Dovletxeberleri.Az
» » Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı

19-04-2018, 18:14Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı

Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı
“Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanın imzalanması ölkəmizdə şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin dövlət başçısının uğurlu sosial siyasətində əsas istiqamətlərdən biri olduğunu təsdiq etməklə, bu sahədə getdikcə gücləndirilən məqsədyönlü tədbirlərin növbəti davamıdır”.



Dovletxeberleri.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən Səlim Müslümov jurnalistlərə müsahibəsində vurğulayıb.



S.Müslümov bildirib ki, şəffaf və ədalətli şəkildə keçirilən seçkilərdə 86,02 faiz səslə qələbəyə nail olaraq yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən cənab İlham Əliyevin andiçmə mərasimindən sonrakı gündə və ilk olaraq mühüm sosial müdafiə əhəmiyyəti daşıyan belə bir Fərman imzalaması növbəti 7 ildə də sosial inkişaf kursunun uğurla davam etdiriləcəyini əyani şəkildə sübut edir

S.Müslümov şəhid ailələrinə, həmin döyüşlərdə əlil olmuş insanlara dövlət qayğısının daim artdığını, bu məqsədlə icra olunan proqramların daha da genişləndirildiyini qeyd edib:

“Həmin təbəqələrə aid vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər ildən-ilə gücləndirilməklə, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6,1 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib, 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib. Onlara verilən imtiyaz və güzəştlərin miqyası da genişləndirilməklə, Prezident cənab İlham Əliyevin müvafiq Fərmanları ilə 2007-ci ildən şəhid ailələrinin, 2008-ci ildən müharibə əlillərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təminatına başlanılıb. Ötən dövrdə bu təqaüdlərin, habelə, onlara ödənilən müavinətlərin, pensiyaların dəfələrlə artırılması təmin olunub”.



S.Müslümov vurğulayıb ki, 19 aprel 2018-ci il tarixli Fərman Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasında daha bir əhəmiyyətli addım kimi ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb:

“Məlum olduğu kimi, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişləri ilə bağlı maliyyə təminatı məsələsi həll edilməklə, həmin sığorta ödənişlərinin verilməsi həyata keçirilib. Dövlət başçısının 19 aprel 2018-ci il tarixli Fərmanı isə həmin Qanun qüvvəyə mindiyi günədək, yəni 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur”.



S.Müslümov bildirib ki, Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilməklə, üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək:

“Birdəfəlik ödəmələr həmin ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiq olunmuş sənədləri (hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış) təqdim etmələri əsasında ödəniləcək. Həmçinin birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə veriləcək”.



S.Müslümov diqqətə çatdırıb ki, bununla bağlı Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti isə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verəcəklər:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair müraciəti təqdim olunmuş sənədlərlə birlikdə qəbul etməklə, onu müraciətlərin vahid elektron reyestrinə daxil edəcək. Müraciətin daxilolma tarixini, reyestr nömrəsini əks etdirən qəbz müraciət etmiş şəxsə təqdim olunacaq”.


Nazirliyin hərbi qulluqçunun adının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi ümumi siyahıda olub-olmamasını müəyyən edəcəyini bildirən S.Müslümov qeyd edib ki, bunun əsasında və Fərmanın digər tələbləri də nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul edəcək. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul etdiyi şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim edəcək. Müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələr nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək və bu barədə həmin şəxslərə məlumat veriləcək.


S.Müslümov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda, birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Maliyyə Nazirliyinə təqdim edəcək, eləcə də hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, ümumi siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin edəcək. Bununla yanaşı, Fərmanın icrası olaraq, Maliyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasını təmin olunacaq.


“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə xüsusi diqqət və qayğısının daha bir təzahürü olan, həmin ailələrin rifah halının yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən bu Fərmanın vaxtlı-vaxtında və tam icrası ilə bağlı aidiyyəti dövlət qurumları birgə fəaliyyət müstəvisində bütün məqsədyönlü tədbirlərin görülməsi təmin olunacaqdır”, deyə S.Müslümov vurğulayıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilibİki “Aprel şəhidi”nin ailəsinə mənzil verildiFikrət Məmmədov İstintaq idarəsinə yeni rəis təyin etdi - ƏMRDeputatlar toplanır: daha 8 qanun dəyişəcəkPrezident İlham Əliyev Bağdad Amreyevi qəbul edib - FOTOBu gün Nobel mükafatının laureatları elan olunacaqHəmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar