Dovletxeberleri.Az
» » 2017- ci ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

21-07-2017, 14:332017- ci ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

2017- ci ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
20 iyul 2017-ci il tarixdə laçınlı köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında rayon üzrə 2017- ci ilin birinci yarısında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzərək hörmət və ehtiramlarını bildirmişlər.
Yığıncaqda ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə dinlənilmişdir. Məruzədə əvvəlki illərdə olduğu kimi 2017-ci ilin birinci yarısında da laçınlı köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda rayon sakinlərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və sosial-rifah halının yüksəldilməsi istiqamətində görülmüş işlər habelə rayonun sosial-iqtisadi inkişafı öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, hesabat dövrü ərzində Taxtakörpü ərazisində məskunlaşmış köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 0.4 və 10 kV-luq hava xətlərində cari təmir işləri görülmüş, 5000 metr naqil yenisi ilə əvəz olunmuş, Qarıqışlaq obasında 1 ədəd 250 kva, Vağazin obasında 2 ədəd, Mirik obasında 1 ədəd, Fingə obasında 1 ədəd, Vağazin obasında 1 ədəd olmaqla cəmi 5 ədəd 100 kva, Qarakeçdi obasında 1 ədəd, 63 kva yeni transmormator quraşdırılmış, 40 ədəd müxtəlif gücə malik transformatorlar cari təmir olunmuşdur. Qarakeçdi və Mişni obalarında 0.4 kvt-lıq elektrik verilişi xətləri əsaslı təmir edilmiş, uzun illər həllini tapmayan 21 və 37 ailəlik, eyni zamanda Qayğı qəsəbələrinə çəkilmiş 10 kvt-lıq elektrik verilişi xətləri 35/10 kva-lıq yarımstansiyadan ayrılaraq 110/10 kvt-lıq yarımstansiyaya birləşdirilmişdir.
Həmçinin əhalinin su təminatını yaxşılaşdırmaq üçün ərazidə iki ədəd subartezian quyusunun qazılmasına, Mişni obası və 21 ailəlik qəsəbədə su nasoslarının təmir olunmasına, Qarıqışlaq, Qılışlı, Mayis və Mişni obalarına çəkilmiş 20-50 mm-lik plastik içməli su borusunun yararsız vəziyyətə düşmüş 395 m hissəsinin yenisi ilə əvəz edilməsinə nail olunmuşdur.
Bununla yanaşı ərazidə kənd təsərrüfatının inkişafı ilə bağlı Malıbəy və Alxaslı obalarında 101 ha sahədə pambıq əkilərək müvafiq aqro-texniki qulluq göstərilmiş, 35757 baş iri buynuzlu, 195455 baş xırda buynuzlu mal-qaranın saxlandığı kəndli təsərrüfatlarında 1172.5 ton ət, 10318.5 ton süd və 351.5 ton yun istehsal olunmuşdur. Həmçinin ərazidə 1118 ha sahədə becərilmiş taxıl sahələrində isə biçin işləri aparılaraq 2257 ton arpa və buğda məhsulu istehsal olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, cari ilin ötən dövründə Taxtakörpü və Qayğı qəsəbələrində geniş abadlıq işləri aparılmış, park və idarə müəssisələrin ətrafında mövsümü çiçəklər əkilmiş, Ulu öndər Heydər Əliyevin 94 illik yubileyi münasibəti ilə ümummilli liderin adını daşıyan parkda 140 ədəd şam ağacı əkilərək onlara vaxtaşırı lazımi qulluq göstərilmişdir.

Məruzədə xüsusilə o da vurğulanmışdır ki, hesabat dövrü ərzində rayon rəhbərliyi tərəfindən köçkünlərin məskunlaşdıqları müxtəlif yaşayış məntəqələrində 22 səyyar qəbul keçirilmiş, 1902 nəfər rayon sakininin iştirak etdiyi bu görüşlərdə 176 nəfərin müraciəti dinlənilməklə, habelə Rayon İcra Hakimiyyəti başçısı aparatında 1626 nəfər rayon sakini qəbul olunmuş, onların müraciətləri ilə əlaqədar köməklik olunması üçün aidiyyəti rayon təşkilatlarına konkret tapşırıqlar verilərək icrasına nəzarət olunmuşdur.
Şura iclasında məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunaraq, qarşıda duran vəzifələrdən danışılaraq, 2017- ci ilin birinci yarısında müxtəlif sahələrdə xeyli işlər görülməsinə baxmayaraq il ərzində də Taxtakörpü ərazisindəki obalarda Dövlət Proqramı ilə nəzərdə tutulmuş qəsəbələrin tikintisi ilə bağlı görüləcək işlərin mərhələli həlli, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası üçün təsdiq olunmuş layihələrin icrası qarşıda duran vəzifələrdən hesab edilmişdir.

DOVLETXEBERLERİ.AZ
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Nazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə olduVilayət Eyvazov rəisi təqaüdə göndərdi - Yeni təyinatGəncənin icra başçısı sakinləri narahat edən məsələləri dinləyibNazir rektorlara tapşırıq verdi: Ödənişli tələbələrə şərait yaradın!Çempionlar Liqasında bütün “pley-off”çular bəlli oldu - NƏTİCƏLƏRElinanın anası icra başçısının müavini ilə üzləşdirildiQurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlarİkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcəkHeydər Əliyev Fondu 70 minə yaxın ailəyə qurban payı çatdıracaqQHT Şurası Katibliyi işçilərinin maaşı artırıldıBu gün Azərbaycanda Qurban bayramı qeyd olunurYAP-çı deputatlar Xaçmaza getdilərPutinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - FOTO