Dovletxeberleri.Az
» » Yaxşılığın əvəzi istənilərsə...

26-05-2017, 09:48Yaxşılığın əvəzi istənilərsə...

Yaxşılığın əvəzi istənilərsə...
Yaxşılığın əvəzi istənilərsə...
Yan masada əyləşmiş İki nəfər yaxın rəfiqə ətirli kofeden dada-dada, şirin-şirin söhbət edirdi. Rəfiqələrdən biri kiməsə etdiyi yaxşılıqdan bağrı dağlanmış kimi danışıb, od püskürürdü. Onu sakit – sakit dinləyən digər qadın isə arada bir başını yelləyib, - Düz deyirsən, ay bacı, insanlar yaxşılığı qanmır ha! Gərək bu dünyada heç kimə əl uzatmayasan. Buraxasan, ehtiyac içində canları çıxa! – deyib, etdiyi “yaxşılığa” dərindən peşımançılıq hissi keçirən müsahibinə dəstək verirdi. Bundan cuşa gələn rəfiqəsi isə söhbətinin əndazəsini daha da genişləndirir, hətta yaramaz ifadələri işlətməkdən belə çəkinmirdi. – Gedib yapışacam yaxasından o ifritənin, neyləmişəmsə bir-bir geri istəyəcəm. Agez, heç olmasa adamı da saymır ey?! Onun yerinə başqa birisi olsaydı, mənim kimi xeyirxah, əli açıq insanın qarşısında baş əyər, əlimdən-ayağımdan öpərdi! O adam olsaydı, heç olmasa qapımda-bacamda işləməklə əvəzini çıxardı. Canım üçün, bu lap qudurmuşun biridir!!!
Düzü, bu yerdə özümü saxlaya bilmədim. Onlardan üzr istəyib dedim: - Bağışlayın ki, söhbətinizə qarışıram. Sizin həmin yaxşılıq etdiyiniz “nankor” var ha, gərək lap dilənsəydi belə, gərək sizə ağız açmayaydı. Xanım, siz etdiyiniz yaxşılığın əvəzini istəyirsiniz eləmi?!
Xanım qaş-gözünü süzdürərək, hökmlə dedi: - Əlbəttə! Dədəsinə borcum yox idi ha?!
- Borcunuz yox idisə, nədən ona yaxşılıq edirdiniz ki, indi də peşiman olmusunuz?
- Dedim, dilənçi günündə yaşayır də, bir əl tutum. O gün sürücümü başqa yerə yollamışdım, ona xəbər göndədim ki, tələsik gedib bazardan mənə lazım olan ərzaqları alsın. O da mənə utanmaz-utanmaz xəbər göndərib ki, ərimə deməmişəm, gəlsin, izn alım gedərəm. İndi mən gözləməliydim ki, onun bəy əri nə zaman gələcək, bu da gedib mənə bazarlıq edəcək?
Düzü, bu yerdə qəzəbimi güclə boğdum və harınlamış qadına nə deyəcəyimi bilmədim. Amma qarışan ağlım mənə diktə etdi ki, onun cavabını qısaca belə verim:
- Xanım, onun da yerinə başqa bir kimsə olsa idi, etdiyiniz yaxşılığınızın içinə zad eləyib, yəni peyin qatıb qaytarardı sizə.
Hərif düşünmədən dedi, - Əlbəttə! Amma bir qədər keçdikdən sonra rəfiqəsinə, - Bu nə deyir, ağez?! Peyin?! Nə peyini? Amma daha başqa bir söz demədi. Yəqin qırımımdan ağlı bir şey kəsməmişdi.

Esmira ŞÜKÜROVA
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBU