Dovletxeberleri.Az
» » Laçın rayonu üzrə 2017-ci ilin 9 ayında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Şuranın geniş iclası keçirilmişdir

17-10-2017, 17:06Laçın rayonu üzrə 2017-ci ilin 9 ayında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Şuranın geniş iclası keçirilmişdir

Laçın rayonu üzrə 2017-ci ilin 9 ayında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Şuranın geniş iclası keçirilmişdir
17 oktyabr 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrlə əlaqədar Laçın rayonunda görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri tərəfindən Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilmiş və büstün önünə gül dəstələri qoyulmuşdur.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli gündəlikdə duran məsələ ilə bağlı məlumat vermişdir. Laçın rayonunda cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında hazırlanmış məruzədə Möhtərəm ölkə Prezidentinin rəhbərliyi altında respublikada və rayonda görülmüş işlər, əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilmişdir. Bildirilmişdir ki, Bakı şəhərinin Sabunçu və Xətai rayonlarında, eyni zamanda Abşeron rayonunda inşa edilmiş yaşayış binalarında 80 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin edilmişdir. Həmçinin məruzədə bildirilmişdir ki, Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılmış, 2017-ci ilin doqquz ayında laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 32 səyyar qəbul keçirilmiş, 2585 nəfərin iştirak etdiyi bu qəbullarda 242 nəfər, Rayon İcra Hakimiyyəti başçısı aparatında isə 2664 nəfər rayon sakininin müraciəti dinlənilmişdir.
Həmçinin bildirilmişdir ki, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işləri aparılmış, 6000 metr naqil yenisi ilə əvəz edilmişdir. Qarıqışlaq, Vağazin, Mirik, Fingə və Qarakeçdi obalarında yeni transformatorlar quraşdırılmış, müxtəlif gücə malik 40 transformator təmir olunmuşdur. Qarakeçdi və Mişni obalarında 0,4 kVa-luq elektrik verilişi xətləri əsaslı təmir edilmişdir.
Əhalinin su təminatını yaxşılaşdırmaq üçün Vağazin və Sadınlar obalarında yeni subartezian quyusu qazılmış, Mişni obası və 21 ailəlik qəsəbədə su nasosları təmir olunmuşdur. Qarıqışlaq, Qılışlı, Mayis, Alxaslı və Mişni obalarına çəkilmiş plastik içməli su borusunun yararsız vəziyyətə düşmüş 450 metr hissəsi yenisi ilə əvəz edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmışdır.
Şura iclasında Rayon Təhsil Şöbəsinin, 56 saylı Yol İstismar MMC-nin, Rayon Vergilər İdarəsinin, Rayon Su-kanal İdarəsinin rəhbərləri çıxış etmişdir. Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılmışdır. Bildirilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrə əsasən, Taxtakörpü ərazisində qəsəbələrin tikintisi, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası qarşıda duran vəzifələrdəndir.

​İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul olunmuşdur.
DOVLETXEBERLERİ.AZ
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə olduVilayət Eyvazov rəisi təqaüdə göndərdi - Yeni təyinatGəncənin icra başçısı sakinləri narahat edən məsələləri dinləyibNazir rektorlara tapşırıq verdi: Ödənişli tələbələrə şərait yaradın!Çempionlar Liqasında bütün “pley-off”çular bəlli oldu - NƏTİCƏLƏRElinanın anası icra başçısının müavini ilə üzləşdirildiQurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlarİkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcəkHeydər Əliyev Fondu 70 minə yaxın ailəyə qurban payı çatdıracaqQHT Şurası Katibliyi işçilərinin maaşı artırıldıBu gün Azərbaycanda Qurban bayramı qeyd olunurYAP-çı deputatlar Xaçmaza getdilərPutinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - FOTOPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib