Dovletxeberleri.Az
» » "Dəsmalla boğub, meyitini torbalara yığdıq, üstünü betonladıq" - DƏHŞƏTLİ CİNAYƏTİN ETİRAFI

3-06-2017, 19:49"Dəsmalla boğub, meyitini torbalara yığdıq, üstünü betonladıq" - DƏHŞƏTLİ CİNAYƏTİN ETİRAFI

"Dəsmalla boğub, meyitini torbalara yığdıq, üstünü betonladıq" - DƏHŞƏTLİ CİNAYƏTİN ETİRAFI


Əməkdar artist Aygün Bəylərin qətl törədən qardaşı Abbas Hümmətov və onunla ittiham olunan Elnur Alxasov, Fuad Məmmədzadə, Cavid Alxasov, Ramil Əsirov və Elnur Əsirovun cinayət işi üzrə məhkəmə başlayıb.

Dovletxeberleri.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər Elmir Alxasov və Ramil Əsirov özünü qismən təqsirli bilsə də, digərləri özlərini qəti olaraq təqsirli bilməyib. Məhkəmə təqsirləndirilən şəxslərə sərbəst ifadə verməyi təklif edib. Bu zaman Elmir Alxasov vəsatət verərək prosesin qapalı keçirilməsini istəyib.

O bildirib ki, zalda ümumiyyətlə heç kimin olmamasını istəmirlər. Digər təqsirləndirilən şəxslərdə vəsatətin təmin olunmasını istəyiblər. Zərərçəkmiş Elnur Hümmətovun hüquqi nümayəndəsinin vəkili Bəylər Məmişov isə təqsirləndirilən şəxsin vəsatətin təmin olunmamasını istəyib: "Təqsirləndirilən şəxs niyə görə qapalı prosesin keçirilməsini izah edə bilmir. Əgər onlar istintaqdakı kimi bir-birinin əleyhinə ifadə verəcəklərsə, o zaman qapalı keçirilə bilər. Lakin indiki halda prosesin qapalı keçirilməsinə heç bir səbəb yoxdur".

Vəsatət təmin edilməyib.

Təqsirləndirilən şəxslərdən Fuad Məmmədzadə prosesdə ifadə verib.

O, ifadəsində qeyd edib ki, təqsirləndiriləndən Elmir Alxasovla sinif yoldaşı olub: "Elmirlə məktəbdən sonra bir neçə dəfə görüşmüşük. Mən universiteti bitirdikdən sonra kompüter mütəxəssisi çalışırdım. Elmir bir gün mənə zəng elədi ki, tanışın evini təmir edirlər. Pulları olmadığında təmiri özləri edirlər. Kömək lazım olduğunu dedi. Bildirdim ki, işdən çıxandan sonra gəlib kömək edərəm. 2 gün gedib onlara kömək elədim. Palçıq qarışdırdım, daş daşıdım. Bu uşaqları da orda tanımışam. Evin də Cavidə məxsus olduğu mənə məlum oldu".


Təqsirləndirilən şəxs deyib ki, hadisə günü Elmir ona zəng edərək yeyib-içməyə çağırıb: "Ev başa çatmışdı. Elmir zəng elədi ki, sən də təmir zamanı kömək eləmisən, gəl, ye iç. Dedim, işdən çıxandan gələrəm. Dedilər, Abbas dalınca gələcək. Saat 2 idi. İş vaxtım qutardı. İşdən də tez çıxanda maaşım kəsilirdi deyə tam vaxtında çıxdım. Abbas gəldi, onun avtomobili ilə Qalaya gəldik. Evə çatmağımıza 100 metr qalmış Elmiri gördük. Rəngi ağappaq olmuşdu. Səbəbini soruşduq, heç nə demədi. Evə girən zaman otaqda yerdə meyit gördüm. Elnur Hümmətov yerdə uzanmışdı, ağzından köpük və qan gəlirdi. Heç nə soruşa bilmədim, ürəyim bulandı. Tualetə getdim. İçəridə Ramil vardı. Mənə dedi, sənlik bir şey yoxdu, qohumlar arasında söz-söhbət olub. Sən heç kimə heç nə demə. Desən, səni də, ailəni də öldürərik. Mən Abbasdan xahiş elədim ki, məni evə aparsın. Biz ordan çıxdıq, məni evə gətirdilər. O gündən bəri heç biri ilə görüşməmişəm, əlaqə saxlamamışam. Ölkədən getmişdim, sonradan geri qayıtdım".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs istintaq dövründə bir neçə dəfə ifadə verib: "Birinci dəfə ifadə verməkdən imtina etmişəm. Sonra polisdə bizə təzyiq edildi, ifadəni onlar deyəm kimi yazıb qol çəkdirdilər. Orda şəkər tutdum. Şoka düşdüm. Müalicə Müəssisəsinə köçürtdülər. Daha sonra ifadəmi verdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, heç zaman narkotik maddələrdən istifadə etməyib: "Nə satışı ilə məşğul olmuşam, nə də becərilməsi ilə. Mənim bu uşaqların narkotiklə əlaqəsinin olmasından xəbərim olmayıb. Olsaydı, heç zaman münasibət saxlamazdım".

Zərərçəkmişin nümayəndəsi Bəylər Məmişovun sualına cavab olaraq Fuad Məmmədzadə bildirib ki, qorxduğundan bu barədə heç kimə məlumat verməyib: "Məni təhdid eləmişdilər. Qorxduğumdan bu barədə heç kimə heç nə deməmişəm. Ümumiyyətlə, heç kimlə danışmamışam".


Prokuror bildirib ki, təqsirləndirilən Fuad Məmmədzadənin istintaqa verdiyi ifadələrlə məhkəmədə danışdıqları arasında ziddiyyət var. Dövlət ittihamçısı buna görə onun istintaqa verdiyi ifadələrin elan edilməsini istəyib.


Hakim vəsatəti təmin edib. Onun istintaqa verdiyi ifadələr elan edilib.


Fuad Məmmədzadə istintaqa ifadəsində bildirib ki, internet vasitəsi ilə bir sayta girməklə kod adı “AK-48” adlanan marixuana toxumlarını İngiltərə və Hollandiyadan öz adıma sifariş etdim. Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Kapitalbank”ın filialında toxumun bir paketinə 350 avro ödədim. Marixuana toxumlarını isə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “AZ 1102″ indeksli poçt şöbəsindən götürdüm. İnternetdən öyrəndiyim qaydada toxumları bir gün suda islatdım, hər dibçəyə bir toxum əkdim. 25 ədəd dibçəkdə olan narkotiki sarı işıq verən projektorun altında becərdim.

Ramil, onun qardaşı Elnur, Abbas, Cavid və Elnur Hümmətov həmin evdə növbə ilə qalıb, bitkilərə nəzarət ediblər. Narkotiki əkib-becərməyimizdən bizdən başqa heç kəs bilməyib”.

Təqsirləndirilən şəxsin istintaqa ifadəsinə görə, may ayının əvvəllərində marixuana əkməkdə şərikləri olan Elnur Hümmətov öz əsgərlik məsələsini həll etmək adı ilə ondan 500 manat borc alıb: “Bundan sonra bir müddət Elnur bizdən gizləndi. Günlərlə Elnuru tapa bilmədik. Bu səbəbdən onun bizi sata bilməsi şübhəsi yaratdı. Sonradan Elnurun yetişən kimi marixuananı oğurlayacağını, bizi polisə satacağını eşitdim. Buna görə də digər uşaqlara Elnurla ciddi söhbət etməyi təklif etdim”.

Fuad Məmmədzadə ifadəsində həmçinin Elnur Hümmətovu narkotiki əkdikləri evə gətirmələrindən, sonra onu öldürmələrindən danışıb: “Ramil və onun qardaşı Elnur dəsmalı Elnur Hümmətovun boğazına dolayaraq boğdular. Bu zaman Elnurun səsi kəsildi. Onun öldüyünə əmin olduqdan sonra meyiti torbalara yığdıq. Saat 16 radələrində Abbas avtomobillə Cavidi evə gətirdi. Cavid meyiti həyətdə basdırmağımızı təklif etdi. Təxminən gecə saat 12 radələrində quyu qazaraq, meyiti orada basdırdıq, üstünü də betonladıq”.

Fuad Məmmədzadənin sözlərinə görə, Abbas vəd etdiyi kimi becərdikləri marixuananı 150 kibrit qutusunda qablaşdırıb: “Hər bir qutunu 70 manata satdıq. Əldə edilmiş 15 min manat puldan mənə 2 min manat verildi. Qalan pul isə qrupun digər üzvləri arasında bölüşdürüldü. Həmin puldan Elnur Hümmətovun kreditini də ödəmişəm”.


Təqsirləndirilən şəxs qeyd edib ki, ifadə verən zaman təzyiqi qalxdığından düzgün ifadə verə bilməyib.


Məhkəmə prosesi iyunun 16-da davam edəcək. Gələn prosesdə Aygün Bəylərin qardaşının dindirilməsi gözlənilir.

Qeyd edək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.

Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.

Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasını deyə ora beton da töküblər.

Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.

Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.(Lent.az)
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə