Dovletxeberleri.Az
» » Laçın rayonunun təhsil işçilərinin növbəti konfransı keçirilmişdir

12-09-2017, 21:38Laçın rayonunun təhsil işçilərinin növbəti konfransı keçirilmişdir

 Laçın rayonunun təhsil işçilərinin növbəti konfransı keçirilmişdir
2017-ci il 12 sentyabr tarixdə Laçın rayonunun təhsil işçilərinin konfransı keçirilmişdir. Konfransdan əvvəl rayonun çoxsaylı təhsil işçiləri və ictimaiyyət nümayəndələri Taxtakörpü qəsəbəsində Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki Laçın Rayon Təhsil Şöbəsinin akt zalında keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlamışdır.
Konfransda Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov “2016-2017-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə ötən tədris ilində rayonun təhsil sahəsində əldə edilmiş uğurlar, həmçinin problem və geriliklər ətraflı təhlil edilmişdir.
Bildirilmişdir ki, 2016-2017-ci dərs ilinin buraxılış imtahanında 11-ci siniflər üzrə 780 məzun iştirak etmiş, onlardan 574 nəfər məzun (74%) hər üç fənnən müvəffəq qiymət almışdır. Bu nəticə ötən ilki nəticədən 6 % yüksəkdir, 68 nəfər şagird hər üç fənnən “5”, 201 nəfər şagird “4” və “5” qiymətlər almışdır. 9-cu siniflər üzrə buraxılış imtahanlarında 884 nəfər məzun iştirak etmiş, onlardan 633 nəfər (72%) məzun, imtahana düşən ana dili və riyaziyyat fənninin hər birindən 20 bal olmaqla 40 baldan yuxarı bal toplamış, orta ixtisas məktəblərinə ixtisas seçimi müsabiqəsində iştirak etmək hüququ qazanmışdır. 11-ci sinif məzunlarından 14 nəfəri, 9-cu sinif məzunlarından 6 nəfəri fərqlənmə attestatına layiq görülmüşdür.
Eyni zamanda bildirilmişdir ki, bu ilki qəbul imtahanlarında 2017-ci ildə məktəbi bitirən 773 nəfər məzunun 579 nəfəri ali məktəblərə qəbul olunmaq üçün ərizə vermiş, onlardan da 357 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin 60%-i ali məktəblərə qəbul olunmuşdur. Bu ilki qəbul imtahanlarında rayon məzunlarının 62 nəfəri 500-dən, o cümlədən 18 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Konfransda məruzə ətrafında rayonun qabaqcıl və təcrübəli məktəb rəhbərləri, təhsil işçiləri, eyni zamanda ali məktəbə qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərmiş bir neçə şagird çıxış etmiş, fikir və mülahizələrini bölüşmüşlər. Konfransda çıxış edən natiqlər respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Konfransda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsil sahəsində görülən işlərdən, Ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışmış, ötən son 10 il ərzində də təhsilin inkişafı ilə bağlı mühüm Sərəncamların imzalandığını qeyd edərək, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyünü bildirmişdir.
Rayon rəhbəri həmçinin bildirmişdir ki, təhsil müəssisələrinin fəaliyyəti daim Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılmışdır. Görülmüş işlərlə yanaşı rayon rəhbəri Rayon Təhsil Şöbəsinə və məktəb rəhbərlərinə qısa zamanda işlərində dönüş yaradılması, əmək intizamı, keyfiyyət göstəricilərinin yüksəldilməsi, vahid məktəbli formasına keçidin diqqətdə saxlanılması ilə bağlı konkret tapşırıqlarını vermişdir.
Tədbirdə ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş abituriyentlərə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyəsi təqdim olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində yüksək nəticə göstərmiş rayonun Qışlaq kənd tam orta məktəbinin və Malıbəy kənd tam orta məktəbinin müəllimlərinə də Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Aydın Rəhimov iştirak etmişdir.
Konfransda Ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
DOVLETXEBERLERİ.AZ
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib