Dovletxeberleri.Az
» » Xoşbəxtlik -İnsan özü məni yaxına buraxmır

23-05-2017, 20:43Xoşbəxtlik -İnsan özü məni yaxına buraxmır

Xoşbəxtlik -İnsan özü məni yaxına buraxmır
İnsan özü məni yaxınına buraxmır Xoşbəxtliklə sevgi hər bir insanın, istər varlı, istərsə də kasıb qapısını döyür.
Bir gün xoşbəxtliklə sevgi bir imarətin qarşısından keçəndə ora baş çəkmək qərarına gəldilər. İlk öncə xoşbəxtlik içəri daxil oldu. Elə həmin an da xoşbəxtlik orada qərar tuta bilməyəcəyini anladı. Onun qəlbi sıxıldı, nəfəsi daraldı. Zənginlik, parıltı, dadlı-ləziz yeməklər, çatışmayan bir şey yox idi. Xoşbəxtliyin gözü süfrə arxasında əyləşib, sükut içində nahar edən insanlara sataşdı. Süfrədə nələr yox idi. Sanki, dünyanın bütün naz-nemətləri bura toplanmışdı. Amma nə sirr idisə masanın ətrafındakıların heç biri dinib danışmır, hər biri öz aləmində idi. Yalniz çəngəl-bıçağın taqqıltısı eşidilirdi. Üzlərdə bir gərginlik vardı. Sanki, onlar yeməyi deyil, yemək onları yeyirdi. Xoşbəxtlik bu cansıxıcılığın içlərindəki kədərin, qəmin, narazılıgın nədən doğduğunun səbəbini öyrənmək üçün onların qəlbinə enir. Aman Allah! Bu nə vəhşət?! Ata kimlərdənsə qopartdığı rüşvəti hesablayır. – Az oldu. Gərək beş dəfə artıq alaydım. Canı çıxsaydı da, hardan olsa tapıb gətirəcəydi. Səhvə yol verdim. Çox böyük səhvə yol verdim. Şirkətdən də mənə az verdilər. O biri haramzadalar məndən çox aldı. Ananın isə qəlbi kindən az qala çatlayacaqdı. - Sən bu qudurmuşun nazına, mənə əda atmasına bir bax! Brliyantlarını az qala gözümə soxacaqdı. Külbaş! Ərimin də boynunu yerə soxum. Məni onların yanında boynu qısıq edir. 200 minə görə brliyant üzüyü mənə almadı ki, indi bu qurumuşu yerində oturdaydım. Uşaqlar da ancaq atalarından pul qopartmaq üçün yollar fikirləşirdi. Oğlu da, qızı da mütləq bir milyonluq maşına sahib olmalıydı. Xoşbəxtlik düşünür: - Ah, anladım, sevgi bu evə gəlməmiş. Gərək bu bədbəxtlərin adam kimi yaşamalar üçün sevgi də mənimlə bərabər içəri daxil olaydı. Gedim onu çağırım. Xoşbəxtlik bayıra çıxıb, sevgini içəri dəvət etdi. – Gəl içəri. Burada hər şey var, amma yaşamaq dözülməzdir. Sənə ehtiyacları var. Sevgi başını yelləyib dedi: - Gələ bilmərəm. Onların qəlbində mənə yer yoxdur, məni istəmirlər. Məndən qabaq onların qəlbinə xudbinlik, eqoistlik, nifrət, ədavət toxum səpib. Onlar özlərindən başqa heç kimi sevmirlər. Başqalarını əzməkdən, sındırmaqdan həzz alırlar. Onlar istəyir ki, yalnız özləri cah-cəlal içində yaşasınlar, bolluca yesinlər, geyinsinlər, bir sözlə dünyanın bütün nemətləri onlara məxsus olsun. Məni əsla içəri buraxmazlar. Xoşbəxtlik boynunu qısıb deyir. – Düz deyirsən. Mən də bu evdə çox sıxıldım. Bədbəxtçiliyin bu zalımların başına nə oyun açacagından hələ xəbərləri yoxdur. Amma onların halına ürəyim yandı. Bəlkə cəhd edək? Bəlkə bir köməkliyimiz dəyə bilər? Sevgi köksünü ötürüb dedi: - Bizə ehtiyacları yoxdur, qardaş. Bizim nə günahımız var? İnsan övladı özü bizi evinin içinə buraxmır. Yolçu yolunda gərək, gəl gedək. Esmira ŞÜKÜROVA
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdüMehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışındaGənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərirƏrdoğan İmamoğlunu təbrik etdi - FOTOMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayırİstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıbBMT Baş katibinin müavini Azərbaycana səfərə gəlibDövlət qulluqçularının peşə bayramıdırHeydər Əliyev Mərkəzinin parkında yoqa sessiyasıBu gün İstanbul Bələdiyyə başqanını seçirAzərbaycan idmançısı erməni rəqibini məğlub edib medal qazandıSahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir 22 İyun 2019 13:52Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLARLeyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarlaPrezident dövlət qulluqçularını təltif edib - SİYAHIAgyol.Az izləyicilərini AZ TV-də "Planet"in növbəti verlişini izləməyə dəvət edir ANONS"Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm" - Kamal AbdullaAzər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyırTbilisidə Bülbülün xatirəsi anılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimiSəhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədriIII Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli olduAtəşkəs 20 dəfə pozulub – Pulemyotlar işə düşdüYAP-ın Mərkəzi Qərargahında partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilibGömrük Komitəsi sədrinə yeni müavini təyin edildiLeyla Əliyeva II Avropa Oyunlarının açılışındaMəktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİRövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşdü - FOTOMillət vəkili seçicilərlə görüşdü - FOTOLARZakir Fərəcov sakinlərilə görüşdü – FOTOFüzulinin hərbi prokuroru işdən çıxarıldı, yerinə yenisi gətirildiBöyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildiErmənilər mövqelərimizi qumbaraatanlardan atəşə tutduGeneral rəisi işdən çıxardı - Yeni təyinatKonstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi“Erməni zindanında səkkiz gün”ün təqdimatı olduVaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandıBakıda hakimi hədələyən qadına cinayət işi açıldıQaz, su, maaş artımı - Baş nazir hökumətin iclasını çağırdı, tapşırıqlar verdiPrezident daha bir sərəncam verdi, yeni yaradılmış dövlət qurumu ləğv edildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Suraxanı rayonunda keçirilmişdirMüəllimlərin işə qəbulu üzrə müsabiqə başladıNovruz Məmmədov xidməti heyətin maaşlarını artırdı20 iyun - Ümumdünya Qaçqınlar GünüdürToğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı“Böyük inflyasiya təzyiqləri görmürük” - Samir ŞərifovCənab Prezidentin güvənini doğrultmalıyıqBU GÜN Azərbaycanın Milli Qəhrəmanı HÜSEYNOV VÜQAR TOFİQ oğlunun AD GÜNÜDÜR