Dovletxeberleri.Az
» » İcra başçısının yas monitorinqi: "Ehsan verilirsə, "hörmət" tələb edirlər..."

26-04-2018, 11:40İcra başçısının yas monitorinqi: "Ehsan verilirsə, "hörmət" tələb edirlər..."

İcra başçısının yas monitorinqi: "Ehsan verilirsə, "hörmət" tələb edirlər..."
Bir müddət əvvəl, Azərbaycanda yas məclislərində dəbdəbəli ehsan süfrələrinin yığışdırılmasına dair qaydalar müəyyənləşdirildi.

Öncə, bir çox rayon və kəndlərdə bu qaydalara əməl olunsa da, son vaxtlar yenidən yas məclislərində çoxçeşidli ehsan süfrələri qurulmağa başlayıb. Xüsusilə, icra hakimiyyətlərinin mərhumun ailəsindən "haqq" alaraq göz yumması məlum qaydaların sürətlə pozulmasına gətirib çıxarıb.

"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev də özünün "Facebook"səhifəsində bu məsələləri ciddi tənqid edib. Hətta baş yazar buna dair təssüf və eyni zamanda təəccüb doğuran status paylaşıb.

Statusu olduğu kimi təqdim edirik:

"Füzuli rayonunda "yas monitorinqi” keçirilir. İcra hakimiyyətindən gəlib baxırlar ehsan verilirmi, deyə. Verilirsə, "hörmət" tələb edirlər. Şərəfsizlər!”

Şərqşünas Seyid Camal Əzimbəyli də "Sherg.az"açıqlamasında bildirib ki,yalnız yas mərasimlərində deyil, toy məclislərində də dini, milli dəyərlərimizə xas olmayan məqamlar mövcuddur:

"İnsanlar sanki xeyir-şər məclislərində açdığı süfrələrlə Allahın qəzəbinə gəlmək uğrunda yarışırlar:

"Görünür, bu addımlarımız daxilimizdən gələn şan-şöhrət hərisliyinin bir nümunəsidir. Dini Qurumlar üzrə Dövlət Komitəsi məsələ ilə əlaqədar tövsiyə xarakterli onlarla tədbir həyata keçirib. Mənim ideya müəllifi və aparıcısı olduğum "İnam” verilişində də hər cümə bu məsələlərə toxunuram. Bu əməllərlə biz Allahın rzasını deyil, lənətini qazanırıq. Aydın düşüncəli, normal təfəkkürlü insanlar bu maarifləndirmədən nəticə çıxarır. Amma həyatını bütünlüklə başqalarına göstəriş üzərində quran, Allahın buyurduğunu deyil, "ayıbdır, mənə nə deyərlər” düşüncəsini qəbul edən insanlar da kifayət qədərdir”.

C.Əzimbəyli təklif edir ki, dövlət bu problemlə bağlı inzibati metodlar həyata keçirsin:

"Naxçıvanda rəsmi şəkildə tapşırıq verilib ki, yas aparan şəxslər heç bir halda yas məclislərində iştirak etməsinlər. Tövsiyə şəklində bu fikir səsləndirilib və insanlar əməl edir. Ağdam, Tərtər kimi bölgələrdə də müsbət tendensiya var.

Əslində bu məsələdə bir növ azadlıq fikri də önə çəkilməlidir. Heç kimə demək olmaz ki, mərhumun yasında ehsan vermə, səni həbs edəcəyik. Bu artıq mənəviyyat məsələsidir. Faciə odur ki, televiziyada, mətbuatda bunu tənqid edən şəxslər özləri də əməllərə yol verirlər. Bəzilərinin yası düşür, toy edir, məclisinə getdikdə süfrəsində cürbəcür naz-nemətlərin düzüldüyünü görürük. Belə mənfi vəziyyətin aradan qaldırılması üçün ictimai fəal insanlar, ziyalılar, düşüncə sahibləri topluma daha fərqli mesaj ötürməlidirlər”.

Ramazan ayı ərəfəsində təşkil olunan iftar süfrələrini xatırladan şərqşünas vurğulayıb ki, bu süfrələrdə də yemək çeşidi çox olmamalıdır:

"Biz dindarlar olaraq təşkil etdiyimiz iftar süfrələrində də diqqət edirik. Yalnız bir çeşiddə yemək süfrəyə düzülür. Ona görə ki, israfçılığa yol vermək dinin də qəbul etmədiyi məsələdir.

İnsanlar deyir, "qohum qonşu nə deyər, filankəsin yasında bir cür yemək verdilər deyə, danışarlar”. Bu şüurdan azad olmalıyıq. Belə şüurdan xilas olmasaq, Qarabağımızın da azad edilməsi mümkün deyil. İnanın, biz yazığıq, bu qədər göstərişə meyl olmaz. Yas məclisləri biabırçılıq, toylarımız heç danışılası deyil”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Zakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLARNazir Ramin Quluzadə şikayətçiləri qəbul edəcək - BərdədəDSMF-nin vəzifələri şəxsləri haqda fərman - "Dövlət qulluğu haqda" qanun dəyişdiİlham Əliyev Belarusa səfər edəcəkATƏT sabah cəbhə xəttinə gedəcək200-dən çox şəxsə mal və materiallar verilibLaçın Suvarma Sistemləri İdarəsinnin yeni rəsin Dovletxeberleri.az təbrik edir!Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİİnam Kərimov qəbul keçirəcəkİcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİDaxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQZakir Həsənov bu deputatları təltif etdi - SİYAHIPrezident və birinci xanım açılış ETDİNazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHIBu gün təəssübkeş vətən oğlu , Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının rəhbəri , Tatarıstanda Azərbaycan diasporunun rəhbəri Sarraf bəy doğum gününüdürAzərbaycanda dəhşət: Altı nəfər ruhi xəstəni döyərək öldürdüDövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşürƏliyev Antidopinq Agentliyinin prezidenti ilə görüşübPA-dan Norveç səfirliyinin bağlanmasına reaksiyaLos Ancelesdə Arzu Əliyevanın filminin premyerası keçirilib“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQQurban Qurbanov millinin heyətini açıqladıDövlət İmtahan Mərkəzi hazırlıq kursları açır