquqları aylığı “ ilə bağlı tədbir keçirilmişdir.
2018-ci il 8 iyun tarixdə Ağcabədi rayonu ərazisndəki Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan Hüquqları aylığı “ ilə bağlı tədbir keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının inzibati binasının konfrans zalında başlayan tədbiri Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Aslan Abbasov giriş sözü ilə açaraq, gündəlikdə duran məsələ - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli müvafiq Sərəncamı ilə hər il iyun ayının 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu, bununla yanaşı Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin təşəbbüsü ilə 18 İyun “İnsan Hüquqları Günü” ərəfəsində respublikamızda may ayının 18-dən, 18 iyun tarixinədək elan edilmiş “İnsan Hüquqları aylığı” ilə bağlı yığıncaq iştirakçılarına məlumat verərək, bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulamış, dövlətimizin insan hüquq və azadlıqları istiqamətində gördüyü tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsindən bəhs etmişdir. Natiq eyni zamanda ölkəmizin tolerantlıq, multikulturalizm, islam həmrəyliyi ideyalarının dünyaya yüksək səviyyədə çatdırılmasından danışaraq, insan hüquqları və azadlıqları sahəsində əldə edilmiş nailiyyətlərdən danışmışdır.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə “Azərbaycan dövləti daima insan hüquqlarının təminatçısıdır” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında çıxış edənlər bildirmişlər ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olmuşdur. Bu proseslərə 1993-cü ilin ikinci yarısından start verilmiş, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapmışdır. Eyni zamanda bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoymuş və bunu prioritet prinsip hesab etmişdir. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusilə qeyd etmək lazımdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Pərviz Eyvazov da iştirak etmişdir.
Dovletxeberleri.az
“İnsan hüquqları aylığı “ ilə bağlı tədbir keçirilmişdir.
“İnsan hüquqları aylığı “ ilə bağlı tədbir keçirilmişdir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilibİki “Aprel şəhidi”nin ailəsinə mənzil verildiFikrət Məmmədov İstintaq idarəsinə yeni rəis təyin etdi - ƏMR