Dovletxeberleri.Az
» » Ermənistan özü heç zaman Azərbaycanla müharibə apara bilməz - Rufiz Qonaqov

9-03-2018, 16:39Ermənistan özü heç zaman Azərbaycanla müharibə apara bilməz - Rufiz Qonaqov

Ermənistan özü heç zaman Azərbaycanla müharibə apara bilməz - Rufiz Qonaqov
Bir neçə gün öncə erməni ekspert Avetis Babacanyan iddia ilə çıxış edərək bildirib ki, Rusiya Ermənistanı qorumayacaq.

Dovletxeberleri.az Metbuat.az-a istinadla xəbər verir ki, A.Babacanyan "1in.am" saytındakı məqaləsində deyib: “Ermənistanın Rusiya ilə imzalanan müttəfiqlik haqqında müqaviləsi var. Lakin Putinin son çıxışından belə çıxır ki, bizi yalnız nüvə hücumu zamanı qoruyacaqlar. Ermənistanın hazırda yalnız bir real düşməni var, o da Azərbaycandır. Azərbaycanın isə nüvə silahı yoxdur. Digər potensial düşmən isə Türkiyədir və o da nüvə gücü sayılmır. Yəni bu ölkələrin hücumu zamanı Rusiyanın hərəkətə keçməsini gözləməyə dəyməz. Ermənistana ABŞ və ya Çinin hücumu isə başqa məsələdir. Belə olan halda Rusiyanın cavabı ani olacaq. Bu da yalnız bir halda baş verəcək. Əgər ABŞ və Çin Ermənistana nüvə zərbəsi endirsə, Moskva cavab verəcək. Bəlkə də hücumdan sonra Rusiyanın bu müttəfiqlik sənədini itirdiyi ortaya çıxacaq”.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Rufiz Qonaqovun sözlərinə görə, bu, ermənilərin Rusiya-Ermənistan münasibətləri ilə bağlı növbəti yozumudur: “Fakt ondan ibarətdir ki, bu gün həm Azərbaycan, həm də Ermənistan Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvüdür. Düzdür, orada bəzi təhlükəsizlik müqavilələri var ki, Azərbaycanın onunla bağlı şərtləri olub. Ermənistan heç zaman müstəqil dövlət olmayıb və bundan sonra da olmayacaq. Ona görə də istənilən bir ölkəyə, xüsusilə də Rusiyaya sığınan, vassal bir ölkədir. Bu baxımdan, mən, Ermənistan tərəfindən hər hansı bir fikrə və ya bəyənata təəccüblənmirəm. Fakt odur ki, Ermənistan özü heç zaman Azərbaycanla müharibə apara bilməz, ümumiyyətlə müqayisə oluna da bilməz”.

Politoloq deyir ki, bildiyimiz kimi, Rusiyanın hərbi bazaları Ermənistana yerləşdirilib, hətta bizdə olan məlumatlara görə, Dağlıq Qarabağda da var: “Amma dörd günlük müharibədə, yəni aprel döyüşlərində Azərbaycan öz torpaqlarını azad edərkən Rusiyanın hər hansı hərbi müdaxiləsinin şahidi olmadıq. Eyni zamanda biz gördük ki, Ermənistanın başında duran cinayətkar rejimin başçısı Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinə müraciət etdi və döyüşlərin dayandırılmasını xahiş etdi. Bundan sonra Rusiya prezidenti cənab Putin Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdi və bununla bağlı Rusiyada görüş keçirildi. Bundan sonra Azərbaycan erməni təxribatlarına qarşı olan döyüşləri saxladı. Amma Azərbaycanın bəyənatları var ki, əgər Ermənistan status-kvonu bundan sonra da davam etdirəcəksə, ölkəmizin öz torpaqlarını işğaldan azad etmək üçün hərb yolundan başqa bir yolu qalmayacaq. Erməni ekspertin o cür bəyənat verməsi, fikirlər söylənməsi bir daha göstərir ki, ermənilər heç zaman müstəqil olmayıblar, heç zaman özlərinə, ordularına güvənməyiblər. Eyni zamanda da Ermənistan işğalçı dövlətdir, Azərbaycanın torpaqlarını işğal edib. Yəni, onlar hesab edirlərsə ki, Rusiya gələcək, onlara kömək edəcək, ya etməyəcək, deməli bunlar ancaq Rusiyaya ümid edirlər. Onların heç zaman nə müstəqil siyasətləri olub, nə orduları, nə də dövlət kimi dövlət olublar. Məhz bu baxımdan düşünürəm ki, Azərbaycan istənilən halda öz torpaqlarını azad edəcək, bu isə hərb yolu ilə olacaq, ya sülh yolu ilə, bunu zaman göstərəcək. Təbii ki, Azərbaycan istəyir ki, bu, sülh yolu ilə, dinc yolla olsun. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov da Avropada keçirilən tədbirlərdə bir daha ölkəmizin mövqeyini bildirdi ki, Azərbaycan nəinki işğaldakı torpaqlarını azad edəcək, bir ay ərzində hətta tarixi torpaqlarımız olan İrəvanı, Zəngəzuru və digər əraziləri də azad edə bilər. Azərbaycanın səbri tükənib və çox gözləmək fikri yoxdur”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev bu şəxsləri təltif etdi — SİYAHI"Azərenerji"də yeni təyinatlar olubAzərbaycan əsgəri şəhid oldu.VİDEOLARBİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTOAĞCABƏDİ PEDAQOJİ KOLLECİNDƏ "18 OKTYABR MÜSTƏQİLLİK GÜNÜ" ilə bağlı keçirilən tədbirdən foto görüntülərBaş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDIGüləş üzrə dünya çempionatı başlayır — İdmançılarımızın ilk rəqibləriBadamdardakı sürüşmə zonasında yeni uçqunlarİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTONazirlər Kabinetindən benzinlə bağlı YENİ QƏRARPrezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirikNovruz Məmmədov nazirləri iclasa çağırdı, göstərişlər verdi - FOTOLARSəhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlandı - Hesablama Palatasından yoxlamaNazirlik Prezidentin tapşırığı ilə bağlı səfərbər olunub - Kollegiya iclası keçirildiLaçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bərdə şəhərində keçirilmişdir.Ermənistanda yeni baş nazir nə vaxt seçiləcək?Bələdiyyələrin qəbiristanlıqlar salması ilə bağlı vəzifələri müəyyənləşdirilibGələn ilin pensiya və müavinətləri üçün büdcə artırıldı - RƏQƏMLƏRTürkiyədəki diaspor təşkilatlarının rəhbərləri Dövlət Komitəsində görüş keçiribİlham Əliyev Türkiyəyə getdi"İlin sonuna kimi şəhid ailələrinin 50 faizinə yaxınına ödəniş ediləcək" - NazirCeyhun Bayramov əmr imzaladı, direktorlarla bağlı yeni komissiyalar yaradıldıİcra başçısı baş məsləhətçini işdən çıxardıTürkiyədə zəlzələ olduŞəxsiyyət vəsiqəsi ilə bağlı hansı dəyişikliklər olacaq? - Prezidentdən hökumətə tapşırıqMehriban Əliyeva senat sədri ilə görüşdə: "Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır"MN, DİN, FHN, XDMX, DTX və HXÇDX-nin səlahiyyətləri genişləndi - FərmanLaçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdirDeputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işi... - Bacı-qardaşlar yenidən dindiriləcəkBaş nazirdən sərt qərar - İki şöbə müdiri işdən çıxarıldı, dövlət qulluqlarına xitam verildi“Televiziya və radio yayımı haqqında” Qanun dəyişir“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİÇavuşoğlu Pompeoya "Sanksiyalar axmaq hərəkət idi" dedi, "Tezliklə qərar verəcəyik" cavabını aldıErmənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdıPutin Türkiyəyə səfər edəcəkBadamdarda vəziyyət daha da təhlükəli həddə çatdı"Təhminə və Zaur"un rejissorundan yazıçı Anara cavab — Hətta qonorar tələbi olarsa...İrəvanda nə baş verir: Moskva Sərkisyanı niyə satdı? – MüsahibəJurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdiTbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildiBakının əsas avtomagistrallarında sürət həddi endirildiSON DƏQİQƏ: Paşinyan İSTEFA VERDİ (YENİLƏNDİ)DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıbNazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVABPrezident İlham Əliyev sərəncam verdi - Yeni təyinatXanlar Vəliyevin oğlu fəxri konsul təyin olundu - SərəncamPrezident Yaqub Eyyubovun oğlunu geri çağırdı - Yeni təyinatlar olduQəbiristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək - Qanun qəbul olunduErmənistanda 3 yeni qubernator təyin olunduAğcabədi rayon Təhsil şöbəsi haqqda yazılan şər, böhtanın heç bir əsası yoxdur.