Dovletxeberleri.Az
» » "Niyə krediti mənə 25%-lə bank verir?" - Deputatdan bankalara sərt ittihamlar

4-06-2019, 13:00"Niyə krediti mənə 25%-lə bank verir?" - Deputatdan bankalara sərt ittihamlar

"Niyə krediti mənə 25%-lə bank verir?" - Deputatdan bankalara sərt ittihamlar
"Bu gün sahibkar istənilən bankdan kredit götürməkdə çətinlik çəkir. Yaxud Sahibkarlığın İnkişafı Fondunun ayırdığı güzəştli krediti sahibkar bankdan gedib ala bilmir".
Bunu Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edən millət vəkili Vahid Əhmədov bildirib.
V.Əhmədov deyib ki, banklar sahibkarlara kreditləri 2 dəfə baha verir: "Necə olur ki, bank mənim əmanətimi 12%-lə götürür, amma krediti 25%-lə verir. Qoy olsun onun xərcləri 2-3%. Bəs niyə krediti mənə 25%-lə bank verir?".
Deputat deyib ki, mülkiyyətin toxunulmazlığı ilə bağlı xüsusi qanunun qəbulu üçün təkliflər hazırlanıb:
"10 min manata qədər olan problemli kreditlərlə bağlı cənab Prezident 682 mln manat vəsait ayırıb. Bu gün Azərbaycanda 30 bank var. Məndə məlumat var ki, hardasa 5-ə qədər bank o kreditlərdən kifayət qədər böyük vəsait götürüb. Biz o bankların adını bilirik. Hərəsi 50-60 milyon manat vəsait götürüb. İndi o 5 bank sahibkarlara kredit faizlərini aşağı salarmı? Bu gün banklar niyə real sektora elə çox pul qoymurlar. Ona görə ki, onlar daha çox pul alveri ilə məşğuldurlar".
Onun sözlərinə görə, bu gün sahibkarlığın inkişafı üçün ən əsas məsələ mülkiyyətdir: "Biz mülkiyyət toxunulmazlığı ilə bağlı ayrıca qanunun yaradılması üçün müraciət etmişik. Sahibkar əmin olmalıdır ki, onun mülkiyyəti toxunulmazdır".
Deputat Azərbaycan Respublikası Prezidentinə də müraciət etdiyini deyir:
"Mən 20 ilə yaxın zavod direktoru işləmişəm. Sovet dövründə 21 müəssisə, 3 institutumuz var idi. 30-a yaxın ölkəyə avadanlıq ixrac edirdik. 75% neft-mədən avadanlığını Azərbaycan istehsal edirdi. O avadanlıqlar yalnız Azərbaycan, Rumıniya və Amerika istehsal edirmiş, amma indi bu istehsal yoxdur: Mən cənab Prezident İlham Əliyevə müraciət etmişəm ki, Azərbaycanda heç olmasa iki neft maşınqayırma zavodu və 1 layihə institutu fəaliyyət göstərsin".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHI