Dovletxeberleri.Az
» » Bakı Ali Neft Məktəbində Məzun günü keçirilib

26-11-2019, 11:04Bakı Ali Neft Məktəbində Məzun günü keçirilib

Bakı Ali Neft Məktəbində Məzun günü keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution”(STRATEX) şirkətininbirgə təşkilatçılığı ilə baş tutan və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) Məzun Günü keçirilib.



Dovletxeberleri.az xəbər verir ki, Layihə İdarəetmə Məktəbini bu dəfə 20-dən çox müəssisənin 40 mütəxəssisi bitirib. Məzunlar arasında SOCAR, BP, ABB, “PAŞA Holdinq”,“Gilan Holdinq”, Bank Respublika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Miqrasiya Xidməti kimi şirkət və müəssisələrin rəhbər işçiləri və məsul əməkdaşları var.



Ali Məktəbin rektoru Elmar Qasımov çıxışında Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edib. Rektor Layihə İdarəetmə Məktəbinin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rolunu xüsusi olaraq vurğulayıb.



“Artıq 4 ildir ki, Bakı Ali Neft Məktəbində reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarının bir çoxu proqamı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər” - deyə E.Qasımov qeyd edib.



Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov çıxışlarında SPM-in Azərbaycan üçün çox önəmli məktəb olmasından, yerli insan resurslarına və ümumilikdə, layihələrin idarə edilməsi üzrə bacarıqların inkişafına verəcəyi töhfədən bəhs ediblər. Natiqlər gənc mütəxəssislərin inkişafı, korporativ biznes mühitinə inteqrasiyası və praktiki səriştələrinin artırılması baxımından bu cür layihələrin əhəmiyyətini vurğulayıblar.



Daha sonra məzunlar çıxış edərək, Layihə İdarəetmə Məktəbi çərçivəsində əldə etdikləri yeni biliklərin onların peşəkarlıqlarının yüksəlməsinə ciddi praktiki töhfələr verdiyini bildiriblər.



Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatı təqdim edilib.



Qeyd edək ki, son illər ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması baxımından onların bu layihədə iştirakına üstünlük verirlər.



Məktəbdə Layihələrin İdarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Proqramı əsasında təlim keçirilir. Həmin modullara “Layihələrin idarə edilməsi”, “Layihəyə rəhbərlik”, “İdarəetmə və kommunikasiya”, “Risklərin idarə edilməsi”, ”Qrafik və xərclərə nəzarət”, “Layihə menecerləri üçün keyfiyyət”, “Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri”, “Layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq”, “Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları” kimi kurslar daxildir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçınlı məktəblilər üçün modul tipli məktəb binalarının quraşdırılması yekunlaşmaq üzrədirYeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edibZakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən bağçanın açılışında iştirak edibVilayət Eyvazov mayora vəzifə verdiAğcabədililər öz millət vəkilərini seçirDünyanın ən gənc baş naziri seçildi - FOTOMüqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİBAvropa Tıbbı Assosiasiyası Milana VİP Hospitala İnstitut üzvlüyü təqdimatında xatirəPrezident Administrasiyasının məsul işçiləri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyiblərErmənistan ordusu sərhəd rayonlarımızı atəşə tutubMilli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarına gediblərErməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıbSumqayıtda daha bir tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib – FOTOLARYAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVABBaş nazir Şahin Mustafayevə yeni vəzifə verdiBaş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR"Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEODeputatlığa namizəd olmaq istəyənlərin nəzərinə - Müddət açıqlandıTürkmənistan Prezidenti 528 məhkumu əfv etdi - FƏRMANLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdirSumqayıtlılar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşuldu - FOTOLARLaçınlılarda nəcib təşəbbüsə həvəslə qoşuldularBu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜŞənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDIAzərbaycan Dillər Universitetinə “yeni rektor” seçildiAzTV bu ölkələrdə müxbir məntəqələri yaradıb: Amerika, Türkiyə, Çin…Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlər Kabinetinə iki şöbə müdiri təyin olundu - ADLARPREZİDENT İKİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Deputata yeni vəzifə verildiSumqayıt şəhərində qışa hazırlıqla bağlı geniş iclas keçirilibMilli Məclis qanunvericilik fəaliyyətini dayandırıb - Səfa MirzəyevAğcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi.Konstitusiya Məhkəməsi bu gün deputatların məsələsinə BAXACAQDekabrda son 8 gün ardıcıl iş günüdür – Nazirlər Kabinetindən dəyişiklikNazirlər Kabinetində yeni təyinat - Baş Nazirin köməkçisi rəis olduSəyyar qəbul : Vətəndaşlarla birbaşa ünsiyyət Kəhrizli kəndiMilli Məclis icbari tibbi sığorta haqlarını müəyyən etdiElmar Məmmədyarov Sergey Lavrovla GÖRÜŞÜRSəadət Yusifovaya Prezident Administrasiyasında yeni vəzifə verildi“Aprel şəhidi”nin xanımı bələdiyyə seçkisinə QATILIB“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Ağcabədidə şəhid ailələrinə baş çəkiblərSOCAR vitse-prezidenti vəzifədən AZAD EDİLDİRus deputat Dilqəmlə Şahbaza görə yeni Ombudsmanla görüşəcəkBakı şəhərində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir başa vurulduPrezident Administrasiyasına yeni şöbə müdiri təyin olundu - DOSYEİlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 20 milyon ayırdı - SƏRƏNCAM“Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq” - ŞƏRH