Dovletxeberleri.Az
» » Anamın laylası-Qönçəgül Kamalqızı yazır...

2-05-2018, 18:53Anamın laylası-Qönçəgül Kamalqızı yazır...

Anamın laylası-Qönçəgül Kamalqızı yazır...
Uzun zamandır göyqurşağı görmürəm, göygurultusu eşitmirəm, torpaq qoxusunu içimə çəkmirəm. Bir də laylay dinləmirəm. Anamın həzin laylasını.

Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan.

İnsan doğulduğu yerdən ayrı düşəndə bəzi dəyərlər də ondan uzaqlaşırmış. Əslində laylay dinləyəcək yaşda olmasam da, ürəyimdə gəzdirdiyim, heç böyüməyən bir uşağın oxşamalara ehtiyacı olur hərdən.

Mən anamın laylaları ilə boy atmışam. Ağlım kəsəndən sonra da nəvələrinə söylədiyi o həzin nəğmələri hər vaxt eşitmişəm.

Anam sevdiklərinə laylay, oxşama, ağı deyəndə əlimi-ətəyimi çəkib bu dünyadan getmək istəyirəm. Çünki səsindəki o sevgi, yanğı elə təsirlidir ki, eşidəndə bu yer üzünün insanı olmaq istəmirsən. Təmiz, saf, riyadan, yalandan uzaq ayrı bir aləmə düşürsən.

Mənə görə ana laylası müqəddəsdir, təmizdir, əvəzi olmayan ən gözəl nəğmədir. Vətəndi, torpaqdı, məhəbbətdi...

Görən indi analar övladlarına laylay deyirmi? Çətin ki....

Uşaqları sakitləşdirməyin, necə deyərlər başını qatmağın ən asan yolu texnoloji vasitlərlə onlara əcnəbi cizgi filmləri seyr etdirmək, musiqilər dinlətməkdir.

Elə buna görə də körpələrimiz dil açar-açmaz doğma ana dilimizdən başqa, hansı dildə istəsəniz mahnı oxuya bilirlər.

Çünki yad musiqiləri, şeirləri, nağılları onların beyninə özümüz həkk edirik.

Balam yatır beşikdə
Bülbül oxur eşikdə
Sən yat yuxun algilən,
Mən durmuşam keşikdə.

Psixoloqlar deyir ki, laylayın psixoloji təsiri böyükdür. Ana-bala arasında sevgi güclənir, körpə rahatlaşır və sakit yatır. Həmçinin kiçik yaşından oxşamalar dinləyən uşaqlarda özünəgüvən, inam hissi daha da çoxalır.

Bağçamızda bar olsun,
Heyva olsun, nar olsun.
Sən ayaq aç, gəz dolan,
Düşmən görsün xar olsun.

Xalq deyimləri olan bu folklor nümunələri əslində heç də təsadüfi yaranmayıb. Deyilən hər kəlmə uşağın bir şəxsiyyət kimi formalaşmasına xidmət edib. Həm də insanlarda belə bir inanc olub ki, laylalar körpəni şər qüvvələrdən, pisliklərdən, xəstəliklərdən qoruyur.

Laylay dedim ucadan
Boyun çıxsın bacadan
Allah səni saxlasın
Çiçəkdən, qızılcadan.

Balamın əl yaylığı,
Ortası zər yaylığı.
Hərə bir kərə desin,
Balama can sağlığı.

Heç kəsin yerinə qərar vermək istəmərəm, amma fikrimcə bu gün Azərbaycan ədəbiyyatının ən qədim qollarından biri olan laylalar, oxşamalar, alqışlar unudulub. Folklorşünaslar deyir ki, bəlli bir nəsildən sonra heç kimin yaddaşında laylalar qalmayacaq.

Bu həyatın qanunudur, insan dünyaya göz açanda laylayla oxşanır, köçəndə də ağı ilə yola salınır. İndi çox az ana, nənə olar ki övladına, nəvəsinə laylay desin.

Elə bəlkə ona görə də yas mərasimlərində çox zaman adamlar öz yaxınına ağı demək istəmir. Avazı var-yox fərq etməyən, amma mütləq içində bayatılar yazılmış “qalın dəftərçəsi” olan yad qadınlar hüzr yerlərində əzizlərimizi bizim əvəzimizdən ağlayırlar.

Bəlkə deyəcəksiniz ki, dünyanın bu boyda dərd-sərinin içində laylay öyrənmək nə vacib olub?

Unutmayaq ki, gözəl səs və sözlər insanda ən ülvi hisslər yaradır.

Zorakılıqdan, vəhşətdən, nifrətdən uzaq bir övlad böyütmək üçün hərdən öz səsimizlə bir kəlmə oxşama deyək.

Heç olmasa beşiyi başında laylay dediyimiz övladımızın bizi son mənzilə yola salan ağısını eşidə bilək....

Qönçəgül Kamalqızı
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Zakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLARNazir Ramin Quluzadə şikayətçiləri qəbul edəcək - BərdədəDSMF-nin vəzifələri şəxsləri haqda fərman - "Dövlət qulluğu haqda" qanun dəyişdiİlham Əliyev Belarusa səfər edəcəkATƏT sabah cəbhə xəttinə gedəcək200-dən çox şəxsə mal və materiallar verilibLaçın Suvarma Sistemləri İdarəsinnin yeni rəsin Dovletxeberleri.az təbrik edir!Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİİnam Kərimov qəbul keçirəcəkİcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİDaxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQZakir Həsənov bu deputatları təltif etdi - SİYAHIPrezident və birinci xanım açılış ETDİNazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHIBu gün təəssübkeş vətən oğlu , Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının rəhbəri , Tatarıstanda Azərbaycan diasporunun rəhbəri Sarraf bəy doğum gününüdürAzərbaycanda dəhşət: Altı nəfər ruhi xəstəni döyərək öldürdüDövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşürƏliyev Antidopinq Agentliyinin prezidenti ilə görüşübPA-dan Norveç səfirliyinin bağlanmasına reaksiyaLos Ancelesdə Arzu Əliyevanın filminin premyerası keçirilib“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQQurban Qurbanov millinin heyətini açıqladıDövlət İmtahan Mərkəzi hazırlıq kursları açır