Dovletxeberleri.Az
» » Türkiyə-Rusiya-İran formatı Qarabağ münaqişəsi ilə məşğul olacaq?

5-04-2018, 11:14Türkiyə-Rusiya-İran formatı Qarabağ münaqişəsi ilə məşğul olacaq?

Türkiyə-Rusiya-İran formatı Qarabağ münaqişəsi ilə məşğul olacaq?
“Rusiya prezidenti Vladimir Putin 3-4 aprel tarixlərində Ankarada səfərdə oldu. Səfərin iki məqsədi var idi. Birinci məqsəd Türkiyədə atom elektrik stansiyasının tikitisinə start vermək, ikinci məqsədi Rusiya-Türkiyə-İran formatında Suriyadakı vəziyyəti müzakirə etmək idi”.



Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Moskva və Ankara, Rusiya-Türkiyə münasibətləri tarixində indiki qədər bir-birinə bu qədər yaxın olmayıb:



“Putin 18 mart prezident seçkisindən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırdı. Bu, Rusiya-Türkiyə münasibətlərinin son illər artan inkişafından xəbər verir. Digər tərəfdən Qərbin sərt sanksiyaları Putinə Qərb ölkələrinə səfər etməyə imkan vermir. Akkuyuda atom elektrik stansiyasının ilk reaktoru 2023-cü ildə işə düşəcək. Bu o deməkdir ki, ən azı 2023-cü ilə qədər Rusiya-Türkiyə münasibətlərində problem olmamalıdır. Geniş iqtisadi münasibətlər istər-istəməz siyasi riskləri də azaldır. Putin Ərdoğanın daha bir xahişini yerinə yetirdi: Rusiya Türkiyəyə satdığı S-400 raketlərini Türkiyəyə vaxtından əvvəl təhvil verəcək. Öz növbəsində Putin də Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “türk axını” layihəsinin sürətlə icrasından məmun qaldı.



Beləliklə, Moskva və Ankara, Rusiya-Türkiyə münasibətləri tarixində indiki qədər bir-birinə bu qədər yaxın olmamışdılar. Moskva Vaşinqtondan fərqli olaraq Türkiyə ordusunun Suriyada hərbi əməliyyatına mane olmaq istəmir. Bu da Ankara üçün vacibdir. Putin ortaq mətbuat konfransında PYD və YPG-ni terrorçu təşkilat adlandırmasa da, Türkiyə ordusunun bu iki terroprçu qruplaşmanı Suriya ərazisində neytrallaşdırmasına mane olmur”.



“Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir”



Ekspertin sözlərinə görə, üç ölkə arasındakı yaxınlıq bir az daha artacaq:



“Putinin Ankaraya səfərinin ikinci günü onlara İran prezidenti Həsən Ruhani də qoşuldu. Üçlü format ancaq Suriyanı müzakirə etdi. Rusiya-Türkiyə-İran formatı Suriyada real əməkdaşlıq edir, bir-birlərinə mane olmurlar. Hətta Ərdoğan Putinə və Ruhaniyə təklif etdi ki, Suriyada infrastruktur çalışamalarını da üç ölkə birgə həyata keçirsin. Fikrimcə, Putin və Ruhani Ərdoğanın bu təklifinə dəstək versələr, üç ölkə arasındakı yaxınlıq bir az daha artacaq”.



Elxan Şahinoğlu Türkiyə-Rusiya-İran formatının gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul ola biləcəyi ehtimalından da söz açıb:



“Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşdə belə bir fikir işlədib: “Rusiya və Türkiyə bölgədə sülhün və stabilliyin bərqərar olması istiqamətində birgə intensiv işi davam etdirəcəklər. Arzu edirəm ki, bütün bu görüşlər regionumuza fayda gətirəcək”. Yəni Ərdoğan istəyir ki, Türkiyə-Rusiya siyasi əməkdaşlığı yalnız Suriya ilə kifayətlənməsin, gələcəkdə başqa regional mövzular ətrafında da fikir mübadiləsi aparılsın.

Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir. Azərbaycanın bu 3 ölkənin hər biri ilə quru sərhədi var. Bu baxımdan Azərbaycan mövcud üçlü formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır. Onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir. Digər tərəfdən Türkiyə və İran danışıqlar prosesinin kənarda qalmasından narazıdırlar. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləyici rol oynaya bilər”.



“Rusiya Ermənistanı yola gətirməlidir”



Müsahibimiz qeyd edib ki, bunun üçün iki şərt yerinə yetirilməlidir:



“Birinci şərt: Suriyada müharibə bitməli və davamlı sülh əldə olunmalıdır. Məhz bundan sonra Türkiyə-Rusiya-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərə bilər.

İkinci şərt: Rusiya üçlü formatın Dağlıq Qarabağ münaqişəsinin həlliylə məşğul olmasına razılıq verməlidir. Çünki, Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasını istəmir. Rusiya Ermənistanı yola gətirməlidir”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək