Dovletxeberleri.Az
» » Leyla Əliyeva məktəblilərlə birlikdə ağac əkdi - Foto

17-03-2017, 20:25Leyla Əliyeva məktəblilərlə birlikdə ağac əkdi - Foto

Leyla Əliyeva məktəblilərlə birlikdə ağac əkdi - Foto
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə başlanılıb. EnSonXeberlerTv.az xəbər verir ki, “Məktəb bağları” layihəsinə Xəzər rayonunun 234 nömrəli məktəbindən start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan bu layihə ümumilikdə ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.
Layihənin ilk aksiyası zamanı Leyla Əliyevanın iştirakı ilə bu məktəbin həyətində 100 ədəd badam, nar və gavalı ağacı əkildi. IDEA İctimai Birliyi, FAO və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi çərçivəsində 8 rayonun - Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz, Xəzər, Zaqatalanın orta məktəblərinin həyətlərində meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Layihə çərçivəsində Azərbaycanın digər rayonlarında da mərhələli şəkildə təşkil ediləcək ağacəkmə aksiyaları aprelin sonuna qədər davam edəcək. Rayonların iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5 minə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağaclarının əkilməsi planlaşdırılıb. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 2015-ci ildən FAO-nun xoşməramlı səfiridir. Bu qurumun fəaliyyətində isə dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, sağlam ərzaq sistemlərinin yaradılması əsas istiqamətlərdəndir.

Sonra Leyla Əliyeva məktəbin müəllim kollektivi ilə görüşdü, burada uşaqların əl işləri ilə tanışlıq oldu. Məlumat verildi ki, məktəbdə “Həyat bilgisi” dərslərində uşaqların ekoloji biliklərini artırmaq məqsədilə ətraflı məlumat verilir. Qeyd edək ki, ekoloji təhsil və maarifləndirmə işlərini fəaliyyətində prioritet edən IDEA İctimai Birliyi gənc nəsli təbiətin mühafizəsi üzrə səylərə cəlb etmək, təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların ətraf mühitlə bağlı biliklərinin artırılmasına müsbət təsir göstərmək məqsədilə Təhsil Nazirliyi ilə birgə artıq bir sıra layihələr həyata keçirib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHI