Главная > İqtisadiyyat > İran Rusiyaya 1,5 milyon barel neft tədarük edəcək, əvəzində isə... - Nazirdən açıqlama

İran Rusiyaya 1,5 milyon barel neft tədarük edəcək, əvəzində isə... - Nazirdən açıqlama


22-02-2017, 07:14. Разместил: dovletxeberleri.az
İran Rusiyaya 1,5 milyon barel neft tədarük edəcək, əvəzində isə... - Nazirdən açıqlama
İran Rusiyaya 15 gün ərzində sutkada 100 min barel neft tədarük edilməsi barədə saziş imzalamaq niyyətindədir.

Bu barədə ISNA İranın neft naziri Bijan Zanqanenin açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, tədarük ediləcək 1,5 mln. barel neftə görə ödəniləcək məbləğin bir hissəsi pul vəsaitləri, qalan hissəsi isə əmtəə və xidmətlərlə ödəniləcək.

Zanqane rusiyalı həmkarı Aleksandr Novakla Tehranda keçirilmiş görüşündən sonra razılaşma barədə ətraflı açıqlama verib.

Nazirin sözlərinə görə, artıq bir neçə Rusiya şirkəti İran şirkətləri ilə anlaşma memorandumu imzalayıb.
Вернуться назад