Dovletxeberleri.Az
» » Prezident niyə məhz bu rayon başçılarını dəyişir?

8-06-2018, 09:52Prezident niyə məhz bu rayon başçılarını dəyişir?

Prezident niyə məhz bu rayon başçılarını dəyişir?
Millət vəkili Zahir Oruc Prezident İlham Əliyev icra orqanlarında başladığı "təmizləmə işləri”ni şərh edib.

Deputat Bakıpost-a açıqlamasında bildirib ki, bu, prezident seçkilərindən sonra hökumətin tərkibində aparılan genişmiqyaslı dəyişikliklərin davamıdır. Z.Orucun sözlərinə görə, ölkə başçısı qarşıya mühüm strateji vəzifələr qoyub:

"Biz onları ambisiyalı proqramlar adlandıra bilərik. Yəni yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət maksimum şəffaf işləməyə çalışmalıdır. Əhali üçün əlçatan olmalıdır. Çevik qərarlar qəbul etməlidir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdır. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir. Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”.

Z.Oruc bölgələrdə müşahidə olunan problemləri də sadalayıb: "Xatırlayırsınızsa, cənab prezident bölgələrdə keçirdiyi müşavirələrdə demişdi ki, "biz icra orqanlarının işinə cəlb olunan investisiyaların miqdarına, açılan iş yerlərinə, yaradılan ümumddaxili məhsula və s. görə qiymət verəcəyik”. Əgər biz bu gün təhlillər aparsaq görəcəyik ki, Bakı hələ də yüklənməkdə davam edir. Düzdür, bu prosesin intensivliyi xeyli səngiyib, bölgələrdən paytaxta axının sürəti azalıb. Amma hər il məktəbi bitirən 100 mindən artıq məzun Bakının əmək və mənzil bazarına daxil olur və burada gərginliyi artırırlar.

Məsələnin ikinci tərəfi isə odur ki, bu, bölgələrdə boşluq yaranmasına, təsərrüfat ənənərinin məhv olmasına aparıb çıxardır. Orada istədiyin infrastrukturu qurmağa imkan vermir. Rayonda əgər daxili miqrasiya baş verirsə, o halda orada həyata keçirmək istədiyin layihələr əvvəlki qədər effektiv olmur. Bundan da orada yaşayan digər əhali qrupu ziyan çəkir. Həmçinin torpaq becərilmir. Orda da bizim itkilərimiz daxili məhsuldarlıq baxımından olur”.

Xüsusən sərhəd bölgələrinin icra başçılarının dəyişdirilməsinə diqqət çəkən deputat, xüsusən bu rayonlardan Bakıya əhali axınının qarşısının alınmalı olduğunu deyib:

"Son qərarlarda gördük ki, prezidentin icra başçısını çıxardığı rayonlar ermənilərlə təmas xəttində yerləşir: Gədəbəy, Ağdam, Tovuz bilavasitə ermənilərlə təmas xəttidir.

Bakıya axın məsələsini yenidən xatırladaraq deyirəm ki, əgər hər hansı mülki vətəndaş öz evini, ocağını tərk edirsə, bu, ön cəbhədə dayanan əsgərin mənəvi-psixoloji halına təsir edir. Biz çalışmalıyıq ki, iqtisadi şərtlər, ipotekalar, vergi güzəştləri və s. ilə bölgələrdə aktivliyi bərqərar edək. Bu aktivlik təkcə Bakıdakı yükü azaltmaq baxımından deyil, Bakı ilə bölgələr arasındakı proporsional inkişafı təmin edəcək və axının da qabağı alınacaq”.

Zahid Oruc icra başçısı təyin olunan şəxslərin yeni dövrün tələblərinə cavab verdiyini deyib:

"Həm informasiya-kommunikasiya sistemlərini yaxşı bilən, müasir iqtisadi proseslərdən baş çıxaran, onları öz rayonu, əhalisi üçün tətbiq edən, iş adamlarına rayonun qapısını açmağı bacaran adamlar bu təyinatlarda yer almaqdadırlar”.

Deputat qeyd edib ki, prezident İlham Əliyev istənilən dövlət məmurunun işi ilə bağlı ətraflı məlumata malikdir:

"İstənilən icra orqanı nümayəndəsinin, hökumət təmsilçisinin fəaliyyəti ilə bağlı ən mühüm məlumatlar - onların iş əmsalı, bölgədəki atmosfer, vətəndaşlarla münasibətlər və s. kimi parametrlərin hər biri məhz dövlətin birinci şəxsi kimi İlham Əliyevə məlumdur. O dosyelər ən müxtəlif mənbələrdən təqdim olunur. Yeri gəlmişkən, Prezident Administrasiyası siyasi mərkəz kimi müxtəlif sahələr üzrə ən mükəmməl təhlilləri, məlumatların qruplaşdırılmasını və real mənzərəni təqdim eləmək qabiliyyətinə malikdir. Ona görə də bu halda verilən qərarın "köhnələr yarıtmırdılar” şəklində çıxarılmasının əleyhinəyəm. Müəyyən dövr var, hər kəs özünün fəaliyyətini o zaman arealında gerçəkləşdirə bilir, amma ictimai münasibətlər dəyişir, dövlət-vətəndaş əlaqələri üzrə yeni meyarlar ortaya çıxır, texnologiya-kommunikasıya yenilənir. Ona görə də düşünürəm ki, prezidentin komandasında apardığı yenilənmə işinin mahiyyətini düzgün qiymətləndirməliyik. Ölkə rəhbəri istəyir ki, Azərbaycanın gücü regionda və beynəlxalq aləmdə düzgün qiymətləndirilsin. Hər bir komanda üzvü məsuliyyətini dərk etsin, insanlar qarşısında hesabatlı olsun, ölkə rəhbəri tərəfindən verilən tapşırıqların icrası düzgün və vaxtında həyata keçirilsin. Regionlarda atmosfer yerində və düzgün olsun. Hər hansı məsələ ilə bağlı vətəndaş yol alıb gəlib məsələni hansısa hökumət, dövlət orqanı qarşısında qaldırmaq məcburiyyətində qalmasın”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib"Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilməlidir" - Məmmədyarovİlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"Azərbaycanda monopoliya əleyhinə yeni tədbirlər görülür - RƏSMİAzərbaycan və İtaliya prezidentləri Sumqayıtda zavod açılışında iştirak ediblərAzərbaycanda satılan əksər qidaların geni modifikasiya olunub: Bu məhsullar insanın DNK-sını dəyişir + ŞOK RƏYLƏRİlham Əliyev Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışda iştirak edib"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahı Bakıya köçürülə bilərİlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıbRezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildiƏflatun Amaşovun Vikipediya səhifəsi yaradıldıQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.Rövşən Rzayev qəzalı binalarda yaşayan köçkünlərlə görüşdüRusiyanın İnformasiya Agentliyi Leyla Əliyevanın kitabı haqqındaAllahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildiAllahşükür Paşazadə Gəncəyə getdiDövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHIEldar Əzizov kollektivə təqdim olunduİtaliya prezidenti Azərbaycana gəlirPutindən NATO mesajı: Moskva mənfi reaksiya verə bilərSəbaildə icra başçısını xanım müavin əvəz edirErmənistan atəşkəsi 103 dəfə pozduBu gün AvroLiqada 3 oyun keçiriləcək“YouTube”da müəllif hüquqlarını pozanları axtaran funksiya açıldıManatın bugünkü MƏZƏNNƏSİMehriban Əliyevadan şad xəbər-Bax bu əla olduAzərbaycan nefti ucuzlaşıbBMT Rusiya və ABŞ liderlərinin görüşünü alqışladıMüasir tarixin ən zəngin adamıMüasir tarixin ən zəngin adamıErmənistanda Ədliyyə Nazirliyinin binası uçdu: 1 ölü. 2 yaralıAzərbaycanda yeni Dövlət Agentliyi yaradıldıBakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı AÇIQLAMADeputat: “Dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti puç oldu”Prezident qəzetlərə maliyyə yardımı ayırdıEldar Əzizov yeni vəzifəyə gətirildi - Bakı Meriyası ona tapşırıldı - DOSYEAğcabədi "MERO" - sunda Babək Mərdanovun "prava" bazarlığı“Qırmızı Xaç” Azərbaycana əsir düşən erməni kəşfiyyatı üçün danışıq aparırErmənistan atəşkəsi 96 dəfə pozduTrampla Putinin görüşünə az qaldı - Bəyanat olmayacaqCüdoçularımız Almaniyada Avropa kubokunu qazandılarManat və dolların bugünkü MƏZƏNNƏSİGüclü yağış qərb bölgəsində fəsadlar yaradıbƏrdoğanda çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ verdiSumqayıt tərəqqi və inkişaf nümunəsidirTürkiyədə 15 iyul qiyamının 2-ci ili tamam olduAzərbaycan banklarında əmanətlərin həcmi artıbBu avtobusların hərəkət istiqaməti dəyişdirildiRiyad Ticarət Mərkəzində YANĞINAzərbaycanlı siyasətçi Putinin yanında vəzifəyə gətirildi