Dovletxeberleri.Az
» » Şəfəq Ağacan-Nigaran millətim

7-01-2018, 17:48Şəfəq Ağacan-Nigaran millətim

Şəfəq Ağacan-Nigaran millətim
Şəfəq Ağacan-Nigaran millətim


Tez –tez özümə sual verirəm görəsən nigarançılıq elə ancaq bizim millətin taleyinə yazılıb? 25 ildir torpağımız işğal altında biz nigaranıq,25 ildir yol gözləyirik.Müstəqilik amma yenə nigaraniq görəsən necə olacıq?Çünki geri dönməsini gözlədiyimiz,həlli tapılan məsələlərin ,üstü açıla biləcək cinayətin heç biri nə geri dönür ,nə məsələ həll olur nədə cinyətin üstü açılır.Nigaran qalan yenə bu yazıq xalq olur. Öz-özümüzə düşünür ki, nəyə görə milyonlarla insan öz torpağında, yurd-yuvasında kiməsə qula çevrilməlidir, qaçqın-köçkün kimi çöllərə salınmalı, qardaşın qardaş qanı axıtmasına, ananın öz balasından ayrı düşməsinə, abad şəhərlərin, kəndlərin viran edilməsinə, suyun, torpağın, mənəviyyatın zəhərlənməsinə rəvac verilməlidir? Haqlinin haqqını qaytarmaq əvəzinə, haqsıza, qaniçənə, zalıma, qatilə haqq qazandırmaq, millətimizin övladlarına qənim kəsilənləri dəstəkləmək insanlığın gələcək faciələrindən xəbər vermirmi?

Biz azəbaycanlılar bu suallar barədə çox düşünür amma nigaran olsaqda susuruq... Axı bizim də torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq qaçqın-köçkünümüz var. Kəndlərimiz, şəhərlərimiz, tarixi abidələrimiz, məzarlarımız ermənilər tərəfindən dağıdılıb, məhv edilib On minlərlə dinc sakinimiz öldürülüb, yandırılıb, şikəst olub.Amma biz gözləyirik özüdə nigarançılıqla...Dillənənə deyirlər ki,biz güclü xaqıq ,səbrli xalqiq gözləyin hər şey yaxşı olacaq.Bu milləti nigaran qoyanlar heç bir dəqiqədə olsun düşünüblərmi ki,gör neçə minlərlə insan vətəndən ,torpaqdan nigaran getdilər bu dünyadan...İnanmıram düşünələr çünki bu millətin nigarançılığı hesabına əziyyətləri hesabına onların balaları “Qalın”və”GeN”maşınlarda gəzir ,nigaran ,əzab çəkən köçkünün balası kərə yağı ilə bir loxma çörəyə möhtac qaldığı halda onların balaları səhər yeməyini Fransada ,günortasını isə İtaliyada edir.

Bunlardan çox danışırıq amma nə faydası...Yenə bizə nigarançılıq qalır...

Qeyrətinə, hünərinə güvəndiyim kişilər gözümdən düşüb. Şəhid analarının üzünə baxmağa üzüm utanır. İllərdir yuxularımda Qarabağım od tutub yanır, ha çırpınıram, çabalayıram kömək edə bilmirəm, bu gücsüzlüyümdən hönkür-hönkür ağlayıram, ağlayıram... İllərdir əllərimi Haqqın dərgahına açıb haqq diləyirəm, ədalət gözləyirəm. Haqq çağıran səsim Haqqın dərgaına çatacaqmı?!Bilmirəm?Çünki ondan da nigaranam...Deyək ki,bu məsələdə Azərbaycana mane olanlar var.Bəs yaxşı Günəşli yatağındakı faciədə itgin düşən neftçilər niyə tapılmadı?Nə qədər nigaran qalacaq onların ailəsi?Yenə deyirəm bizdə hadisə oldusa, üç gün beş gün sonra unudulur, kimlərsə cinayət işi açılır amma axırı heç kəsə məlum olmur...Son günlər hamımız nigarançılıqla itgin düşən alpinistlərimizdən xəbər gözləyirik yenə nigaranıq...Amma yaxşı heç bir xəbər eşitmirik...Axı niyə?Mənə elə gəlir buda bir qatı açılmamış cinayət olacaq...Nigarançılıq yenə bizə qalacaq. Bunu dеmək lazımdır. Niyə hər şеydən danışırlar, əsas məsələdən yan kеçirlər? Çünki qоrxurlar. Vəzifələrindən, adlarından, əllərində оlan imtiyaz-ların alınmasından qоrxurlar. Bax bu ən dəhşətli zоrakılıqdır. Yəni düşündüyünü dеyə bilmirsənsə, zоrakılığa məruzsan...

Nigaran millətim dərd çəkmək yol gözləmək yenə sənə qalacaq.Çünki torpağın işgalda,sözün işğalda,səsin işğalda...

... Dünyadakı fiziki şikəstlərin, əlillərin siyahısını tutmaq, sayını bilmək о qədər də çətin оlmaz. Amma mənəvi şikəstlərin sayını bilmək nəinki çətin, hətta mümkünsüzdür...Bax millətin səsin,sözün işğal edənlər,ana, bacılarımızı nigaran qoyanlar mənəvi şikəstlərdir.Amma gəlin birləşək bu mənəvi şikəstləri ətrafımızdan təmizləyək bəlkə onda nigaran qalmarıq.Mən Allahdan kəsmədiyim ümidimin göyərəcəyinə inana-inana gözləyirəm, inana-inana yaşayıram. Allahım sən bu millətimi nigarançılıqdan xilas elə!



ŞƏFƏQ AĞACAN
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Dəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLARNazir Ramin Quluzadə şikayətçiləri qəbul edəcək - BərdədəDSMF-nin vəzifələri şəxsləri haqda fərman - "Dövlət qulluğu haqda" qanun dəyişdiİlham Əliyev Belarusa səfər edəcəkATƏT sabah cəbhə xəttinə gedəcək200-dən çox şəxsə mal və materiallar verilibLaçın Suvarma Sistemləri İdarəsinnin yeni rəsin Dovletxeberleri.az təbrik edir!Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİİnam Kərimov qəbul keçirəcəkİcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİDaxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQZakir Həsənov bu deputatları təltif etdi - SİYAHI