Dovletxeberleri.Az
» » “Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”

19-06-2019, 12:09“Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”

“Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə sərəncamların əhəmiyyətinə dair mətbuat konfransı keçirib.

Dovletxeberleri..az-ın məlumatına görə, Vüsal Qasımlı bildirib ki, ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq, 250 manata çatdırılıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaqdır.

Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə iki milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. İcraçı direktor əlavə edib ki, Prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır.

Onun sözlərinə görə imzalanan sərəncamlar:
minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını;
dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılmasını;
hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqlarının 40 faiz artırılmasını;
dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılmasını;
dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.

Vüsal Qasımlı həmçinin əlavə edib ki, bu ilin əvvəlindən etibarən Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırki sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaqdır. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə multiplikator effekti ilə iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcək.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdiQənirə Paşayeva baş nazirlə nələrdən danışdı?İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdiQazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunduAzərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandıBakıda tanınmış İtaliyalı alimlə görüşGömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTOXİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandıAzərbaycan məktəblisi İsraildə bürünc medal qazandıHeydər Əliyev prospektində MAŞIN AŞDI - FOTOLARPrezident Şəkidəki qəzanı nəzarətə götürdüBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan “Şəki bəyanatı”Vilayət Eyvazovdan yeni təyinatVergilər Nazirliyinə yeni səlahiyyətlər verilib“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTOTəhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİMilli Məclisin deputatları Türkiyəyə gedirMəşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladıGoranboyda silahlı insident - 1 ölü, 2 yaralıBakıda 12 yaşlı oğlan itkin düşdüIV çağırış Milli Məclisin deputatları kimlər olub? - SİYAHITəhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDIFransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcəkMüstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirAMEA-da direktor vəzifəsini tutmaq üçün 17 nəfər namizədliyini verib“Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Goranboyda yeni yol çəkilirAzərbaycanın Müdafiə Nazirliyindən ABŞ konqresmeninə sərt CAVABDirektor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqəyə start verilirAzərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətQanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJMənim qəhrəmanım - Şəhid komandir Raquf Orucovun xanımı YAZIRManat-dollar məzənnəsində yenilik olacaq?