Главная > İqtisadiyyat > Gələn ilin büdcəsində bu sahələrə daha çox pul ayrılıb - Nazir

Gələn ilin büdcəsində bu sahələrə daha çox pul ayrılıb - Nazir


7-11-2019, 13:25. Разместил: dovletxeberleri.az
Gələn ilin büdcəsində bu sahələrə daha çox pul ayrılıb - Nazir
"2020-ci ildə gömrük orqanları vasitəsilə dövlət büdcəsinə 4 milyard manat vəsaitin daxil olması gözlənilir. Növbəti il bir çox sahələrdə xərclər də artacaq".

Dovlütxeberleri.az xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın yeni mərhələsinə dair məbləğ nəzərdə tutulur.

"Gələn il üçün bu illə müqayisədə elm, təhsil, mədəniyyət, hüquq-mühafizə, gənclər siyasəti və digər sahələrə daha çox məbləğ ayrılıb. Büdcə layihəsində əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması üçün ehtiyac meyarının və yaşayış minimumunun artırılması nəzərdə tutulur", - deyə S.Şərifov bildirib.
Вернуться назад