Dovletxeberleri.Az
» » Dollarla krediti olanlara şad xəbər: Banklar güzəştə gedir

24-01-2017, 20:53Dollarla krediti olanlara şad xəbər: Banklar güzəştə gedir

Dollarla krediti olanlara şad xəbər: Banklar güzəştə gedir

Hazırda ölkədə dollarla olan problemli kreditlərin həcmi getdikcə artır. Xarici valyuta ilə kredit verən banlkarın əksəriyyəti müştərilərə güzəştə getmək istəmir. Həm milli valyutanın ucuzlaşması, həm də ödənilməyən kreditlərin üzərinə gələn faizlər borclunun həcminin böyüməsinə səbəb olur. Buna görə də kreditin ödənilməsi getdikcə daha da çətinləşir.

Problemli dollar krediti ilə bağlı bəzi banklar artıq güzəşt paketləri təklif edir.

Belə ki həmin banklar dollarla olan krediti nəğd və ya hissə hissə ödəyən müştərilərə dolları hazırkı kursla deyil 1manat 30 qəpiklə hesablayır. Bu tətbiq əksəriyyət müştəriləri qane edib.

Qaynarinfo.Az dollarla olan kreditlərə güzəştlə bağlı banklar arasında sorğu keçirib.



Məsələilə bağlı Qaynarinfo.Az-a açıqlama verən "Dəmir Bank"ın marketinq üzrə meneceri Leyla xanım bildirib ki, müştərilərə fərdi qaydada yanaşılır və təhlilin nəticəsi olaraq güzəştlər təklif olunur:

"Dollarla olan kreditlər nəğd və hissə-hissə də ödənildikdə güzəşt paketləri təklif olunur. Bizdə güzəşt paketləri müxtəlifdir və müştərilər də istəyinə uyğun olanı seçir. Bu güzəşt paketləri bizim bankın öz qərarıdır".



Mövzu ilə bağlı Qaynarinfo.Az-a danışan "Kapital Bank"ın mətbuat xidmətinin rəhbəri Pərviz Kamal deyib ki, bizdə kreditlərin hamsı manatladır:

"İndi də 20 min manata qədər nəğd pul şəklində manatla kredit veririk. Həm devalvasiyadan öncə, həm də sonra biz krediti milli valyuta ilə vermişik. Buna görə də dollarla olan problemli kredit yoxdur".



"Nikoil Bank"ın marketinq departamentinin rəhbəri Rəşad Cümşüdov qeyd edib ki, birinci və ikinci devalvasiyadan sonra bizdə bir sıra güzəştlər tətbiq olunmağa başladı:

"Müştəriləri dəvət edib, faiz dərəcələrinin aşağı salınması, vaxtın uzadılması təklifini etdik. Bundan başqa devalvasiyadan öncə müştəri 200 manat ödəyirdisə, biz vaxtı uzatmaqla ödənişi yenə həmin civara çatdırdıq ki, onun aylıq gəlirinə təsir etməsin. Biznes kreditləri üzrə isə geniş bir aksiyamız oldu. Bu aksiya çərçivəsində kreditləri 1 manat 30 qəpiklə dərhal bağlamağı təklif etdik. Bundan da kifayət qədər müştərimiz faydalandı. Bu günə qədər də tətbiq olunan güzəştlər var. Bunların içərisində valyutanın manata çevrilməsi, müddətin uzadılması və faiz dərəcələrinin azaldılması təklifləri qüvvədə qalır".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdən 200 manat olacaqSosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDI