Dovletxeberleri.Az
» » “Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO

29-03-2018, 16:30“Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO

“Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO[/centerBu gün Prezident yanında Bilik Fondunun maliyyə dəstəyi ilə “ARB Aran” və “Qulp Studio”nun çəkdiyi “Xocalı dərsi” sənədli filminin təqdimatı keçirilib.

Xəbər verilir ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filmdə “Xocalı soyqırımı, səbəbləri, nəticələr və beynəlxalq aləmdə tanınması” kitabındaki faktlardan istifadə olunub.

Tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, filmdə həmin gecə yaşananlar hadisə şahidlərinin dilindən təqdim edilib: “45 dəqiqəlik filmdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımının dünya mətbuatında necə işıqlandırılması göstərilir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə, xarici ölkələrin bu soyqırımı tanıması haqqında ətraflı məlumat verilib.

Filmdə erməni işğalçılarının Xocalıya basqın etdiyi gecədən sonra 4 gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan bəhs edilir. Hadisənin canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri xatırlayaraq dinc əhalinin başına gətirilən müsibətlərdən danışıb, anası, atası və 16 yaşlı kiçik bacısının meşədə öldüklərini deyib”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bu filmin Azərbaycan tarixinin ən qanlı səhifələrindən birinə həsr olunduğunu deyib: “Azərbaycan dövlətçiliyinin tarixi uzun əsrlərlə ölçülür. Ermənilərin bizim torpaqlarımıza köçürülməsindən bəri etnik təmizləmə, soyqırımlar həyata keçirilib. Onların həyata keçirdiyi etnik təmizləmə, soyqırımı proseslərinin ən qanlı səhifələrinin başında Xocalı faciəsi durur. Bir vaxtlar saxta xalqlar dostluğu ideyaları ilə keçmişimiz təhrif olunmuş şəkildə bizə təqdim olunub, bu məsələləri lazımı şəkildə örənib yeni nəsillərə ötürə bilməmişik, bunun da ağır nəticələri soyqırımı hadisələrin yenidən təkrarlanması, Xocalı soyqırımı kimi faciələrlə nəticələnib. Hesab edirəm ki, Xocalı faciəsinin öyrənilməsi, gələcək nəsillərə çatıdırılması, dünya miqyasında tanınması üçün çox işlər görməliyik. Dövlət səviyyəsində bu məsələdə ardıcıl işlər həyata keçirilir. Xocalı soyqırımı ilə bağlı görüləcək işlər çoxdur, dövlət başçısı və ümumiyyətlə, dövlət sturukturlarında bununla bağlı görülən işlər böyük dəstək rolunu oynayır”.

Ə.Mehdiyev onu da vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət” kampaniyası istiqamətində görülən işlər nəticəsində Xocalı soyqırımı 16 ölkədə hökumət və parlament səviyyəsində tanınıb, ABŞ-ın 20-dən çox ştatında bununla bağlı müxtəlif tədbirlər görülüb, İslam Əməkdaşlıq Təşkilatı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu faciə şahidlərinin dilindən sənədli filmin çəkilməsi faciənin daha geniş ictimaiyyətə çatdırılmasına böyük dəstək olacaq”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov bildirib ki, filmin üstün cəhəti tarixi sənədlərə əsaslanmasıdır: “Bu faktlar sübut edir ki, filmdəki məqamları biz uydurmamışıq, bunları xarici jurnalistlər gözləri ilə görüblər. Hətta bəzi məlumatlar Azərbaycan mətbuatında da verilməyib. Bu hadisənin dünya ictimaiyyətinə çatıdırılması üçün Heydər Əliyev Fondunun gördüyü işlərin əhəmiyyəti böyükdür. Hesab edirəm ki, bu filmin gələcəkdə xarici dillərə tərcümə edilməlidir. Faciəni dünya ictimaiyyətinə çatdırmaq, Ermənistanı dünyada ifşa etmək üçün hər birimiz əlimizdən gələni etməliyik”.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, dövlətçilik tariximizin son 200 ilində faciələr yaşamışıq və onlar çox zaman bizə unutdurulub:

“Bu faciənin Azərbaycan xalqının gözünün qorxudulması üçün törədildiyini Serj Sarkisyan da etiraf edib. Lakin hər zaman olduğu kimi bu gün də faciəni törədənlər Azərbaycanın qisasından qorxur. Biz də yenidən o torpaqların geri qaytarılması üçün çalışmalıyıq. Bu, hər birimizin arzusudur. Belə faciələrin bir daha yaşanmaması üçün biz bu cür filmləri çəkməli, faciəni gələcək nəsillərə çatdırmalıyıq”.[center]“Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO
“Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO
[center]“Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO
“Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO
“Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO
img]http://publika.az/storage/2018/03/29/29666158_2125563487664928_1219917098_n.jpg[/img][/center]
“Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBU