Dovletxeberleri.Az
» » 7 uşaq öldürüldü, torbalarda gizli halda... - Bakıda dəhşət

5-06-2017, 09:417 uşaq öldürüldü, torbalarda gizli halda... - Bakıda dəhşət

7 uşaq öldürüldü, torbalarda gizli halda... - Bakıda dəhşət


Azərbaycan Səhiyyəsində son illərdə bəzi həkimlərin səhlənkarlıqdan, məsuliyyətsizlikdən və ya tamah məqsədi ilə törətdiyi əməllər və onların faciəli nəticələri istər yüksək dairələr, istərsə də əhali arasında böyük təşviş, narahatlıq yaradır. Bu hadisələrə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vemiş dəhşətli olay əlavə olunub. Məsələni araşdırmaq üçün zərərçəkənlə danışanda eşitdiklərimizdən şoka düşdük.

Dovletxeberleri.az bildirir ki, 37 yaşlı Günay Axundova ağlasığmaz cinayətlə bağlı Axar.az-a danışarkən 2016-cı il aprelin 6-da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keysəriyyə yolu ilə doğuş etdiyini, lakin uşağının üzünə həsrət qaldığını bildirib. Hər gün körpəsini ağladığını bildirən çarəsiz qadın uşağın doğuşdan əvvəl tam sağlam olduğunu, doğuşdan sonra isə cəsədini belə tapa bilmədiklərini deyib:

“Doğuşdan bir gün əvvəl 9 saylı qadın məsləhətxanasında ultrasəs müayinədən (USM) keçmişəm, uşaq sağlam idi. Səhəri gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Vüsalə Ağalarova adlı həkim yüksək təzyiqim olduğu üçün doğuşun keysəriyyə yolu ilə olacağını bildirdi. Təzyiqim normasına düşən kimi doğuş baş tutdu. Elə o gündən sonra uşağımı görmədim...”

Uşağın qəbrini də qazdırmışdıq, ancaq...

Doğuşdan 3 gün sonra uşağını görməyi tələb edən qadın aldığı şok xəbərlə sarsılıb:

“Uşağı soruşanda rəngi göy olduğu üçün şüşə altına (küveys) qoyduqlarını, vəziyyətinin yaxşı olduğunu deyirdilər. Yoldaşımdan isə hər gün uşaq üçün bez tələb edirdilər. Üç gün dözə bildim. Uşağımı görməyi tələb edəndə isə həkim uşağın öldüyünü bildirdi. Vəssalam. Sonra isə çıxıb getdi. O gündən indiyə qədər qaranlıq qalan bu böyük cinayətin izi ilə gedirəm”.

Hakimlərin törətdiyi faciə bununla da bitmir. Onlar övladının nəşinin hansı morqda olduğunu soruşan gənc qadına növbəti dəhşətli sirri açıblar:

“Yoldaşım zəng edib uşağın harada olduğunu soruşada həkim ona “lazım olan yerdədir” deyib telefonu söndürüb. Qonşularım soruşanda isə həkim uşağın cəmi 12 saat yaşadığını deyib. Xəstəxanada hamı qorxurdu ki, səs salmayım. Zara adlı şöbə müdiri var idi. Yalvarırdı ki, sakit ol, məsələni böyütmə. Uzun söz-söhbətdən sonra klinikadan sənəd aldım ki, morqa gedim, körpənin cəsədini götürüm. Xırdalanda uşağın qəbrinə qədər qazdırmışdıq”.

İşləməyən soyuducu və kimsəsizlər qəbiristanlığı

Aldığı acı xəbərlərə görə dünyasının alt-üst olduğunu bildirən Günay xanım morqda çalışan şəxsin ona dediyi inanılmaz sözlərdən dəhşətə gəldiyini bildirib:

“Morqda çalışan şəxs bizə körpənin doğulan gün öldüyünü, soyuducu işləmədiyinə görə onun aprelin 7-si Hövsan qəsəbəsində kimsəsizlər qəbiristanlığında basdırıldığını dedi. İlahi... Dəhşətə gəldim... Tabutun nömrəsini götürdükdən sonra getdim həmin qəbiristanlığa. Ordan isə mənə uşağın aprelin 12-də yeddi körpə cəsədi ilə bir qutuda gətirilərək elə bir yerdə də basdırıldığını bildirdilər. Halbuki morqdan mənə uşağın ayın 7-si basdırıldığını demişdilər”.

Günay Axundova klinikada Telman adlı baş həkimin cinayəti ört-basdır etmək istədiyini, buna görə ona müxtəlif vədlər verdiyini bildirib:

“Qayıtdım klinikaya. Telman adlı baş həkim məni qəbul etdi. Mənə dedi ki, artıq gecdir, bu məsələni uzatmağın nə mənası var? Səsini çıxarma, səni pulsuz müayinə, müalicə edək. Təbii ki, razılaşmadım”.

Həkim hər şeyi boynuna aldı, lakin...

“Baş Prokurorluğa getdim. Araşdırma aparıldı, uzun prosedurdan sonra həkim boynuna aldı ki, mənim təzyiqim yüksək olduğu üçün guya məni düşünərək, bu haqda heç nə deməyib. Üstündən bir il keçdikdən sonra qəbri açdıra bildik. Yeddi körpənin cəsədi bir yerdə basdırılmışdı. Bir az kənarda isə mənim adım yazılan salafan paket qoyulmuşdu. Bilinirdi ki, cəsəd sonradan basdırılıb”.

Cinayət şəbəkəsi və 50 min manat

Övladının ölümündə günahkar olanları tapmaq istəyən qadına bir zərbə də cinayəti “araşdıran” Nigar adlı müstəntiqdən gəlib:

“İşi Nigar adlı müstəntiq aparırdı. Mən DNT testi tələb edəndə müstəntiq dedi ki, bu testə 50 min manat xərclənəcək, gəl, o pulu sənə verək, məsələ bağlansın. Razılaşmadım, sonda isə heç bir nəticə olmadı. Guya DNT cəhdləri alınmayıb. Hamısı yalan idi. Bu, qrup şəklində cinayətdir. Axı bir anadan övladının ölməyini niyə gizlətsinlər ki?! Mənə bunun izahı lazımdır. Həmin həkim hazırda yenə öz işinin başındadır. Neçə ana mənim kimi gözü yaşlı qalacaq?!”

Günay Axundova hazırda işin Yasamal Rayon Məhkəməsində davam etdirildiyini də bildirdi.

Mövzunu davam etdirəcəyik.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə