Dovletxeberleri.Az
» » Azərbaycanın aprel işğalı

27-04-2018, 09:08Azərbaycanın aprel işğalı

Azərbaycanın aprel işğalı
Nəsiman Yaqublu,
Tarix elmləri doktoru



Yeni nəşrə hazırladığım “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası” (sovet dövrü: 1920-1991) kitabımdan 27 aprel işğalı haqqında olan məlumatları oxuculara təqdim edirəm.



1920-ci ilin 27 aprelində Azərbaycanin işğal edilməsi. 27 aprel, yoxsa 28 aprel? Sovet işğalı –“yağmalama həftəsi”.bolşevik qətliamlari. Azərbaycanda ruslaşdırma siyasəti


1920-ci ilin 27 aprelində bolşevik Rusiyasının silahlı qüvvələri – başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisini işğal etdilər. Həmin dövrdə Azərbaycan – Rusiya sərhədlərində olan azsaylı silahlı dəstələrimiz müəyyən qədər müqavimət göstərsələr də bu, nəticəsiz oldu. Bəzi mənbələrdə 60 (altmış), bəzi mənbələrdə isə 70 (yetmiş) min rus – bolşevik silahlı dəstələrinin Azərbaycana hücum etdiyi qeyd olunmaqdadır. Əslində “sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin qurulması və Türkiyəyə yardım” adı altında Azərbaycanın Rusiya tərəfindən yeni işğalı baş verirdi. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə yazırdı: ”Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi qırmızıdır” (burada ağ və qara, Rusiyanın o dövrlərdəki bayraqlarına işarədir).


Azərbaycanda Sovet hakimiyyətinin mövcudluğu dövründə (1920-1991-ci illər) dövlətin təbliğat sistemində, nəşr etdiyi kitablarda, “27 Aprel” yox, “28 Aprel” tarixinə üstünlük verilib. Bəs nə üçün?


Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdə yaşayan liderləri (başda M. Ə. Rəsulzadə, Ə. Topçubaşov və d.) öz yazılarında, rəsmi sənədlərdə 1920-ci ilin 27 Aprelini Azərbaycanın işğalı olaraq qeyd ediblər. Bu, onunla izah edilib ki, Azərbaycan dövlətinin sərhədləri Rusiya bolşeviklərinin XI Ordusu tərəfindən aprelin 26-dan 27-nə keçən gecə pozulub və işğalçı qüvvələr Yalama-Xaçmaz tərəfdən ərazimizə daxil olublar.


Yəni, hələ 1920-ci ilin 21 və 23 aprel tarixlərində Qafqaz Cəbhəsi İnqilab Hərbi Şurası S.Q.Orconikidzenin başçılığı ilə XI Orduya Aprelin 27-də Azərbaycan sərhədini keçib, bütün ərazini tutmaq əmrini vermişdi. Aprelin 26-da XI Ordu qərargahı hücuma rəhbərlik etmək üçün Dərbəndə köçmüşdü. XI Ordunun hücumu aprelin 26-dan 27-nə keçən gecə saat 12-də başladı. İrəlidə dəstə komandiri M.Q.Yefremovun yerləşdiyi “III İnternasional” qatarı gedirdi. Yalama stansiyasında Azərbaycan Ordusu əsgərləri ilə qısa döyüşdən sonra Milli Orduya məxsus zirehli qatar geri çəkilməyə məcbur oldu. Xudat və Xaçmaz stansiyalarında da Milli Ordu əsgərləri döyüşüb müqavimət göstərdilər (bəzi mənbələrdə 1000-ə qədər əsgərin döyüşdə həlak olduğu söylənilir). Lakin onların sayı işğalçı bolşevik ordusundan olduqca az idi. Azərbaycan sərhədlərini keçən bolşevik ordusunda 60-70 min əsgər var idi. Bizim 25-30 minlik ordumuzun böyük bir hissəsi kommunistlərin göstərişi ilə Qarabağda qiyam qaldırmış ermənilərlə savaşa göndərilmişdi. Generallarımızdan S. Mehmandarov və Ə. Şıxlinski körpünü partladıb XI Orduya mane olmadılar. 1920-ci ilin Aprelin 28-də saat 5-də “III İnternasional” zirehli qatarı 23 saatlıq Yalama-Bakı məsafəsini qət edərək Bakı Vağzalına çatdı.

Beləliklə, bolşeviklər məhz 28 Apreli Azərbaycanda Sovet Hakimiyyətinin yaradılması günü élan edərək “28 Aprel İnqilabı” olaraq dünya ictimaiyyətinə yaydılar. Yəni 27 Aprel işğalı yox, yalan və saxta bir təqvim yaratdılar –28 Aprel inqilabı.

27 Aprel işğalı ilə əlaqədar M. Ə. Rəsulzadə yazırdı: “Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləliklə, azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altına əyildi”.




SOVET İŞĞALI –“QRAB NEDELYA”

(YAĞMALAMA HƏFTƏSİ)



27 aprel 1920-ci ildə Azərbaycanda “Qrob nedelya” (“Yağmalama həftəsi”) elan edərək ticarətxanaları, evlərin uşaq oyuncaqlarına qədər hər şeyi talan edib 60 (altmış) vaqon dolu əşyanı “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar. Ərzaq anbarları müsadirə edildi, Moskva proletariatına göndərildi. Azərbaycanlı ailələr küçələrə atıldı, evləri mənimsənildi. Seçmə ziyalılar, hökumət adamları, məmurlar, tanınmış pedaqoqlar da öldürüldü, ya həbs edildi. İki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfər güllələndi, 10 (on) minə qədər insan Sibirə sürgünə göndərildi.

Bolşeviklər neft və neft məhsulları olmaqla, Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini Sovet Rusiyasına daşıdılar.

Azərbaycan talan edilir, sərvəti Rusiyaya daşınırdı. Yalnız 1920-ci ilin mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67, 528 pud neft; “Rus” gəmisi ilə 76697 pud mazut yola salınmışdı.

Sovetlər Birliyi dövründə 800 (səkkiz yüz) min slavyan əsilli əcnəbi Azərbaycana gətirilərək burada əbədi məskunlaşdılar.



26 BAKI KOMİSSARLARININ ABİDƏSİ – İDEOLOJJİ

İŞĞALIN BAŞLANMASI

(BAKIDA İLK BOLŞEVİK ABİDƏSİ)




1920-ci ilin sentyabrında Bakını azad etmiş Türk şəhidlərinə qoyulacaq abidənin açılış mərasimi olmalı idi. 1920-ci ilin 27 aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra həmin abidənin açılışı mümkün olmadı (abidənin müəllifi Zivər bəy Əhmədbəyov idi).

Azərbaycan işğal edildikdən sonra 1920-ci ilin sentyabrında Bakıda Azərbaycanın azadlığına əks mövqedə dayanmış,31 Mart soyqırımında bilavasitə iştirak etmiş 26 Bakı Komissarlarının dəfn mərasimi oldu. İlk olaraq 1920-ci ilin sentyabrın 8-də onların təntənəli şəkildə dəfn mərasimi keçirildi. 1924-26-cı illərdə isə “26 Bakı Komissarlarının güllələnməsi” qorelyefi (qranit, heykəltəraş S.D.Merkurov idi) və 26 Bakı Komissarları xatirə ansamblı (1968, memarlar H.Ələsgərov, Ə.Hüseynov, heykəltəraşlar İ.Zeynalov, N.Məmmədov) yaradılmışdır.

Sovetlər Birliyi dövründə 1918-ci ilin 31 Mart soyqırımında minlərlə günahsız azərbaycanlının qətlində iştirak etmiş 26-ların − S.Şaumyanın, S.Osepyanın, A.Əmiryanın, A.Boryanın, B.Avakyanın, A.Kostanyanın, T.Əmirovun və digərlərinin qəbri üzərinə gül-çiçək dəstələri gətirməyə insanları məcbur edir, buranı “müqəddəs” bir and yerinə çevirirdilər.

1958-ci ildə həmin meydanda “26 Bakı Komissarlarının güllələnməsi” qorelyefi qoyulmuş, 1968-ci ildə isə 26 Bakı Komissarı xatirə ansamblı yaradılmışdır.



BOLŞEVİK QƏTLİAMLARI

(İlk qurbanlar)



1920-ci ilin Aprelin 27-dən 28-nə keçən gecədən başlayaraq, bolşeviklər Azərbaycanda amansız qətliama başladılar.

Sənədlərdən məlum olur ki, 1920-ci ilin Aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olmuşdu. 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 polkovnik (albay) və podpolkovnik, poruçik və podporuçik, 146 proporşik, 266 nəfər başqa işçilər güllələnmişdi. Yalnız 1920-ci ilin mayın 26-dan iyunun 4-nə qədər Gəncədə baş verən üsyanda 10 minədək Azərbaycan insanı həlak olmuşdu.



İNSANLARI MƏHKƏMƏSİZ QƏTLƏ YETİRƏN

“TROYKA”LAR (“ÜÇLÜK”LƏR)



1920-ci illərdə Sovetlər Birliyində mövcud olan “Troyka”lar (“Üçlük”lər) minlərlə günahsız insanı sorğu-sualsız, heç bir istintaq işi aparılmadan güllələmək hüququna malik idi.

VÇK-nın (Ümumrusiya Fövqəladə Komissiyası) tərkibində ilk dəfə belə “Üçlük” 1918-ci ilin əvvəllərində yaradılmışdı. “Üçlüy”ün tərkibinə aşağıdakılar daxil idi: F. E. Dzerjinski, V. A. Aleksandroviç və Y. X. Peterso. Bu “Üçlük” 1938-ci ilin sonlarına qədər mövcud olub.

Bu “Üçlüy”ü yaratmaqda məqsəd: 1920-ci illərdəki cinayətkarlıq hallarının operativ şəkildə qarşısını almaq idi. Bundan ötrü formal məhkəmə proseduru olur və güllələmə hökmü yerinə yetirilirdi.

1929-cu ildən isə onlar sosializm düşmənlərini, qolçomaqları, kollektivləşməyə mane olanları ölüm hökmünə məhkum edir, öldürülmələrini tezləşdirirdilər.

1937-1938-ci illərdə belə “Üçlük”lərə daha çox səlahiyyətlər verilmişdi.

Əslində bu qətliamlar Sovet dövlətinin banisi V. İ. Lenindən başlayırdı.

Leninin dostlarına yazdığı məktublarda qeyd edilirdi: “Məsləhət görürəm ki, müvəqqəti olaraq öz içərinizdən rəislər təyin edəsiniz, heç kimdən soruşmadan və səfehcəsinə süründürməçiliyə yol vermədən qəsdçiləri və tərəddüd edənləri güllələyəsiniz. V. İ. Lenin”.



AZƏRBAYCANDA RUSLAŞDIRMA SİYASƏTİ

(1920-1930-CU İLLƏR)



M. Ə. Rəsulzadə yazırdı: “Sovetlərdə indi müdhiş bir rus-bolşevik şovinizmi zühur etmişdir. Rus mədəniyyət ölçülərini mütləq surətdə qəbul etməyənlər, buna müqabil millətlərarası mədəniyyət dəyərlərini qiymətləndirməyənlər kosmopolitizm ilə ittiham olunur və yaxanı NKVD-nin əlinə verirlər”.

Azərbaycanı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən Sovet hökuməti digər tərəfdən də ermənilərin Qafqaza qayıtmasına 1931-ci ildə qərar vermişdi. Bu, ermənipərəst siyasətin davamı idi. Tbilisidə çap olunan “Zarya Vostoka” qəzetinin 140-cı sayında bildirilirdi ki, “Muxtar Dağlıq Qarabağ Vilayəti”ndə erməni kommunistlər daşnakları daim müdafiədə olmuş, hətta Qarabağda çıxan ermənicə qəzet daşnaklarla mübarizədən imtina etmişdi.

Azərbaycan türklərinə qarşı isə Sovet dövlətindəki rəhbərliyin münasibəti fərqli idi. Sovet hakimiyyəti Azərbaycanı ruslaşdırır və milli kadrları mühüm vəzifələrə yaxın buraxmırdı. Aşağıdakı məlumatlar Sovet hökumətinin “ruslaşma” siyasətinə əyani bir sübutdur:


Azərbaycan türklərinin ümumilikdə nisbəti:


1. Azərbaycan Baş İqtisad Şurasında - 1928-ci ildə Azərbaycan türkləri yüzdə 31, 1931-ci ildə isə yüzdə 22 olmuşdur.

2. Sığorta İdarəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 12, 1929-cu ildə yüzdə 16, 1931-ci ildə yüzdə 14.

3. Azərbaycan Neft Komitəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 9, 1929-cu ildə yüzdə 7, 1931-ci ildə yüzdə 5.

4. Dövlət Plan İdarəsində –1928-ci ildə Azərbaycan türkləri yüzdə 67, 1931-ci ildə yüzdə 39-a enmişdir.

5. Baş Dövlət Məhkəməsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 66, 1937-ci ildə yüzdə 46.

6. Maarif Vəkalətində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 65 ikən, 1931-ci ildə 104 məmurdan 50-ni ermənilər təşkil edirdi.

7. Azərbaycan Dövlət Nəşriyyat İdarəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 51, 1931-ci ildə yüzdə 43.

Bakıda ruslaşmanın daha güclü aparıldığını “Zarya Vostoka” qəzetinin 1931-ci il 11 iyun sayındakı məlumatdan görmək mümkündür: “Bakı Sovetinin məsul işçilərinin 45 faizi ruslar, 17 faizi ermənilər, 16 faizi isə türklərdir (azərbaycanlılardır - red.).

Yenə həmin ildə Azərbaycanda mövcud olan 12 ali məktəbdən ancaq birində – yeni Pedaqoji İnstitutda tədris türkcə, qalanında isə rusca aparılırdı.

Qeyd edək ki, sonrakı dövrdə də Azərbaycanda müdhiş bir ruslaşdırma siyasəti aparıldı. Xüsusən, dövlət idarələrində yazışmalar, sənədləşmələr rus dilində olurdu. Hətta ruslarla ailə quranların ön vəzifələrə çəkilməsi daha asan olurdu. Erməni millətindən olanlar isə (xüsusən qadınlar) mütləq idarə rəhbərinin katibəsi, köməkçisi funksiyasını daşıyırdı.

Bu “ruslaşdırma siyasəti”ni ilk dəyişdirmək istəyənlərdən biri 1954-1959-cu illərdə Azərbaycana başçılıq etmiş İ. Mustafayev oldu. Onun Azərbaycan idarəçilik sistemində ana dilini müdafiə etməsi sonradan vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Küveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLAR