Dovletxeberleri.Az
» » Maliyyə nazirindən büdcə ilə bağlı xəbərdarlıq

30-11-2016, 12:22Maliyyə nazirindən büdcə ilə bağlı xəbərdarlıq

 Maliyyə nazirindən büdcə ilə bağlı xəbərdarlıq

Samir Şərifov: “2017-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı müəyyən çətinliklər yarana bilər”
“2017-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində dövlət büdcəsinin gəlirləri 15 955 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26 % təşkil edəcəyi nəzərdə tutulub.

Bunu Milli Məclisdə keçirilən büdcə müzakirələrindəki çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, növbəti ildə dövlət büdcəsinin xərcləri 16 600 mln. manat məbləğində olmaqla 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1184,5 mln. manat və ya 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1895 mln. manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 mln. manat və ya 2,4% az proqnozlaşdırılıb:
“Növbəti il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin 27% olması proqnozlaşdırılıb ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 5 faiz azdır. Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 49,2% və ya 7 855 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1370 mln. manat və ya 14,9 % azdır”.

S.Şərifov deyib ki, 1998-ci ildən bəri ilk dəfə ölkənin tədiyyə balansı kəsirlə müəyyənləşib. Onun sözlərinə görə, cari ilin ilk 10 ayı ərzində 49,2 mlrd. ÜDM istehsal olunub və real azalma 3,7%-dir. Nazir azalmanın əsas səbəbləri barədə danışarkən tikinti sektorundakı vəziyyət, yüksək dollarlaşma və kredit portfelinin pisləşməsi, iqtisadiyyatın kreditləşməsində ciddi problemlərin yaranması, həmçinin bank sektorundakı durumdan bəhs etdi.

Nazir deyib ki, yaranmş vəziyyətlə əlaqədar prezidentin tapşırığı ilə idxaldan yüksək asılılığın azalması və qeyri-neft sektorunun inkişafı kimi hədəflər qarşıya qoyulub: “Gələn il üçün qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 50,8%və ya 8 100 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 503 mln. manat və ya 6,6%, 2015-ci ilin faktı ilə müqayisədə isə 821,9 mln. manat və ya 11,3% çoxdur. Vergilər Nazirliyi üzrə proqnoz məbləği 7 210 mln. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 200 mln. manat və ya 2,9%, 2015-ci ilin faktı ilə müqayisədə isə 91,8 mln. manat və ya 1,3% çoxdur. Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 2 200 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390 mln. manat və ya 21,5% çox, 2015-ci ilin faktı ilə müqayisədə isə 608,1 mln. manat və ya 38,2% çoxdur. 2017-ci ildə ARDNF-dan dövlət büdcəsinə transfertlər 6 100 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1515 mln. manat və ya 19,9% azdır. Dövlət büdcəsinə 445 mln. manat sair daxilolmalar nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 58 mln. manat və ya 15% çoxdur”.

Nazirin sözlərinə görə, çətinliklərə baxmayaraq, növbəti il sosialyönümlü xərclər artırılacaq. Həmçinin siyasi partiyalara 2,5 milyon manat, mənzil ipotekasının tətbiqi və sosial mənzillərin inşası üçün 100 milyon manat nəzərdə tutulub. Müdafiə xərcləri isə cari illə müqayisədə 2,9 faiz çoxdur. Kənd təsərrüfatı sahəsinə, balıqçılığın inkişafına isə 511 milyon manat ayrılacaq. Həmçinin pambıqçılığın inkişafı üçün 200 milyon manat sərf olunacaq.
Nazir deyib ki, gələn il üçün özlərini müliyyələşdirən rayonların sayı 6-dan 33-dək artırılıb. Təhsil və mədəniyyətə ayırlan xərclər isə yerli xərclərdən ayrılaraq mərkəzləşdirilmiş xərclərə daxil edilib, ancaq məktəbəqədər təhsil müəssisələri nəzərə alınmaqla.
S.Şərifov deyib ki, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

O, bildirib ki, 2017-ci il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin xüsusi çəkisi 40,3% olmaqla - əvvəlki illə müqayisədə 5,7 faiz-bənd çox - 6 686 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2016-cı illə müqayisədə 292,4 mln. manat və ya 4,6% çoxdur.

2017-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4 932,9 mln. manat vəsait nəzərdə tutulub. Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinintərkibində xüsusi çəkisi 29,7% təşkil edəcək.

2017-ci il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər üçün 1 641,8 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisə 133,3 mln. manat və ya 7,5% azdır.

S.Şərifov deyib ki, 2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1,1 % təşkil edəcək: “Növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı hədləri 2016-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldılıb. Belə ki, daxili dövlət borclanmasının yuxarı həddi 1000 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi 500 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2016-ci ilin göstəricilərindən müvafiq olaraq 2500 mln. manat və 4500 mln. manat azdır. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 mln. manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, xarici qrantlardan daxilolmalar və digər mənbələr hesabına həyata keçiriləcək”.

Maliyyə nazirinin sözlərinə görə, 2017-ci il icmal büdcəsinin gəlirləri 19 720,7 mln. manat və ya əvvəlki ilə nisbətən 5 559,9 mln. manat (39,3 %) çox, xərcləri 20 967,2 mln. manat və ya əvvəlki ilə nisbətən 3 599,4 mln. manat (14,7 %) az nəzərdə tutulub.

2017-ci ilin icmal büdcəsinin kəsiri 1 246,5 mln. manat və ya nəzərdə tutulan ÜDM-in 2,0%-i, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 9 617,1 mln. manat və ya nəzərdə tutulan ÜDM-in 15,7%-i həcmində olacaq.

“2017-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı müəyyən çətinliklər yarana bilər. Ona görə də yarana biləcək risklərlə bağlı müvafiq addımların atılması istisna olunmur”-deyə, S.Şərifov növbəti illə bağlı xəbərdarlıq etməyi də unutmayıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”