Dovletxeberleri.Az
» » Deputat tələbələrin problemlərinin həllini istəyir

22-11-2017, 08:06Deputat tələbələrin problemlərinin həllini istəyir

Deputat tələbələrin problemlərinin həllini istəyir
Bir dövlətin və millətin inkişafı təhsildən keçir. Bölglərimizdə, kəndlərimizdə böyüyən gənclərimizin savadlı olması, ali təhsil arxasınca getməsi çox önəmlidir. Amma bölgələrimizdən, kəndlərimizdən ali təhsil almaq üçün gələn tələbələrimiz və onların ailələri ciddi problemlə üzləşirlər. Çünki universitetlərimizin bir çoxunun yataqxana sistemi demək olar ki, yox səviyyəsindədir". Dovletxeberleri.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva parlamentdə Azərbaycan Respublikası Hökumətinin iştirakı ilə 2018-cı ilin büdcə müzakirələri zamanı tələbə yataqxanaları problemi ilə bağlı çıxışında bildirib.

Deputat qeyd edib ki, bu gün tələbələrin çoxu maddi cəhətdən nisbətən imkansız ailələrin övladlarıdır və rayonlardan gələn belə tələbələr yüksək qiymətə kirayə evlərində yaşamaqda çətinlik çəkirlər: “Məsələn, 20 minə yaxın tələbəsi olan Bakı Dövlət Universitetinin bir dənə də tələbə yataqxanası yoxdur. Amma bu universitetin Sovet dövründə təxminən 7 yataqxanası var idi. Hökumətimizi bu məsələyə xüsusi diqqət yetirməyə, yataqxanalar probleminin həlli istiqamətində sürətli addımlar atmağa çağırırıq. Çünki bu gün ali təhsil müəssisələrimizdəki tələbələrin təxminən yarısı ödənişli təhsil alır və təbii ki, bölgələrdən, kəndlərdən olan ailələrimiz üçün övladının təhsil, yemək və geyim xərcləri ilə bərabər, baha kirayə pulunu ödəmək çox ağırdır, çünki Bakıda evlərin kirayə haqları çox bahadır. Belə halda çətinliklə üzləşən ailələrin bəziləri ali təhsil alma imkanı qazansa da, övladlarını ali təhsil almaq üçün göndərmirlər. Ona görə də ali təhsil müəssisələrinin yataqxanalarla bağlı problemi çox ciddi məsələdir və qısa zamanda öz həllini tapmalıdır. Bunun üçün hökumətimizin yeni yataqxanaların sürətlə tikintisinə vəsait ayırmasına böyük ehtiyac var. Maddi imkansızlıq üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”.

Millət vəkili eyni zamanda təhsil kreditlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb: "Çoxlu sayda ali təhsil alan gənclər, ailələr millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Amma təhsil kreditləri dövlətlə bərabər özəl universitetlərə də verilsə və verilən gənclərin sayı artsa, gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Faizsiz kredit alaraq təhsilini başa vurub çalışmağa başlayandan sonra gənc bir neçə ilə kreditini qaytarmağa başlayar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Tələbələrin böyük əksəriyyətinin ödənişli təhsil aldığını nəzərə alsaq, təhsil kreditlərinin daha da genişlənməsi məsələsinin nə qədər önəmli olduğunu görə bilərik”.

Bir çox qonşu ölkələrdə də təhsil kreditlərinin geniş yayıldığını deyən millət vəkili Q.Paşayeva bildirib ki, özəlliklə maddi imkanları zəif ailələrin istedadlı övladlarının maddi imkansızlıq üzündən təhsildən, elm sahəsindən uzaqlaşmaması üçün bundan sonra da davamlı addımların atılması vacibdir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə oldu